Rauf-SDTK Konu tarihi: 23 Ağustos 2012 Paylaş Konu tarihi: 23 Ağustos 2012 İndiyə qədər ən yüksək bazar dəyəri 1999-da Microsoftun çatdığı 618.9 milyard dollar idi. Ancaq, Apple Microsoftun bu rekordunu geridə buraxdı və 20 Avqust etibarilə 623 milyard dollarlıq bir bazar dəyərinə çatdı. Apple, hal-hazırda ən yaxın rəqibi olan Exxon Mobildən 200 milyard dollar daha qiymətli hala gəlmiş vəziyyətdədir. Bir zamanların lideri Microsoft isə hal-hazırda 256.7 milyard dollar bazar dəyərinə sahibdi. Ancaq, Apple-ın tarixdəki ən qiymətli şirkət olması mövzusunda hər kəs həmfikir deyil. Bəzi iqtisadçılar inflyasiyanın da hesaba qatılması lazım olduğunu, bu səbəbdən də Microsoftun hələ də ən qiymətli şirkət ünvanını qoruması lazım olduğunu dilə gətirdi. Microsoftun inflyasiyaya görə nizamlanmış bazar dəyərinin 851 milyard dollara çatdığı, ancaq uzaq keçmişdə Standart Oil kimi neft nəhənglərinin bu dəyərləri keçmiş ola biləcəyi ifadə edildi. Apple-ın səhmlərinin qiyməti isə hal-hazırda 660 dollar səviyyəsindədir. Yeni iPhone və iPad mini dedi-qodularının artdığı bu günlərdə Applenin səhm qiymətləri də artmağa davam edir. Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 23 Ağustos 2012 Paylaş Mesaj tarihi: 23 Ağustos 2012 Məlumata görə çox sağol. Maraqlı idi. Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 23 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Ağustos 2012 Deymez Alıntı Link to comment Share on other sites More sharing options...
•SaiD• Mesaj tarihi: 23 Ağustos 2012 Paylaş Mesaj tarihi: 23 Ağustos 2012 Məlumata görə çox sağol. Maraqlı idi. micrasoft geliri windowsdandir onuda hami acarli versiya islediyine gore geride qalibdir Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Ağustos 2012 Paylaş Mesaj tarihi: 23 Ağustos 2012 Təşəkkürlər... Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 23 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Ağustos 2012 Deymez. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.