Jump to content
Forum Windows-az.com

Ötən il ilə bu ilki arasında internet qiymətlərinin müqayisəsi


Noname_445

Recommended Posts

internet.jpg


Keçən il olduğu kimi, 2012-nin də Sentyabr ayı bir çox internet provayderlərin qiymətlərini endirməsi ilə müşayət olundu. AzStarNet, Metronet, Transeurocom, AzDataKom, DataPlus, Ultel, Stream, AvirTel, Bakinternet, AzTeleKom və Connect qiymətləri endirib yeni paketlər təqdim etmişdir. Əgər siz bu internet provayderlərindən hər hansı birini istifadə edirsinizsə, ödədiyiniz məbləğ qarşılığında yeni sürəti alıb-almadığınızı mütləq yoxlayın.
Yoxla.az 2011-ci ilin avqust ayından fəaliyyətə başlayıb və o vaxtdan Azərbaycan internetində bütün qiymət dəyişikliklərini təqib edir. İnternetimizdə baş verən dəyişiklikləri daha aydın təsvir etmək üçün, 2011-ci ilin Avqust ayından bu günə qədər dəyişiklikləri analiz etdik.
Genişzolaqlı (Fixed) İnternet
Genişzolaqlı internet qiymətlərini müqayisə etmək üçün biz bütün limitsiz paketlər üzrə 1Mb/s sürətin qiymətini əsas götürdük. Aşağıda göy zolaqla müvafiq il üçün 1Mb/s sürətin qiymət diapazonu (minimal-maksimal), sarı ox isə ortalama qiyməti göstərilmişdir:

Fixed-Broadband-Price-2012.gif


Yuxarıda göstərildiyi kimi, 1Mb/s sürətinin qiyməti 2011-ci il üçün 6.66-100 manat arasında dəyişib və 1Mb/s sürətin orta qiyməti 21.5 manat təşkil edib. 2012-ci ildə qiymət diapazonu xeyli kiçilərək 1.33-15 AZN, orta qiymət isə 6.27 manat təşkil etmişdir. Ortalama 1 Mb/s sürətin qiyməti 3.45 dəfə ucuzlaşmışdır.
İkinci müqayisə kriteriyamız qoşulma sürətləridir. Son 1 ildə kabel və fiber optik provayderlər fəaliyyətə başlamış, ADSL provayderləri maksimal sürəti 24Mb/s-a artırmışdır. Nəticədə, aşağıda göründüyü kimi, maksimal sürət 2011-də 12 Mb/s-dən, 2012-də 100 Mb/s-ə artmışdır. Müvafiq vaxtda ortalama qoşulma sürəti 3.69-dan 10.3 Mb/s-ə, minimal qoşulma sürəti isə 256Kb/s-dən 1Mb/s-ə qaldırılmışdır.

Fixed-Broadband-Speed-2012.gif


Qeyd edək ki, bu hesablamalarda:

Yalnız limitsiz paketlər nəzərə alınmışdır

Nakhinternet provayderinin qiymət və sürətləri nəzərə alınmamışdır

Qiymət və sürətlər provayderlərin saytlarındakı məlumata əsaslanmışdır. Abunəçilərə verilən sürət, vəd edilən qoşulma sürətindən aşağı ola bilər.


Mobil İnternet
Azərbaycanın mobil telekom səhəsi üçün son 1 il 3G texnoloqiyasının tətbiqi ilə yadda qaldı. 3G-nin tətbiqi həm qiymətlərdə həm də sürətlərdə böyük dəyişikliklərə səbəb oldu. Genişzolaqlı internetdən fərqli olaraq, mobil paketlərin əksəriyyəti trafiklidir (limitli). Buna görə, müqayisə üçün biz paketlərdəki 1GB trafikin qiymətini əsas götürdük.

Mobile-Broadband-Price-2012.gif


Yuxarıda göstərildiyi kimi, 1GB trafikin qiyməti 2011-ci il üçün 1.66-241 manat arasında dəyişib və orta qiymət 40.5 manat təşkil edib. 2012-ci ildə qiymət diapazonu xeyli kiçilərək 1-34.1 manat, orta qiymət isə 7.75 manat təşkil etmişdir. Ortalama 1 GB trafikin qiyməti 5.22 dəfə ucuzlaşmışdır.

Mobile-Broadband-Speed-2012.gif


2011-də mobil internetə qoşulma sürətləri 230 Kb/s ilə 10 Mb/s arasında olmuşdur. 2012-də bu rəqəm 2-21 Mb/s arası dəyişir. Ortalama qoşulma sürəti 3.48 Mb/s-dən 7.05-ə qalxmışdır.
Qeyd edək ki:

Bəzi mobil operatorlar 28 Mb/s və hətta daha yüksək sürətlər göstərsə də, praktikada bu sürətləri almaq demək olar ki mümkün olmayıb. Buna görə biz ən yaxın qoşulma sürəti olan 21 Mb/s seçdik.

Limitsiz paketləri hesablamalarda nəzərə almaq üçün onları 15GB trafik həcmində nəzərdə tutduq. 15GB bügün bazarda mövcud olan ən böyük trafikli paketdir.

Qiymət və sürətlər provayderlərin saytlarındakı məlumata əsaslanmışdır. Abunəçilərə verilən sürət, vəd edilən qoşulma sürətindən aşağı ola bilər.

Mənbə:Yoxla.az
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...