Jump to content
Forum Windows-az.com

Azərbaycan interneti və "Rocket Internet"


Noname_445

Recommended Posts

9c6aa1ecaa.jpg


Azərbaycan İnterneti gedərək inkişaf etməyə başlaması və bununla birgə bazardakı boşluğu ilə əlaqədar olaraq xarici investorların da diqqətini çəkməyə başlayır. Bu haqda blog post yazmaq barədə düşünürdüm. Ötən həftə baş verənlərdən sonra elə oldu ki, həmin blog postdan əvvəl bunu yazası oldum. Dünyadakı böyük investisiya şirkətlərindən olan və bir çox ölkədə proyektləri olan Rocket Internet dünyanın ən vacib bazarlarından biri olan Türkiyə bazarından çıxdı. Bu çıxışdan sonra Türkiyənin texnologiya medyasında bir çox yazılar yazıldı, Rocket Internet-in işləmə prinsipini və bazardan niyə çıxmasını analitiklər təhlil etdilər.
Rocket Internet qısa müddət əvvəl Azərbaycan bazarına da daxil oldu. Bu haqda yazmaq istəyirdik. Özləri ilə əlaqə saxladıq, hələ tam fəaliyyətə başlamadıqlarını, başlayandan sonra ətraflı olaraq məlumat verəcəklərini bildirdilər. Ancaq indiyə qədər bir səs çıxmadığından biz də mövzunu işıqlandırmadıq. Mak.az-da isə Zidora.az ilə bazara daxil olma xəbərini oxumaq olar. Rocket Internet-in Azərbaycan bazarına da daxil olduğunu nəzərə alaraq, şirkətin bütün dünyadakı işləmə prinsipi və strategiyaları haqqında məlumat vermək istədim.

Yazıdakı faktlarda Webrazzi köməyimə gəlir.
Samwer qardaşlar olaraq bilinən investor qardaşlar, əvvəlcə Almaniyada ebayın klonu olan alando.de-ni qurub 1999-cu ildə 54 milyon dollara satdılar. Daha sonra qurduqları Jamba adlı mobil məzmun şirkətini də 273 milyon dollara satdılar. Bu sərmayəylə bir çox şirkətə investisiya qoydular (facebook da daxil), özləri də fərqli internet şirkətləri qurdular. Bu qurduqları şirkətləri də Rocket şirkəti altında birləşdirdilər. Ümumiyyətlə isə dünyada “Klonlar kralı” olaraq tanınırlar. Hər-hansısa internet bazarında əgər bir boşluq varsa, qlobal proyektlərin bir klonunu qurub həmin bazar üçün təqdim edirlər. Bəzən isə bir proyekti hər-hansı bir bazarda istifadəyə verəndə, sadəcə interfeysi tərcümə eləmək qalır. Digər ölkədəki sistemi eyni ilə götürüb qururlar: Azərbaycandakı işləri kimi. Bu da işlərini yüngülləşdirir

Hər şey sürətlidir: Rocketdə hər şey sürətlidir. (Adından göründüyü kimi) Bazara girişi, adamları işə götürmələri, məhsul saylarının artımından, marketing fəaliyyətlərinə qədər hər şey sürətlidir. Rocket üçün sürət həqiqətən hər şeydən əhəmiyyətlidir. Eləcə bazardan çıxışı da sürətlidir.

İşə götürəməkləri özünəməxsusdur: Çox sürətli bir şəkildə bazarın böyük oyunçularından işçilər transfer edirlər. Üst səviyyə idarəçilərə indi işlədikləri yerdən iki qat artıq maaş verərək, normal işçilərə də 30-50% çox verərək işə götürürlər. Bu şəkildə sürətli komanda yığırlar. Daxil olduqları bazarlarda çalışdıqları qədər böyük şirkətlərdən işçiləri götürürlər. Vəziyyətə görə olduqları ölkədə internet işi görmüş CEO-ları transfer edirlər.

Daxildən marketing: Rocketdə marketing hər bir ölkədə şirkətin öz daxilindən edilir. SEO, Adwords, Facebook reklamçılığı üçün olduqları ölkədəki ən yaxşı marketing mütəxəssisləri transfer edir, Almaniya mərkəzin dəstəyini alaraq sürətlə pul xərcləyər. Marketing işlərində heç vaxt agentliklərlə işləmirlər.
Bu cəhətlərini artıq Azərbaycanda da müşahidə etmək mümkündür. Facebook və Adwords-də Zidora.az reklamları hər yerdə qarşıma çıxır. Ümumi olaraq pulları çox olduğuna görə də, lazımı qədər məbləğ xərcləyərək bütün auditoriyaya çata bilirlər. Adwords istifadə etməyən saytlara isə bir-başa özləri agentlik əlaqəsi olmadan zəng edirlər. Bu işi birbaşa Türkiyə ofisi vasitəsi ilə həyata keçirirdilər. Türkiyə bağlanandan sonra necə olacağını isə görəcəyik.

Yaxşı anbar tədarükü: Şirlətin kifayət qədər pulu var. Ona görə də yaxşı markalardan məhsulları alır və anbarlarını əvvəlcədən doldurur. Mal sıxıntısı yaşamamaq üçün.

Müvəffəqiyyətli modelləri tətbiq edir və vaxtında «exit» edirlər: Yuxarıda da qeyd etmişdim. Rocket-i əsasən sayt klonlamaqla tanıyırlar. Bu onların iş modelidir. "Amerikanı təkrar kəşf etməyə ehtiyac yoxdur" prinsipi ilə Amerikada müvəffəqiyyət əldə etmiş proyektləri digər ölkələrdə açırlar. Və bazardan mümkün qədər uyğun vaxtda çıxmağa çalışırlar. Ya şirkəti yaxşı qiymətə kiməsə satırlar, ya da Türkiyədə olduğu kimi tamamilə bağlayırlar.

Rocketlə qısa şəkildə tanış olduq. Şirkət Türkiyə bazarından çıxdı. 400 nəfər işçisi isə işsiz qaldı. Yəni bahalı maaşla transfer edilmiş 400 işçi. Türkiyədən çıxma səbəblərini analitiklər bir neçə səbəblə izah edirlər. Türkiyə e-ticarət bazarında kifayət qədər yerli böyük oyunçu var. Rocket onlarla mübarizə apara bilmədi. İnvestorlar isə bazarda daha yaxşı mövqedə olan yerli şirkətlərə investisiya qoymağı seçirdilər. Ona görə də proyektləri satmaq da nəsib olmadı. Buna baxmayaraq şirkətin bağlanma xəbərindən sonra bəzi proyektləri satın almaq istəyən şirkətlərin olduğu deyilir.
Əgər proyekti sata bilməyəcəksə, Rocket bazara girdiyi sahədə lider olmağı seçir. Azərbaycan bazarı üçün bu imkan var. Çünki bazarda hələki e-ticarət sahəsində normal fəaliyyət göstərən bir sayt yoxdur. Ancaq sürəti sevən Rocket üçün Azərbaycan bazarında onun nə qədər səbr edəcəyini söyləmək çətindir. Çünki, bu sahədə normal bir proyekt olmadığına görə insanların alış-veriş alışqanlıqları, plastik kartlardan istifadə alışqanlıqları da istənilən səviyyədə deyil. Bu alışqanlıqları bir növ onlar özləri yaratmalıdırar. Rocket-in marketing ofisi isə ən azından Türkiyə ofisi bağlanana qədər oradan fəaliyyət göstərirdi. İşi ölkədən kənarda gördüklərinə görə, bu alışqanlıqların necə aşılanacağı da sual altındadır.
İstənilən halda isə Rocketin Azərbaycan bazarına marağı canlanma yaradacaq. Heç olmasa şirkətin rəsmi saytında məhsulları arasında yerləşdirilməsi az da olsa bazara kiçik marağın yaranmasına səbəb ola bilər. Əgər proyekt uğurlu olsa həm də yerli pul sahiblərinin, investisiya edə biləcək şirkətlərinin gözünü də aça bilər.
Eşitdiyimə görə Rocket Internet-in Azərbaycanda ən azından daha bir saytı da açıla bilər. Türkiyə ofisləri bağlandığına görə ola bilsin ki, Azərbaycan ofislərini genişləndirsinlər, təkcə müştəri xidmətləri deyil bir çox sahədə işlərini buradan görsünlər. Bunun üçün də yerli əməkdaşlara ehtiyacları ola bilər.
Çalışdığım qədər Azərbaycan bazarına daxil olan Rocket barədə məlumat paylaşmağa çalışdım. Gələcək fəaliyyətlərinizdə lazım ola bilər.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...