=== Konu tarihi: 19 Nisan 2012 Paylaş Konu tarihi: 19 Nisan 2012 Bu dərsimizdə C#-da istifadə olunan dəyişənlərdən bəhs edəcəyik. C#-da iki tip dəyişən vardır. 1) Dəyər tipli dəyişkənlər. (Value type) 2) Referans tipli dəyişənlər (Reference type) 3) Dəyər tipli dəyişənlər: C# Adı CTS Qarşılığı Şərh Max və Min aralıq qiyməti sbyte System.Byte 8 bit işarəli tam ədəd -128 : 127 short System.Int16 16 bit işarəli tam ədəd -32.768 : 32.767 int System.Int32 32 bit işarəli tam ədəd -2.147.483.648 : 2.147.483.647 long System.Int64 32 bit işarəli tam ədəd -9.223.372.036.854.775.808 : -9.223.372.036.854.775.807 byte System.Byte 8 bit işarəsiz tam ədəd 0,177083333 ushort System.UInt16 16 bit işarəsiz tam ədəd 0 : 65.535 uint System.UInt32 32 bit işarəsiz tam ədəd 0 : 4.294.967.295 ulong System.UInt64 64 bit işarəsiz tam ədəd 0 : 18.446.744.073.709.551.615 float System.Single 32 bit sürüşkən nöqtəli +ya da - 1,5*10-45 : + ya da - 3,4*1038 double Sytem.Double 64 bit sürüşkən nöqtəli +ya da - 5*10-324 : + ya da - 1,7*10308 decimal System.Decimal 128 bit sürüşkən nöqtəli +ya da - 1,5*10-28 : + ya da - 7,9*1028 bool System.Boolean Məntiqi dəyişən true ya da false char System.Char Hərf-rəqəm tipli dəyişən 16 Unicode simvolları Referans tipləri: 1) Object – C#-da bütün obyektrlər bu dəyişən altında saxlanılıb. 2) String – Unicode simvollarından ibarət mətn (string) məlumatları bu dəyişənə mənimsədilir. C#-da string deyikərkən mətn nəzərdə tutulur.C# Adı CTS Qarşılığı Şərh object System.Object Bütün dəyişən tiplərinin törədiyi mənbə string System.String Unicode simvollarından ibarət dəyişən Dəyişənlər yaddaşda (RAM) olan məlumatlardır. Bir dəyişəni istifadə etdiyimiz zaman o dəyişənin yaddaşda olan yerdəki məlumatını istifadə etmiş olarıq. Dəyər tipli dəyişənlərlə referans tipli dəyişənlərin əsas fərqi, dəyər tipli dəyişənlərin məlumatı birbaşa olaraq yaddaşdan almasıdır. Referans tipli dəyişənlər isə başqa bir obyekti referans – istinad alırlar. Yəni referans tiplər bilavasitə məlumatı deyil, məlumatın istinadını yaddaşda tutur. C#-da dəyişənlər aşağıdakı kimi yazılır: //[dəyişənin tipi] [dəyişənin adı] // məsələn: int reqem; bool mentiqi = false; double b=2.45; string = "bu bir mətndir"; // buahh, yaxşı görüm, dedim bəs rəqəmdir. (: Bu arada C#-da tək sətrlik komment yazmaq üçün ardıcıl iki slaşdan (//) istifadə olunur. Slaşlar kommentin əvvəlində gəlməlidir. P.S.: Kommentlər proqram tərəfindən oxunmur, sadəcə proqramlayan şəxsin asan işləməsi üçün yaradılıb C#-da bir çox proqramlaşdımra dillərindən fərqli olaraq, dəyişənin tipini vermək məcburidir. Yazdığımız dəyişən üçün də bir dəyər mənimsədilməlidir (əgər qlobal olaraq tanımlanmayıbsa), çünki əgər bu dəyişən üçün csharp özü default qiymət fikirləşməyibsə, deməli biz mütləq verməliyik. Bir çoxları bu özəllikləri sevməz, amma məncə bütün bunlar csahrp`ın yaxşı tərəfləridir. static void Main(string[] args) { int yas; //yas = 21; Console.WriteLine(yas); } Nəzərə alsaq ki kommentlər arasındakı yazılar proqram tərəfindən hesaba alınmır, onda bu qənaətə gələ bilərik ki, yuxarıdakı proqram hissəsi xəta verəcək.Çünki daha yuxarıda yazdım ki, CSahrp-da dəyişən tanımladıqsa ona mütləq ilkin dəyərini verməliyik. String Yalnız mətn tipli məlumat qəbul edir. Bu cür yazılır. string ad="Elşən"; // Mütləq qoşa dırnaq işarəsi qoyulmalıdır. Const – Sabit //Sabit dəyişənlər yazmaq üçün istifadə olunur const double PI = 3.14; Bool Məntiqi dəyər qəbul edir. Nəzərə alaq ki, iki tip məntiqi dəyərin varlığı mümkündür. Doğru və Yanlış ~ müvafiq olaraq True və False bool mentiq=true; bool mentiq2 = false; Alıntı Link to comment Share on other sites More sharing options...
On_LiNe Mesaj tarihi: 19 Nisan 2012 Paylaş Mesaj tarihi: 19 Nisan 2012 Tesekkurler... Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 20 Nisan 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 20 Nisan 2012 Dəyməz Alıntı Link to comment Share on other sites More sharing options...
Ʌüsal Mesaj tarihi: 20 Nisan 2012 Paylaş Mesaj tarihi: 20 Nisan 2012 bu yeni baslayanlar ucun cox qelizdi orda ele seyler varki yeni baslayan onun haqda hec bir melumati yoxdu.. Alıntı - Laptop ve Desktop Anakartlarin temiri - BIOS yazilmasi - Sifreli SuperUser BIOS-larin silinmesi - Kicik chiplerin deyisidrilmesi - BGA Chiplerin deyisdirilmesi (GPU/CPU/FCH/PCH/HM ve s) Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.