Jump to content
Forum Windows-az.com

1.ci Dərs - PHP ilə Tanışlıq


Recommended Posts

Salam xoş gördük, ilk dərsimdə sizləri salamlayıram. Çalışacam mütəmadi sizlərə php-nin dərinliklərini öyrədəm. Dərsləri başdan izləsəniz sonradan hamısı asand gələcək. Beləliklə ilk dərsimizdən başlayaq.

 

PHP nədir? PHP əsasən veb proqramlaşdırma dili olub, ilk öncə Rasmus Lerdof tərəfindən icad edilmişdi. Əslində PHP C++ və Perl kimi dillərin asanlaşdırılmış və web üçün uyğunlaşdırılmış bir variantı kimi meydana gəlmişdir. Ancaq ,sonradan bu dil çox inkişaf etmiş və hal hazırda bir çox veb serverlər tərəfindən dəstəklənməkdədir. PHP sözü ilk dəfə Lerdof tərəfindən Personal Home Page (Şəxsi ev səhifəsi) sözlərinin baş hərfləri ilə adlandırılmışdır. Sonradan O Hypertext Preprocessing adını almışdır. PHP nin üstünlükləri:

 

1) PHP kod HTML kodun içərisində belə işlənə bildiyindən, PHP də yazılan veb səhifələr tez yüklənir

2) PHP Açıq Kod Sistemınə malik bir proqramlaşdırma dilidir

3) PHP çox asan dil olduğundan, yeni başlayanlar üçün də sərfəli bir dildir

4) PHP Windows,Linux,Macintosh və s. kimi əməliyyat sistemlərində işlənir

5) Əgər sizin php scriptiniz düzgün yazılıbsa ,onda proqramın kodu istifadəçilər tərəfindən görsənməyəcək.

6) PHP demək olar ki, yalnız web proqramistin fantaziyası ilə məhdudlaşır. Webə aid nə istəsəniz, php nin köməyi ilə edə bilərsiniz

 

 

İlk öncə bizə lazım olanlar.

 

1. Mətn redaktoru (Adobe Dreamwaver) və ya (phpDesigner) - Mən PHP Designer proqramından istifadə edəcəm

2. Vitual server (Denver) və ya (Open Server) - Mən OpenServer istifadə edəcəm.

 

 

PHP-nin yazılış qaydası aşağıdakılardır:

 

XML forması:

<?php

...

?>

 

SGML forması:

<?

...

?>

 

ASP forması:

<%

...

%>

 

- Biz XML formasından istifadə edəcəyik

 

----------------------------------Beləliklə Başlayaq------------------------------------

 

1. Mətn redaktorunu açırıq. Və ora aşağıdakı kodu yazırıq.

 

<?php

 

$ad='Tural';

$soyad='Agayev';

 

$info=$ad.' '.$soyad;

 

echo $info;

 

?>

 

----------------------------

$ad - dəyişəninə Tural sözünü əlavə edirik, soyadada həmçinin, = kimi yazdıqda soldakı dəyişən sağda nə varsa onun qiymətini alır.

$info - dada həmçinin, solda yerləşir və sağdakı verilənlərin qiymətini alır, php-də verilənlər ardıcıllıqla oxunduğundan əvvəlcə biz $ad $soyad dəyişənlərinə qiymət verdik sonra isə onların qiymətini $info dəyişəninə verdik. Yadınızda saxlayın ki verilənlər dırnaq (") içində yazıır və sətirlərin sonunda (;) nöqtəli-vergül qoyulur.

echo - çapa vermək üçündür. Biz bunu çox istifadə edəcəyik.

echo $info; - yəni info dəyişənini çapa veririk.

$info=$ad.' '.$soyad; - burda dəyişənləri birləşdirəndə aralarında dırnaq yazılmalıdır və dəyişəndən sonra və ya öncə nəsə yazılacaqsa o zmaan həmin dəyişəndən uyğun olaraq əvvəl və ya sonra nöqtə qoyulur.

 

 

----------------------------------Başqa bir misala baxaq------------------------------------

 

<?php

 

$ad='Tural';

$soyad='Agayev';

$yash='23';

 

$info=$ad.' '.$soyad;

 

$info=$yash;

 

echo $ad.' '.$soyad. ' - yashi '.$info;

 

?>

Burada info dəyişəninə əvvəlcə ad soyadı sonra isə yaşı əlvə etdik. PHP-də verilənləri yuxarıdan aşağı oxuduğundan info dəyişəninə əvvəlcə ad və soyadı əlavə etdik, sonra isə yaşı. Sonda yaşı əlvə etdiyimizdən artıq çapa verdikdə o bizə yalnızca yaşı qaytaracaq.

Ekrana çıxacaq mətin belə olacaq: Tural Agayev - yashi 23

 

Yox əgər isətək ki əvvəlki məlumatların saxlanması şərti ilə əlavə olunsun o zaman dəyişəndən sonra bir . qoymaq lazımdır. Aşağıdakı kimi.

 

$info.=$yash;

Счастье не ищут, как золото или клад. Его создают сами, те, у кого хватает сил, знания и любви

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 3 sene sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...