Jump to content
Forum Windows-az.com

Kompüterin C diski öz - özünə dolur


Maksim_252

Recommended Posts

Hər kəsə salamlar. İlk öncə mövzu səhv bölmədədirsə üzr istəyirəm.

Mənim kompüterin C diskində 59 Gb boş yer var idi. indi boş yer 55.9 Gb olub. Səbəbini tapa bilmirəm. bu yaxınlarda heç bir proqram install eləməmişəm. Amma yenə də C diski öz - özünə dolur. Bu kompüterin açılma sürətinə də təsir edir. Əvvəlkinə nisbətən indi gec açılır.

İndi CCleaner proqramı yüklədim. Sistemi təmizləməyi yoxlayacam. Başqa yolla bu problemi necə aradan qaldıra bilərəm?

Öncədən təşəkkürlər...

 

Mehdi1998, səhv başa düşmüsən. 59 Gb boş yaddaş 55 Gb-ya düşüb (0.9 Gb -ni nəzərə almasaq). 4 Gb yer dolub. boşalsaydı 63 Gb olardı.

Link to comment
Share on other sites

Proqramlar telegramda
Point-Blank, puskda %temp% (bu həmin temp papkasıdı) yazıb açılan papkanı tez-tez təmizləyirəm. məndə 3 proqram var obnovleniya istəyən: IDM, SkyMonk, utorrent. IDM-i blok eləmişəm. Skymonk və utorrent obnovleniya istəyir ama obnovleniya eləmirəm. Windows-un obnovleniyasını da bağlamışam. Crack işlətdiyimə görə obnovleniya eləmirəm.
Link to comment
Share on other sites

... mənə elə gəlir ki,bu ciddi problem deyil.... sistemdə olan hər hansı qarışıqlıqla əlaqədar c diski tam informasiya verməyə bilər ...hər halda Registry Victor çox gözəl proqramdır.bunun vasitəsilə sistemi təmizlə....

qeyd : (1 də virusda belə olur...amma əgər virus olarsa bu hal təkrar olmalıdır....)

Link to comment
Share on other sites

mehdi1998, CCleaner yoxlamaq istəyirdim. Registry Victor da indi yükləyirəm. ikisini də işlədəcəm. Mənim kompüterim əksər hallarda güclü qızanda düzgün məlumat vermir. kompüteri söndürürəm. batareyanı çıxardıram. təmiz soyuyur. bundan sonra hər şey qaydasında düşür. Təkcə bu problemdən başqa. Böyük problem olmasa da kompüterin sürətinə təsir edib. çətin ki, virus olsun. çünki kompüterin yaddaşını antivirusla tez-tez yoxlayıb təmizləyirəm...

 

Point-Blank, gizli fayllara demək olar ki, toxunmuram. çünki belə fikirləşirəm ki, lazım olsaydı onu açıq saxlayardılar. ona görə də gizliləri ortaya çıxartmıram. həm də ki, 2 günə həmin papkaya görə 4 Gb yer dolmaz axı

Link to comment
Share on other sites

Point-Blank, indi yadıma düşdü. hərdən programdata papkasında təmizlik eliyirəm. ama hamısını silmirəm. Məs: əvvəl tuneup işlədirdim. onu siləndən sonra da tuneup adlı fayllar yaranır. brauzerlərdə bezdirdiyinə görə babylon adlı faylları silirəm. əvvəllər işlədib sildiyim proqramların həmin papkada qalan fayllarından başqa heç nəyi silmirəm...
Link to comment
Share on other sites

... sistemin qarışmasından düzgün şübhələnmişəm....

... bir də ki, görəsən kompüterin niyə belə bərk qızır...sən belə elə...tozsoranı noutbukun hava çıxan yerlərinə tut...əsasən vinterlyator yerinə....ola bilsin ki,toz az çıxsın...amma bunun böyük əhəmiyyəti var....

... əgər yenə nə vaxtsa qızsa, söndürməmişdən bütün proqramları bağla...ctrl+shift+esc bas...gör bütün proqramları söndürdüyün halda , hansısa proqram gizlin olaraq işləyir ya yox... əgər hansı proqram işləyirsə,gör hansı proqramdır və o sistemi neçə % məşğul edir...

 

Link to comment
Share on other sites

Mehdi1998,Sistemin qarışmasının qarşısını almaq üçün neynəməliyəm.

Kompüteri 2010-da almışam. hələ indiyə qədər içini açmamışam. nəyisə qoparmaqdan ehtiyat edirəm. Kompüterin içi tozla doludu. özünü nə qədər təmiz saxlasam da içinə tozun düşməyinin qarşısını ala bilmirəm. axırda əlacsız qalıb üstünü örtürəm...

indi klubdayam. indi gedib dediyinə baxacam.

 

İndi çıxmalıyam. Vaxtım qurtarmaq üzrədir. çalışacam ki tez qayıdım

Link to comment
Share on other sites

... kompüterin tozunu tozsoranla təmizlə.və bu proqramla sistemi təmizlə...əgər yenə kompüter qızarsa ,dispetçerdə kompüteri məşğul edən proqram silinməlidir...(bu hətta antivirus da ola bilər. əslində antiviruslar da kompüterin parametrlərinə əsaslanmalıdır)...

...tozdan olmayanda bu çox vaxt kompüterə yükləniş antivirus,troyan və oyunlar səbəbindən olur...əgər bunlardan heç 1-i səbəb olmazsa, (dispetçerdə bunu biləcəksən) onda noutbuk açılıb təmizlənməlidir....

Link to comment
Share on other sites

dispetçer yuxarıda şəklini yerləşdirdiyimdi ???

kompüterdə install olunmuş 1 dənə də oyun yoxdu. hərdən Flatout oynayıram. amma install eləmirəm. oyunu elə bil unattented ediblər. sadəcə oyunu saxladığım papkaya girib klikləyirəm oyun açılır. yəni install edilmiş oyun yoxdu. nəinki oyun.proqram da yox dərəcəsindədi təxminən 4-5 vacib proqram install eləmişəm. onları da hərdən işlədirəm...

çox sağ ol. gedim yoxlayım görüm nə alınır?!!!

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...