=== Konu tarihi: 15 Haziran 2012 Paylaş Konu tarihi: 15 Haziran 2012 Mikrofon Mikrofonu məhz kompüterin xarici qurğusu kimi qələmə vermək düzgün olmazdı. Çünki kompüter üçün istifadə etdiyimiz mikrofon bütün səs qurğularında istifadə olunan eyni mikrofondur. Onun iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanıb. Bunun rəqəmli formatla heç bir əlaqəsi yoxdur. Mikrofonla kompüterə məlumat(səs) – elektromaqit dalğalarının ötürülməsi səs kartı vasitəsi ilə həyata keçirilir. Səs kartı səsi tezliklərə görə rəqəmli formata salır. Speaker Speaker – mikrofon haqqında dediklərimizi speakerə də aid etmək lazımdır. Burada da səsin çıxması səs kartı vasitəsi ilə həyata keçirilir. Rəqəmli məlumat səs kartına ötürülür və səs kartında həmin səs elektromaqnit dalğaları şəklində speakerə gəlir və həmin dalğalar təqribən 20-20 000Hz diapozonunda olduqda biz onu eşidirik. Siçan Siçan vasitəsi ilə kompüterə siçanın hərəkəti haqqında siqnallar ötürülür. Siçanın içərisində olan olan təkərciklər fırlanır və fırlanma nəticəsində kontaktlar vasitəsi ilə yaranan siqnallar kompüterə ötürülür. İlk siçan bu üsulla işləyirdi. Xatırladaq ki, ilk siçanı Douglas Engelbart ixtira etmişdir. Sonralar siçanlarda kürəciklər yerləşdirdilər. Siçanı sağa-sola və yuxarı-aşağı hərəkət etdirmək üçün iki ədəd təkərcik evəzinə bir ədəd kürəcik yerləşdirmək işi daha da asanlaşdırdı. Beləliklə siçanların ölçülərini kiçiltmək daha asan oldu. Bu siçanlarda da hərəkət kontaktlar vasitəsi ilə olunurdu. Daha sonra kontakt əvəzinə optik hissedicilər yerləşdirdilər. Kürəciklə olan siçanları tez-tez təmizləmək lazım gəlir. Çünki tozdan fırlanan çubuqcuqlarda toz qatı əmələ gəlir və kürənin həmin çubuqcuqları fırlatmasına mane olur. Bu problemi isə yeni siçanların yaradılması ilə həll etdilər. Optik siçanlar yaradıldı. Kürənin və diyircəyin işini işıqlar gördü. İşığın ötürülüb qayıtmasına əsaslanan bu siçanlar 1-ci nəsil optik siçanlar oldu. Bu siçanlar üçün xüsusi altlıq tələb olunur. Yalnız onun vasitəsi ilə işıq qayıda bilir. 2-ci nəsil optik siçanlarda kiçik təsviri emal etmək üçün mikroprosessor və kiçik miniatür videokamera yerləşdirdilər. Bu cür siçanlar üçün xüsusi altlıq tələb olmur. İstənilən yerdə işləyir. Lakin güzgü, şüşə və digər əks etdirici müstəvilərin üzərində siçan yaxşı işləməyəcək. Təbii ki, işıq daha uzağa gedir və geri qayıtması siçanın optik qurğusuna yox uzağa gedir(optik hadisələrə əsaslanır). Müasir siçanlarda bir neçə düymə və track ball olur. Track ball vasitəsi ilə səhifələmək mümkündür. Qeyd: Siçanın üzərindəki əlavə düymələrin işi drayverlərdən asılıdır. Klaviatura Klaviatura – Düymələrdən ibarət bir qurğudur. Klaviaturasız kompüteri təsəvvür etmək çətindir. Çünki məlumatları əsasən klaviatura ilə daxil edirlər. Klaviaturada adətən hərflər, rəqəmlər və digər funksional düymələr olur. Lakin bəzən xüsusi məqsədlər üçün xüsusi klaviaturalar olur. Məsələn, musiqiçilər üçün pianinonun klavişlərinə bənzər klavişləri olan klaviaturalar, fotostudiolarda görəbiləcəyimiz klaviaturalar, bu klaviaturalarda bir çox düymələr ixtisar olunub. Bəzən kalkulyator kimi istifadə etmək üçün yalnız rəqəmlərdən və əməl işarələrindən ibarət klaviaturalar da olur. Biz özümüz də öz məqsədlərimiz üçün klaviatura düzəldə bilərik. Burada yalnız lazım olan kodu göndərmək üçün qurğunu düzəltmək lazımdır. Bunu isə qurğumuzun içərisinə mikroçip qoyub mikroçipi isə proqramlaşdırmaq kifayət edər. Mikroçipin proqram təminatını isə Assembler dilində yaza bilərik. Flash Disk Flash Disk - FlashDisk USB vasitəsi ilə kompüterə qoşulan xarici qurğudur. Məlumat daşımaq üçün istifadə olunur. Bunun Floppy disk və CDROM disklərindən fərqi məlumatın EEPROM (Electrically Erasable Programmable Read-Only Memory ) tipli mikroçipdə yerləşməsidir bu da Floppy disklə müqayisədə daha çox məlumatı yerləşdirməyə imkan verir. Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 15 Haziran 2012 Paylaş Mesaj tarihi: 15 Haziran 2012 Təşəkkürlər. Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 15 Haziran 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 15 Haziran 2012 DəyməZ Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 15 Haziran 2012 Paylaş Mesaj tarihi: 15 Haziran 2012 melumata gore tesekkur Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 15 Haziran 2012 Paylaş Mesaj tarihi: 15 Haziran 2012 ...məlumat üçün təşəkkür.... Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 15 Haziran 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 15 Haziran 2012 Dəyməz... Ardı var Alıntı Link to comment Share on other sites More sharing options...
Dəli Yazar Mesaj tarihi: 15 Haziran 2012 Paylaş Mesaj tarihi: 15 Haziran 2012 ...məlumat üçün təşəkkür.... Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 15 Haziran 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 15 Haziran 2012 Dəyməz Alıntı Link to comment Share on other sites More sharing options...
nurik111 Mesaj tarihi: 15 Haziran 2012 Paylaş Mesaj tarihi: 15 Haziran 2012 məlumat üçün təşəkkür ctrl+c+ ctrl+v Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.