Jump to content
Forum Windows-az.com

Windows XP Sirrleri 2


Elmir_Hamidi

Recommended Posts

Windows sirləri adlı dərsimin böyük marağa səbəb olduğunu görüb həmin dərsin ardını hazırlamağı qərara aldım. Elə isə başlayaq.

1)Sistemin səs siqnalının söndürülməsi.

Bunun üçün aşağıdakı əməliyyatları diqqətlə yerinə yetirin.

 

Start menyusundan Run əmrini çalışdırın. Açılacaq dialoq qutusuna regedit daxil edin.

148_clip_image002.jpg

Sonra HKEY_CURRENT_USER\\Control Panel\\Sound daxil olun.

148_clip_image004.jpg

Və sağ tərəfdən "Beep" və "ExtendedSounds" tapıb

148_clip_image006.jpg

hər ikisində yazılmış "yes" əmrini "no" əmri ilə əvəz edin.

148_clip_image008.jpg

148_clip_image010.jpg

Əməliyyatdan sonra siçanın (mouse) sağ düyməsi ilə Refresh (və ya klavyaturada F5) ilə sistemi yeniləməlisiniz. Əgər alınmasa kompüterinizi Restart etməlisiniz.

Bundan sonra bir daha sistemin səs siqnalını eşitməyəcəksiniz.

 

Internet Explorer-də Links yerinə istədiyiniz sözü və ya mətni daxil edə bilərsiniz.Windows-un bu sirrini Registry-də işləyərkən aşkar etmişəm.

148_clip_image012.jpg

Başlayaq:

Yenə də Start menyusundan Run əmrini çalışdırın. Açılacaq dialoq qutusuna regedit daxil edin.

148_clip_image013.jpg

HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Internet Explorer\\Toolbar daxil olun. Və sağ tərəfdə "LinksFolderName" tapıb üzərində 2 dəfə vurun.Links yazılmış dəyəri istədiyiniz söz və ya mətn ilə əvəz edin.Məsələn, mən öz elektron ünvanımı yazmaqla kifayətlənirəm.

148_clip_image015.jpg

Bu da nəticə:

148_clip_image017.jpg

3) Sistem tərəfindən tez-tez diskdə çox az yer qalması haqqında məlumat verilməsinin ləğv edilməsi.

Bunun üçün aşağıdakı ardıcıllıqları diqqətlə yerinə yetirin:

 

Start menyusundan Run əmrini çalışdırın. Açılacaq dialoq qutusuna regedit daxil edin.

148_clip_image013_0000.jpg

HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\CurrentVersion\\Polic

ies\\Explorer daxil olun.

148_clip_image019.jpg

Sağ tərəfdə NoLowDiskSpaceChecks adlı yeni DWORD parametri yaradın.Bunun üçün siçanın sağ düyməsi ilə New>DWORD value.

148_clip_image021.jpg

Yuxarıda qeyd etdiyim kimi parametrin adını NoLowDiskSpaceChecks qoyuruq.

Dəyərini isə 1 veririk

148_clip_image023.jpg

Bu əməliyyatdan sonra sistem bir daha sizi diskdə az yer qalması haqqında məlumatla narahat etməyəcək.

Bu qədər.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...