Jump to content
Forum Windows-az.com

Action texnikası.


Recommended Posts

Salam əziz dostlar.

 

Bu dərsimizdə photoshop ilə toplu şəkil ölçüləndirəcəyik. Yəni onlarca şəkili bir neçə dəqiqə içərisində standart ölçülərə gətirəcəyik.

Bunu üçün ilk olaraq Photoshop proqramını açaraq Windows > Action panelini aktivləşdirin.

01.gif

Daha sonra ölçüləndirəcəyiniz şəkillərin hamısını photoshop içərisinə File > Open ilə yada sürüşdür-bırax texnikası ilə əlavə edin. Əgər şəkil həddindən çoxdursa və sisteminiz güclü deyilsə şəkilləri qruplaşdıraraq yarı-yarı ataraq əməliyyatı həyata keçirdin.

Bütün şəkillər açıldıqdan sonra Action panelinin sağ alt küncündə ki, Create New Action basın.

Açılan pəncərədə action ad verin və Function Key ilə özünüz üçün qısa yol seçin. Rahatlıq üçün bunu seçməyiniz daha yaxşıdır. İstəsəniz bunu seçməyədə bilərsiz, bir başa paneldən Play edə bilərsiniz daha sonra.

02.gif

03.gif

Artıq Record düyməsini sıxdıqdan sonra phtoshop da etdiyiniz bütün əməliyyatlar yaddaşa yazılır. Açdığınız şəkillərdən hər hansı birini seçərək menyudan ölçüsünü balacalaşdırmaq üçün: İmage > Image Size seçin. Açılan pəncərədə şəkilin yeni ölçülərini daxil edin və OK sıxaraq yerinə yetirin. Daha sonra şəkil ölçüləndikdən sonra həmin ölçülənmiş şəkili pəncərənin üzərindəki X düyməsi ilə bağlayın və açılan pəncərədə (şəkil yaddaşa verilsin?) Yes düyməsini sıxaraq şəkilin açıldığı yerədə yaddaşa verilməsini həyata keçirdin. Ardından Action pəncərəsində aşağı hissədən Stop düyməsini basın. Artıq Action hazır etmiş vəziyyətdəyik. Bundan sonra istənilən vaxt hər hansı şəkili açaraq təyin etdiyiniz qısa yolu sıxaraq (biz dərsdə Shift+F12 təyin etmişik) şəkili ölçüləndirə bilərsiniz. Şəkil avtomatik ölçülənəcək və avtomatik bağlanaraq yeni ölçüdə yaddaşa veriləcək.

 

Bundan sonra digər açdığınız bütün şəkillərə ardı-arda Shift+F12 düyməsini sıxaraq yaddaşa verə bilərsiniz.

Bu şəkildə bir çox əməliyyatı çox rahat formada vaxt qazanaraq həyata keçirtməyiniz mümkündür.

Uğurlar...

 

Mənbə: Azgraf.net

 

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...