Jump to content
Forum Windows-az.com

İnanılmaz olsa da, belədir: Günəş sönməyə başladı


Noname_445

Recommended Posts

1346849924_12nov91.gif


1346849869_921111rg.gif


Son 5 ayda Günəş səthindəki temperatur və onun yaydığı enerjinin intensivliyi son 300 il ərzində ən aşağı, rekord səviyyəyə düşüb
Günəş mərhələlərinin yeni fazası 18-ci əsrdən bəri aparılan müşahidələr əsnasında minimum həddə çatdığından, bundan sonra Günəşdə "buzlaşma dövrü"nün, Yerdə isə ifrat istilərin başlayacağını demək olar.

İfrat istilər az çəkəcək, sonra isə havalar uzun müddət ərzində soyuq keçəcək.

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin orbital zondları ilə rəsədxanalarında aparılan müşahilərə görə, Günəşin aktivliyinin maksimum həddi 2011-ci ildə olmalıydı. Lakin Günəşin temperaturu ötən il artmadığından alimlər Günəşin ən isti dövrünün 2012-ci ilə təsadüf edəcəyini ehtimal etdilər.

Lakin indi Günəşdə Volf əmsalının orta aylıq səviyyəsi maksimum ölçülərdən 3 dəfə aşağıdır.
Volf əmsalı Günəşdəki ləkələrin sayını səciyyələndirir.

2012-ci ildən bəri Volf əmsalı bir dəfə də olsun 70-ə çatmayıb. Halbuki əvvəlki illərdə bu əmsal 170-ə bərabər olurdu. Fevral ayında Volf əmsalı 32,9, bu ayın əvvəllərində isə 63,1-ə düşüb.

Amerikalı alimlər deyirlər ki, Günəşin şüalanması "Dalton minimumu"na enib.

"Dalton minimumu" 1784-1810-cu illərdə, iki 11 illik dövrdə müşahidə olunub.

Günəşdəki ləkələrin mütəmadi hesablanmasına 1750-ci ildə Sürix rəsədxanasında başlanmışdı.

Günəşin enerjisinin zəifləməsinə rentgen partlayışlarının sayının azalması, plazma partlayışlarının sayının isə tam əksinə, artması dəlalət edir.

Alimlər hesab edirlər ki, bəhs olunan proseslər nəticəsində Yerdə ciddi iqlim dəyişiklikləri olacaq. 2013-cü ilin yayı çox isti və bürkülü keçəcək, sonrakı illərin qış fəsillərində isə havalar həddən ziyadə soyuyacaq.

"Günəşin tədricən sönməyə başladığını deyə bilərik. Əslində Günəş dərhal sönməyəcək. Bu proses milyonlarla, yüz milyonlarla il ərzində davam edəcək. Lakin artıq hər şey başlayıb", - astronom Endryu MakMillan deyib.
Link to comment
Share on other sites

Proqramlar telegramda

DÜNYA YARANMAMIŞDAN ÖNCƏ UCA YARADAN ALLAH GÜNƏŞİ YARADIB BUDA MİLYONLARLA İLDİRKİ TƏBİƏTİN BİR PARÇASIDIR ALİMLƏRİN DEDİYİ İSƏ FANTAZİYADAN BAĞQA BİR ŞEY DEYİL UNUTMAYIN GÜNƏŞ SÖNƏ BİLMƏZ ƏGƏR SÖNSƏDƏ UCA YARADAN ONU YENİDƏN ALOVLANDIRMAĞA QADİRDİR QİYAMƏTİN NƏVAXT ÇATACAĞINI YALNIZ ALLAH BİLİR

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V.V.) DƏN SORUŞUBLAR QİYAMƏT NƏ VAXT OLACAQ ? O İSƏ CAVABINDA ALLAHIN 9000 SİRRİ VARDIR 3000 İ ALLAH,PEYĞƏMBƏRLƏR,VƏ BƏNDƏLƏRƏ AGAHDIR DİGƏR 3000 İ ALLAH VƏ MƏNƏ AGAHDIR VƏ NƏHAYƏTKİ SONUNCU 3000 SİRR YALNIZ ALLAHA MƏXSUSDUR BİZLƏRƏ MƏXSUS OLAN SİRRDƏ BİLİRİKKİ QİYAMƏT OLACAQ AMA VAXTINI BİLMİRİK NƏ VAXTDIR. ÇÜNKİ ALLAHA XAS OLAN HƏMİN O 3000 SİRRİN İÇİNDƏ SİRR OLARAQ QİYAMƏTİN VAXTI SAXLANMAQDADIR

Link to comment
Share on other sites

Paylasim uucn tesekkurler ama bunuda unutmayaqki bezi cavanlarimiz bele seylere inanirlar 21 Mayi 2012 ci il idi bir nefer usaq var o gunude guy deyilene gore seher saat 10 tamamda dunya dagilmali idi cixdim kuceye gordumku bu gelir salamlasdim dediki dunya dagilacag 15 deqiqeye dedim birden dagilmasa yeni sen subut edirsenki dunya dagilacag dedi beli men inanirmki bugun dunya dagilacag dedim bunu yalniz ALLAH bilir eger olmesek sabah goruserik seninle seheri gun o oglani gordum dedim bes ne oldu basin utandigindan saldi asagi bir muddet sonra hemin oglani mescidde gordum

Link to comment
Share on other sites

günəşin sönməyi demək olar ki mümküm deyil çünki orada 1-dəq də milyonlarla radioaktif elementlər parçalanır bu da milyonluq enerji deməkdi.bu elmi tərəfi idi amma yenədə hər şey uca yardanın əlindədi dahi SPENSER demişdir "BİZ SİRRLƏR İÇİNDƏ NƏ QƏDƏR ŞEY AXTARIRIQSA QARANLIQ YERLƏR BİR O QƏDƏR ARTIR.ANCAQ BİZ BİR HƏQİQƏTİ DƏRK ETMİŞİK,BU HƏQİQƏT İNSANDAN UCA VƏ ƏZƏLİ OLANBİR QÜVVƏNİN VARLIĞIDIR.BU QÜVVƏNİN ADI TANRIDIR" bu qədər fellow

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...