Jump to content
Forum Windows-az.com

“Apple” 4 il ərzində adi texnologiya şirkətlərindən birinə


zeus

Recommended Posts

img_606X341_0610-corporate-apple-without

“Forrester Research” şirkətində çalışan analitik Corc Koloninin fikrinə görə, əgər “Apple” korporasiyası Stiv Cobs kimi xarizmatik lider tapmasa, o zaman yaxın 4 il ərzində adi texnologiya şirkətinə çevriləcək.

Elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Stiv Cobs dünyasını dəyişdikdən sonra özü ilə 3 bacarığı - vahid xarizmatik liderlik, riskə getmək, məhsulları yaratmaq qabiliyyətini aparıb,- korporativ bloqda ekspert yazıb. Məhz bu bacarıqlar şirkəti birləşdirir və onun qeyri-adi nailiyyətlər əldə etməsinə imkan yaradırdı.

Koloni “Apple” şirkətinin hazırkı baş direktoru Tim Kuku xarizmaya əsaslanan şirkət üçün uyğun gəlməyən "bürokratik" rəhbər hesab edir. Ekspertin fikrinə görə, "alma" imperiyasının lideri roluna “iOS” hazırlaması üzrə vitse-prezident Skott Forstall və ya dizayn üzrə vitse-prezident Conatan İve daha uyğun gələrdi.

Bununla belə, “Apple” şirkəti rekord maliyyə göstəriciləri nümayiş etdirməyə davam edir. Belə ki, 2012-ci ilin yanvar-mart ayları dövründə şirkətin mənfəəti 11,6 milyard dollar təşkil edib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 2 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...