Elmir_Hamidi Konu tarihi: 6 Eylül 2012 Paylaş Konu tarihi: 6 Eylül 2012 Мой компьютер (My computer) pəncərəsini açdıqda C diskinin standart piktoqramını görməkdən artıq bezmisinizsə onu dəyişdirməyin çox asan yolu var. Bu üsulla siz həmin piktoqramı hər hansı bir hərf, söz və ya düzəltdiyiniz iconla əvəz edə bilərsiniz. Bu dərsimizdə mən həmin piktoqramı sadəcə "C" hərfi ilə əvəz etməklə kifayətlənəcəyəm. Bunun üçün bizə ilk növbədə C (C:\\) diskinin içərisində AUTORUN.INF və c.ico (32*32 ölçüsündə) adlı fayl yaratmaq lazımdır. Bunları yaratmaq üçün aşağıdakı ardıcılıqları diqqətlə yerinə yetirin: 1)İlk öncə C diski (C:\\) içərisində bir AUTORUN.INF adlı bir fayl yaradaq. Həmin faylı biz Блокнот (Notepad) mətn redaktoru ilə yaradacağıq. Bunun üçün Блокнот (Notepad) açılmış pəncərəsinə aşağıdakı əmrləri daxil edirik: [autorun] icon=c.ico Daha sonra Файл (File) menyusuna daxil olaraq Сохранить как (Save as) bölümündən etdiyimiz dəyişiklikləri AUTORUN.INF adı altında C diskimizin (C:\\) içərisində saxlayırıq. Artıq AUTORUN.INF faylını yaratdıq. İndi isə 32*32 ölçüsündə bir c.ico adlı bir icon hazırlayaq. 2)c.ico adlı iconu siz Photoshop, Windows-un Paint və digər rəsm redaktorları ilə vasitəsilə hazırlaya bilərsiniz. Aşağıda gördüyünüz iconu mən Photoshopda hazırlamışam. Sonra hazırladığımız iconu C diski (C:\\) içərisində saxlamalıyıq. Daha sonra C (C:\\) diski içərisinə daxil olub hər 2 yeni hazırladığımız faylı orada görürük. İndi isə Мой компьютер (My computer) pəncərəsinin içindəykən mausun sağ düyməsi ilə (və ya klavyaturada F5 ilə) Обновить edirik. C diskinin piktoqramının dəyişəcəyini görəcəksiniz. Əgər alınmasa onda kompüterinizi yenidən söndürüb yandırmalısınız. Eyni əməliyyatı D diski üzərində etsəniz eyni nəticəni əldə edəcəksiniz. Əldə etdiyiniz nəticə sizi qane etməsə əvvəlki vəziyyətinə qaytarmaq üçün yaratdığınız yeni faylları silib kompüterinizi RESTART etməlisiniz. Əgər hazırladığınız AUTORUN.INF faylının görünməsini istəmirsinizsə onda həmin faylı qeyd edib mausun sağ düyməsi ilə Свойства (Properties) daxil olub Атрибуты/Attributes bölümündən Скрытый/Hidden seçmək lazımdır: Daha sonra Сервис (Tools)> Свойства папки (Folder Options)> Вид (View) bölümündən Не показывать скрытые файлы и папки (Do not show hidden files and folders) seçilmiş olmasına diqqət yetirməyiniz lazımdır. Alıntı Link to comment Share on other sites More sharing options...
KymaR_ Mesaj tarihi: 6 Eylül 2012 Paylaş Mesaj tarihi: 6 Eylül 2012 Tesekkur mene lazim idi Alıntı Link to comment Share on other sites More sharing options...
Elmir_Hamidi Mesaj tarihi: 6 Eylül 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 6 Eylül 2012 Agabey,Dəyməz Xoşdur buyur Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 6 Eylül 2012 Paylaş Mesaj tarihi: 6 Eylül 2012 ...Elmir_Hamidi , paylaşdığın üçün təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 6 Eylül 2012 Paylaş Mesaj tarihi: 6 Eylül 2012 Paylaşım üçün tşklər Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 6 Eylül 2012 Paylaş Mesaj tarihi: 6 Eylül 2012 Tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
huseyn85 Mesaj tarihi: 6 Eylül 2012 Paylaş Mesaj tarihi: 6 Eylül 2012 Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
•SaiD• Mesaj tarihi: 6 Eylül 2012 Paylaş Mesaj tarihi: 6 Eylül 2012 Paylaşım üçün tşklər Alıntı Link to comment Share on other sites More sharing options...
RAMBO Mesaj tarihi: 6 Eylül 2012 Paylaş Mesaj tarihi: 6 Eylül 2012 Təşəkkür edirəm Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 8 Eylül 2012 Paylaş Mesaj tarihi: 8 Eylül 2012 Tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
Elmir_Hamidi Mesaj tarihi: 8 Eylül 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 8 Eylül 2012 Dəyməz Xoşdur buyrun Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.