Jump to content
Forum Windows-az.com

İP telefoniya


DieseL

Recommended Posts

Proqramlar telegramda

IP telefoniya nədir? IP-telefoniya – danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə edilən texnologiyadır. Diskret paket ötürülməsi üsulu ilə səs (danışıq) məlumatlarının ötürülməsi mümkündür. Danışığın (səsin) internet protokolları (paketləri) vasitəsi ilə ötürülməsi "İP-telefon" və ya İP telefoniya adını almışdır.

 

İnternet şəbəkəsində xüsusi İnternet protokolları (İnternet Protokol – İP) əsasında hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP-protokolu təkcə İnternet şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm və s.) ötürülür. Beləliklə: Danışıq zamanı səs siqnalları (ifadə etdiyimiz sözlər) sıxılmış verilənlər paketinə çevrilir və bu verilənlər paketi İnternet vasitəsilə adresanta göndərilir. Ünvanına çatan verilənlər paketi yenidən orijinal səs siqnalına dekodlaşır. İP-telefoniya iki cür işləyir:

1. Kompüterdən kompüterə.

2. Kompüterdən telefona.

 

İnternet-telefoniyada ötürücü xətt kimi İnternet kanallarından, IP-Telefoniya-da İnternet kanallarından və ya informasiyanın ötürülməsi üçün xüsusi ayrılmış rəqəmsal kanallardan istifadə edilir.

 

Xarici ölkələrdə isə İP telefonun digər abreviaturalarından: VoİP-Voice over İP və “İnternet-telefon” terminlərindən istifadə edilir.

 

Son 2-3 il ərzində respublikamızın telekommunikasiya şəbəkəsində də İP telefon rabitəsindən istifadə edilir. Bütün bu amillər ondan xəbər verir ki, İP texnologiyası olduqca perspektivli bir informasiya verilişi sahəsidir. Əgər İP telefon rabitəsinin tarixinə nəzər salsaq görərik ki, onu tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-ın Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-ın qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal verilişinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır.

 

Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki - GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirildi.

Link to comment
Share on other sites

IP-telefoniya (VoIP-Voice over Internet Protocol)- IP protokolu əsasında səs siqnallarının şəbəkə də paketlərin kommutasiyası vasitəsi ilə ötürülməsi texnologoyasıdır. Əgər İP telefon rabitəsinin tarixinə nəzər salsaq görərik ki, onu tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-ın Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-ın qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal verilişinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır.

Saytların birindən götürdüm...

Link to comment
Share on other sites

“Aztelekom” İB istifadəçilərə dünyanın 35 ölkəsinə İnternet şəbəkəsi üzərindən “İP telefoniya” xidməti ilə 50% güzəştlə beynəlxalq danışıqlar aparmağı təklif edir.

 

Xidmətin beynəlxalq çıxış kodu 00-dır. Məsələn, Rusiyanın Moskva şəhərinə yığım qaydası aşağıdakı kimidir:

7 495 xxx-xx-xx

Burada 0-şəhərlərarası beynəlxalq çıxış kodu, 00-“İP telefoniya”üzərindən çıxış kodu, 7-Rusiyanın ölkə kodu, 495-Moskvanın kodu, xxx-xx-xx şəhər nömrəsidir.

 

İP-telefoniyanın üstünlükləri:

 

Danışıq haqqının adi telefoniyaya nisbətən daha aşağı olması

Mobilliyi. İnternet olan istənilən yerdən əlaqə yaratmağın mümkünlüyü

Qabaqcıl texnoloqiya olması

Dünyanın 35 ölkəsi ilə daha ucuz və keyfiyyətli rabitə xidməti yaratmaq üçün "Aztelekom" İB-nin İP telefoniya xidmətlərindən istifadə edin!

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...