Jump to content
Forum Windows-az.com

Ortaq türk dili nə zaman yaranacaq?


Noname_445

Recommended Posts

250_d31oPw1F2zmv.jpg


Ortaq türkcənin yaranma perspektivləri

Türk Dövlətləri Əməkdaşlıq Şurasının yığıncağında Türk konseyi bayrağının qəbul olunması, digər ortaqlıq məsələlərini də gündəmə gətirdi. Ortaqlıqlardan biri də ortaq əlifba və dil məsələsidir. Bu illərdir müzakirə mövzusu olsa da, yekun nəticə hələ əldə olunmayıb. Prosesin uzanmasına səbəb nədir? Ortaq dil və əlifba necə olmalıdır? Millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov bildirdi ki, ortaq əlifbanın yaradılmamasının əsas səbəblərindən biri eyni səslərin müxtəlif qrafiklərlə ifadə olunmasıdır:

“Türk dövlətlərinin birgə toplantılarında, eyni zamanda ayrı-ayrı tədbirlərdə daim bu mövzu müzakirə olunur. Müzakirələr aparılsa da, əlifbalar arasında ciddi fərqlər mövcuddur. Ortaq əlifba üçün ilk növbədə, bütün türk dövlətlərinin latın qrafikasına keçməsi lazımdır. Türkiyə və biz keçmişik, özbəklər həm latın və də kirildən istifadə edir, qazax, qırğızlarda isə latına keçmək istiqamətində müzakirələr aparılır. Tatarlar, başqırdlar, udinlər, çuvaşlar, altaylar, qaraçaylar bir sözlə bütün türk xalqlarının da eyni qrafikadan istifadə etmələri lazımdır.

Bundan başqa, hamımız ortaq səslərdən istifadə etsək də, işarələr fərqlidir. Ortaq əlifbanın yaradılmamasında uzun saitlər, bəzi hərflər problem yaradır. Məsələn, “q” səsi Azərbaycan, Türkiyə, tatar, özbək, qazax türkcəsində də var, amma onların hər birində işarəsi müxtəlifdir. Ilk növbədə bu ortaqlıq həll olunmalıdır”.

Ortaq dil hansı olsun?

Ortaq dil məsələsində də fikirlər üst-üstə düşmür. Yenidən bir dilin yaradılması real görünmədiyindən, mövcud dillərdən birinin ortaq ünsiyyət vasitəsi olması lazımdır. Amma bu məsələdə də vahid bir qərar qəbul edilməyib. Başqa bir məsələ isə bu dilin işləkliyini təmin etməkdir. N.Cəfərov ortaq dil məsələsinin həll olunmamasının əsas səbəbini dövlətlər arasında qısqanclıqla əlaqələndirdi:

“Ortaq dil məsələsinə Türkiyə türkcəsi də, biz də iddialıyıq. Prinsipcə bu iki dil arasında ciddi bir fərq olmadığından, hansısa birinin olmasında böyük fərq hiss edilməz. Özbəklər isə, süni şəkildə ortaq dilin yaradılmasını təklif edirlər. Amma bu, da özünü doğrultmur. Hazırda ortaq dil məsələsi hələ ki, müzakirə mərhələsindədir. Ümid edirik ki, bir neçə ilə bu məsələ həll olunacaq. Ən real variant Türkiyə türkcəsidir. Bu dili demək olar ki, bütün türk dövlətləri başa düşür. Bundan başqa Türkiyə ortaqlığın yaradılması üçün bir çox layihələr həyata keçirib. Türkiyə türkcəsində məktəblər, qəzetlər, jurnallar, radio, televiziyanın olması reallığın göstəricisidir. Amma əksəriyyətimiz yeni müstəqillik əldə etmiş ölkələr olduğumuzdan, biri-birimizə qarşı bir az da qısqanclıq var. Sabah Türkiyə türkcəsi üstünlüyünü təklif etsə, o zaman bir gərginlik əmələ gələcək. Əslində hamımız eyni xalqıq, amma yenə də, belə psixoloji problemlər mövcuddur. Düşünürəm ki, ortaq dil məsələsində ən uğurlu variant Türkiyə türkcəsidir”.

Ortaq türk dilinin yaradılması qədər ondan necə istifadə edəcəyimiz də problemdir. Bəs türk dövlətlərinin rəsmi yazışmalarda bu dilin tətbiqi nə qədər realdır?

“Bu dildən necə istifadə edəcəyimiz mürəkkəb məsələdir. Çünki beynəlxalq yazışmalarda rus və ya ingilis dilindən istifadə edirik. Türk dövlətlərinin parlament assambleyasında hər bir türk dövlətinin öz dilində danışmasını yoxladıq. Qazaxlar qırğızlarla, biz isə Türkiyəlilərlə bir-birimiz anladıq. Digərləri ilə anlaşmaqda tərcüməyə ehtiyac duysaq da, bunu uğurlu addım hesab etmək olar”.

Türk xalqlarının ortaq dili XVI əsrədək mövcud olub

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli isə türk xalqları arasında tarixən ortaq dilin olduğunu vurğuladı:

“Bu gün ortaq dil məsələsində ən uğurlu variant Osmanlı türkcəsidir. Ortaq əlifba məsələsinə gəlincə, 90-cı illərin əvvəllərində İstanbulda türkdilli ölkələrin bir neçə dəfə toplantısı keçirildi. Həmin toplantılarda hər bir dövlət 34 işarədən çox olmamaq şərtilə, ortaq əlifba layihəsini təqdim edib”.
Məhərrəm Məmmədlinin sözlərinə görə, türk xalqları arasında ortaq dil tarixən mövcud olub və qədim mədəniyyyət nümunələrinin çoxu bu dildə yazılıb. Mahmud Kaşğarlının “Divani-lüğət ət-türk”, Yusif Xas Hacibin “Kutadqu Bilik” əsərlərini misal göstərən türkoloqun fikrincə, tarix boyu ayrı –ayrı dövlətlərin meydana gəlməsi və parçalanma nəticəsində bu ortaqlıq pozulub:

“XVI əsrdən sonra ortaq dil pozuldu. Birliyin təmin olunmasında, türk xalqlarının zəif iştirakı maneə olur. Dövlət dili statusu olmayan bəzi dillər bu prosesə demək olar ki, tam qoşulmayıb. Ən çox maneə isə Rusiya Federasiyası tərkibində olan xalqlarla bağlıdır”.

Ortaq dil yaranandan sonra, ondan necə istifadə edəcəyimizə gəldikdə, dilçi alim bildirdi ki, bunu üçün ilk öncə orta məktəblərdə kurslar açılmalıdır. Lüğətlər, kitablar çap olunmalı, tv-lərdə verilişlər hazırlanmalıdır. Türk dillərinin ümumi morfologiya, sintaksisi, qrammatik qayda-qanunları və s. tədqiq edilməlidir. Dövlətlərarası rəsmi yazışmalarda işlənməsinə gəldikdə isə, müsahibimiz bu məsələnin, ortaq dilin ümumişlək olmasından sonra, baş tuta biləcəyini dedi.

Nizami Cəfərov isə iddia edir ki, bu mürəkkəb məsələdir:

“Bu dildən necə istifadə edəcəyimiz mürəkkəb məsələdir. Çünki beynəlxalq yazışmalarda rus və ya ingilis dilindən istifadə edirik. Türk dövlətlərinin parlament assambleyasında hər bir türk dövlətinin öz dilində danışmasını yoxladıq. Qazaxlar qırğızlarla, biz isə Türkiyəlilərlə bir-birimiz anladıq. Digərləri ilə anlaşmaqda tərcüməyə ehtiyac duysaq da, bunu uğurlu addım hesab etmək olar”.

O, həmçinin ortaq dil və əlifbanın yaradılması üçün hər bir ölkənin müəyyən güzəştlər etməsini təklif etdi:

“Bu məsələnin rəsmiləşməsi üçün bir neçə il vaxt lazımdır. Amma bunun üçün həm də hər birimizin güzəştə getməyimiz vacibdir. Məsələn, biz latın qrafikalı əlifbaya Türkiyədən daha əvvəl keçmişdik. İkinci dəfə bu əlifbanı qəbul edəndə, türk dövlətləri ilə ortaqlığımız pozulmasın deyə- Türkiyəlilərin istifadə etdiyi variantı qəbul etdik. Ancaq bu gün güzəşt məsələsində subyektiv amillər meydana çıxır. Özbəklər Xəzər məsələsinə görə, Türkiyə ilə uzlaşmaq istəmir. Ortaqlığın alınmamasına həm də dövlət başçılarının xarakterindən irəli gələn problemlər də təsir edir”.
Link to comment
Share on other sites

Proqramlar telegramda

...bu ciddi məsələdir...və çox vacibdir...buna təkcə ortaq dil və ya ortaq anlayış kimi baxmaq olmaz...bu ideyadır....böyük ideyanın 1 hissəsi...hər şey dildən başlayır...dil arxasıyca özüylə nələr gətirdiyini tarixi bilənlər yaxşə başa düşür...odur ki, buna böyük dövlətlər mane olur...amma bu nə vaxtsa olmalıdır...Böyük Turan...

...məlumat üçün təşəkkür...

Link to comment
Share on other sites

mehdi1998 Səninlə razıyam amma Türklərdə hərşey səhv işləyir ) Xeyirli olan birşey həmişə Türklər tərəfindən ya samballaşdırılaraq maraqsız hala gətirilib yada insanlar tərəfindən pislənərək daha pis hala gətirilib

ata babalarımız belə olmasada biz inkişaf etmiş Türlər çox vaxt hazırçılığı seçirik amma Türklərin qanında belə birşey olmamalıdır.

Böyük Turan haçansa yaranacaq amma dövlət başçıları bununla bağlı daha çox tədbirlər görməli və insanlara daha çox təbliğ etdirməlidirlər.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...