DieseL Konu tarihi: 19 Mayıs 2012 Paylaş Konu tarihi: 19 Mayıs 2012 Yəqin Facebook istifadəçilərinin son zamanlar qarşılaşdıqları spamlardan hamınız xəbərdarsınız. Bu spamların mənbəyi və bu spamlardan təmizlənmək üçün tədbirləri yazının ardında oxuya biləcəksiniz. Spamdan qurtulmaq yolunu deməzdən öncə onun tələsinə necə düşdüyümüzü öyrənmək pis olmaz. İlk öncə başqa brauzerdə (Facebook hesabınızın açıq olmadığını yoxlayın) “http://ariqlama.info” saytına daxil olanda qarşımıza bir qovluq çıxır, bu qovluqların hamısı spam şəbəkəsinə aid olan saytların siyahısıdır. Bu saytlara qətiyyən daxil olmayın: http://www.sandalosesifaris.com http://www.sandalosesifarisi.com http://www.airebraaz.com http://www.beljileti.com http://www.disagartmaqalemi.com http://www.ariqlamageyimi.com http://www.surucugozluyu.com http://www.ariqlamageyimi.com http://www.sigaretsiz.com Bu saytlara daxil olan kimi saytdaki gizli Facebook kodları işə başlayır və sizdən icazəsiz profilinizə yazılar ötürülməsinə imkan vermiş olursunuz. Bu saytların hamısı yüksək səviyyədə qorunur və saytların arxasındakı şirkətin əsas saytı olan “http://azpanel.com” saytı da WhoisGuard proqramı vasitəsilə gizləndiyi üçün ilk baxışda saytın əsas sahibini görmək mümkün olmur. Lakin domenin və şirkətin Vimeo sosial video şəbəkəsindəki hesabının da Fevralın 2012sində fəaliyyətə başlaması eyni adamın işi olduğundan xəbər verir. Bütün saytlara daxil olarkən əlaqə bölməsində nömrə göstərilir. Rabitə Nazirliyinin köməyi ilə bu nömrənin, dolayısı ilə bu spamların arxasında olan, “Türkiyədən bir dost”u tapmaq mümkün oldu: Cəfərov İlqar Cəfər oğlu. Bu şəxsin həqiqətən bu işlərin arxasında olması yoxsa sadəcə adından başqa şirkətlər tərəfindən çirkincə istifadə edilməsindən xəbərsiz olması barədə məlumat yoxdur. Yazının ikinci hissəsində spamlardan qurtulmaq yolu yerləşdirilib. Addımlarla özünüz də edə bilərsiniz. Bu yol təkcə spam göndərənlərə aiddir. Spam göndərməyən və divarına spam gələnlərin edəcəyi tək şey divarı bağlamaqdır. Beləliklə yolları göstəririk: 1.Hesabımızın “Gizlilik seçimləri” bölümünə gəlirik. (şəkil 1) Açılan pəncərədəki “Ads, Apps and Websites - Reklam, tətbiqetmə, oyun və internet saytları parametrlərinə düzəliş et”hissəsindəki “Parametrləri dəyiş” linkini tıklayırıq. (şəkil 2) Açılan pəncərədə istifadə etdiyiniz tətbiqetmələrin siyahısını görəcəksiniz, “Bütün tətbiqləri – söndür” linkinə tıkladığınız an istifadə etdiyiniz bütün tətbiqlər söndürüləcək və bundan sonra sizdən dostlarınıza spam getməyəcək. (şəkil 3) Bunun belə olmasının səbəbi də əslində spamın bütün proqramların “cildinə girə bilməsi” xüsusiyyətidir. Bu proseslərdən sonra yenidən Youtube, Messenger və digər proqramlardan istifadə edə bilərsiniz. Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 19 Mayıs 2012 Paylaş Mesaj tarihi: 19 Mayıs 2012 Xeberdarliq ucun tesekkur. Alıntı Link to comment Share on other sites More sharing options...
zeus Mesaj tarihi: 19 Mayıs 2012 Paylaş Mesaj tarihi: 19 Mayıs 2012 Tşk Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 19 Mayıs 2012 Paylaş Mesaj tarihi: 19 Mayıs 2012 .... təşəkkür.... Alıntı Link to comment Share on other sites More sharing options...
Elmir_Hamidi Mesaj tarihi: 19 Mayıs 2012 Paylaş Mesaj tarihi: 19 Mayıs 2012 Saol sekildeki kimi etdim baxaqda spam gelecek yoxsa yo=) Alıntı Link to comment Share on other sites More sharing options...
Example Mesaj tarihi: 19 Mayıs 2012 Paylaş Mesaj tarihi: 19 Mayıs 2012 paylasima gore cox sagol Alıntı Link to comment Share on other sites More sharing options...
DieseL Mesaj tarihi: 19 Mayıs 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 19 Mayıs 2012 Oxuyub qiymətləndirdiyiniz üçün çox sağolun,ümidvaram köməkçi ola bildim Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 19 Mayıs 2012 Paylaş Mesaj tarihi: 19 Mayıs 2012 tesekkur Alıntı Link to comment Share on other sites More sharing options...
nurik111 Mesaj tarihi: 20 Mayıs 2012 Paylaş Mesaj tarihi: 20 Mayıs 2012 tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
__xarqo__ Mesaj tarihi: 20 Mayıs 2012 Paylaş Mesaj tarihi: 20 Mayıs 2012 təşşəkkürlər....bununla yanaşı, ümumiyyətlə saytlarda sosial ve reklam sebekelerinin gizli trackerlerin qarshisini almaq ucun brauzere(Chrome, Firefox, Safari, Internet Explorer) bu Do Not Track Plus add-onsu əlavə edə bilərsiniz...bununla həmdə saytların brauzere yüklənmə sürətin artacaq... Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.