Noname_445 Konu tarihi: 28 Ağustos 2012 Paylaş Konu tarihi: 28 Ağustos 2012 Məşhur “Həyatdan sonra həyat” və “Ölümdən sonra həyat” kitablarının müəllifi Raymond Moudi həkim tanışı Corc Ritçidən eşitdiyi bir hadisədən sonra, bu mövzularla maraqlanmağa başlayıb. Gənc həkim Ritçi 1949-cu ildə Texasda yerləşən Kemp-Barkli hərbi xəstəxanasında ağır sətəlcəmdən müalicə alırdı. Dekabrın 20-si qəfildən onun temperaturu yüksəlir və o, şüurunu itirir. “Ayıldıqdan sonra gördüm ki, naməlum yerdə uzanmışam. Yerimdən qalxıb, paltarlarımı axtarmağa başladım. Paltarlarım yox idi. Lakin bayaq uzandığım yerdə, qəribə sarımtıl dərili adam uzanmışdı. Bu ölü idi. Onun barmağında iri qaşlı almaz üzük vardı. Bu mənim anamın üzüyü idi və mən onu dörd il idi ki, özümdə saxlayırdım”. Meyidin ona aid olduğunu anlayan Ritçi dəhşətli dərəcədə qorxur və dəhlizə çıxıb, sanitarı çağırır. Lakin sanitar onu eşitmir. “Sanitar mənə fikir vermirdi, elə bil ki mən yox idim. Bir neçə dəqiqədən sonra, o, mənim içimdən keçdi. Mənə aydın oldu ki, hansı yol iləsə, bədənim hissi qabiliyyətini itirib. Həm də başa düşürdüm ki, orada-morqda uzanan meyid mənə məxsusdur. Gedib onunla birləşməliyəm”. Otaqdan-otağa girən Ritçi, öz bədənini axtarmağa başlayır “Nəhayət həmin otağı tapdım. Meyidimin üstünü örtmüşdülər. Lakin əlləri çöldə qalmışdı. Sol əlində həmin üzük vardı. Mən meyidin üstünə örtülmüş mələfəni qaldırmağa cəhd etdim, amma alınmadı. Onda başa düşdüm: bu ölümdür! Həmin anda otaq işıqla doldu. Elə sakitlik və xoşbəxtlik idi ki, əbədiyyən həmin işıqda qalmaq istəyirdim...” Bütün həyatı Ritçinin göz önündən keçir. Ona belə bir sual verirlər: “Yerdə olduğun müddətdə nələr etmisən?” Heyrətlənmiş Ritçi cavab verir ki, nəsə etmək üçün çox cavan olub. Paralel dünyalar “Sonra otağa yeni işıq doldu və mən birdən bizim dünyamıza paralel bir dünyaya düşdüm. Orada qəribə kədərli üzlü insanlar vardı. Mən əvvəllər işlədikləri müəssisənin dəhlizlərini gəzən məmurlar gördüm. Amma onları heç kim görmürdü. Öz altı yaşlı oğlunun yanı ilə gedib, dayanmdan onunla danışan ana gördüm, amma uşaq nə onu görür nə də eşidirdi. Düşündüm ki, bəlkə də bu insanların beyni o qədər iş-güclə doludur ki, ölərkən də onlardan ayrıla bilmirlər. Düşündüm ki, görəsən bu cəhənnəmdir? Sonra daha iki dünyaya baxdım. İkinci dünya da paralel yerləşmişdi amma tamam fərqli idi. Orada hər kəs özünə qapanaraq, həqiqəti axtarırdı. Mən heykəltəraşlar, filosoflar, bəstəkarlar, ixtiraçılar gördüm. Orada kitabxanalar, elmi düşüncələrin saxlanıldığı müxtəlif laboratoriyalar vardı. Sonuncu dünyaya gözucu baxdım. Orada işıqdan düzəlmiş şəhər gördüm. Evlər, divarlar, küçələr parıldayırdı, orada gəzənlər isə mənim yanımdakı varlıq kimi işıq saçırdılar”. Sonra həkim Ritçi yenidən xəstəxana otağına düşür və yavaş-yavaş özünə gəlir. Qeydiyyat otağına girən Ritçi öz xəstəlik tarixçəsinə göz gəzdirir. Orada yazılmışdı: Sıravi Corc Ritçi: ölüm 20 dekabr 1949-cu ildə baş verib, iki tərəfli sətəlcəm”. “Sonralar mən ölümüm haqqında nəticə çıxaran həkimlə danışdım. O dedi ki, öldüyümə şübhəsi olmayıb. Lakin on dəqiqə sonra, onun yanına bir sanitar qaçıb və mənə adrenalin vurulmasını istəyib. Həkim ürək nahiyəmdən adrenalin vurub və görüb ki, bədənim canlanmağa başlayır.” Keçmiş, indi və gələcək yoxdur Raymond Moudi deyir ki, kliniki ölüm keçirən insanların təxminən 40 %-i iddia edir ki, keçmiş, indi və gələcək haqqında bütün biliklərin yox olduğu bir məkana düşüblər. Moudinin tədqiq etdiyi pasiyent qadınlardan biri danışırdı: “Bütün həyatım gözlərimin önündən keçdi. Sonra hiss etdim ki, əsrlərin sirrini, bəşəriyyətin, varlığın məğzini bilirəm. Mən hər şeyi bilirdim. Geri qayıtmağa qərar verdikdə isə mənə dedilər ki, bu biliklər itəcək. Lakin heç nə üçün peşman deyiləm. Ölümümə az qalmış, uşaqlarımın yanına qayıtdım.Yadımdadır, biliklər bütün formalarda idi: Görüntü, fikir, səs... Elə hiss edirdim ki, sanki mənə naməlum heç nə yoxdur.” Ya hər şeyi bil, ya da yerdəki həyatına davam et! 2500 il əvvəl Platon döyüşdə öldürülən Eranın, ölüm hadisəsini analiz edirdi. Ölən döyüşçülərin meyidləri 12 gün sonra yandırılarkən, Era qəfildən dirilmişdi. O, paralel dünyada çox şeylər görmüşdü. Onu həyata qaytarmışdılar ki, ölümdən sonrakı həyat barədə danışsın. Bəzi kliniki ölüm keçirən insanlar əminliklə deyir ki, ölümdən sonrakı həyatda da universitetlər və təhsil ocaqları var. 19 yaşlı Villi Kraiçça: “Mən əmin idim ki, tələbəyəm. Qarşımda müəllimlər var idi. Onların bilikləri mənə daxil olurdu. Lakin mən qayıtdım”. Beş gün komada qalan 49 yaşlı bombeyli Rəhman Padeşa deyir: “Elm və məlumatlar çox asanlıqla mənə daxil olurdu. Sanki mən onları hazır cavablar şəklində udurdum”. Ölümdən sonrakı həyatın bilikləri bəzən, insanların alt şüuruna girə bilir. İtaliyan bəstəkarı və skripkaçısı Cüzeppe Tartini bir dəfə yuxuda görür ki, şeytan onun skripkasını çalır. İlk səslər Tartinini heyrətləndirir. Səhər ayılanda o, musiqini xatırlayır və ona “ Şeytanın zənguləsi” adını verir. Bu sonata bəstəkarın ən gözəl əsəri hesab edilir. Mənbə:publika.az Alıntı Link to comment Share on other sites More sharing options...
Elmir_Hamidi Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 1 - şey ki, hər kəs üçün var fakt zad boş şeyərdi Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 28 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Fikrine gore cox sagol. Alıntı Link to comment Share on other sites More sharing options...
kenan chelsea Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 paylasim ucun cox sagol Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 28 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Deymez. Cox sagol. Alıntı Link to comment Share on other sites More sharing options...
MEZHH Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 axıra kimi oxudum, Amma bir az mənasızdı. Ölüən adam dirilə bilməz, bu sadəcə şok nəticəsində onların beynində yaranan təxəyyüldü. Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 28 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Yene de fikrine gore cox sagol. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Sebrim catmadigi ucun yazini oxumadim ama size deyimki olumden sonra insani NEHY EZ MUNKER sorgu sual edecek bunu aciqlaya bilerdim ama sebeb gormurem onuda deyimki insan yalniz qiyamet gunu uca YARADANIM EL QAHHAR yeni ALLAH terefinden dirilecekdir Alıntı Link to comment Share on other sites More sharing options...
MEZHH Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Əmr be Məruf və Nehy əz Munkər hər insanın vəzifəsidi, mənası da yaxşılıqa dəvət və pislikdən çəkindirmək Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 28 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Haminiz fikirlerinize cox sagolun. Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 ...paylaşdığın üçün təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 28 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Dəyməz. Çox sağolun. Alıntı Link to comment Share on other sites More sharing options...
Delphi7 Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Paylaşım üçün təşəkkür. Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 tsk Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 28 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Deymez. Cox sagol. Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 28 Ağustos 2012 Paylaş Mesaj tarihi: 28 Ağustos 2012 Paylaşım üçün təşəkkür Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 29 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 29 Ağustos 2012 Dəyməz. Çox sağolun. Dəyməz. Çox sağolun. Alıntı Link to comment Share on other sites More sharing options...
Dəli Yazar Mesaj tarihi: 29 Ağustos 2012 Paylaş Mesaj tarihi: 29 Ağustos 2012 ...Melumat üçün təşəkkürler... Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 29 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 29 Ağustos 2012 Dəyməz. Çox sağolun. Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 29 Ağustos 2012 Paylaş Mesaj tarihi: 29 Ağustos 2012 məlumat üçün təşəkkür Alıntı Link to comment Share on other sites More sharing options...
Noname_445 Mesaj tarihi: 29 Ağustos 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 29 Ağustos 2012 Dəyməz. Çox sağolun. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.