Həsən İldırımov Konu tarihi: 23 Mart 2013 Paylaş Konu tarihi: 23 Mart 2013 Professor əlinə su dolu stəkanı götürüb qabağa uzatdı və tələbələrindən soruşdu: - Necə fikirləşirsiz, sizcə, bu stəkanın çəkisi nə qədərdir? Auditoriyada pıçıltılar başladı. - Təxminən 200 qram! Yox, 300 qram! Bəlkə də 500 qram! - deyə müxtəlif cavablar səsləndi. - Əgər ölçməsəm, mən də bilməyəcəyəm. Amma bu vacib deyil. Mənim sualım belədir: bu şəkildə stəkanı bir neçə dəqiqə saxlasam, nə baş verəcək? - Heçnə! - Doğrudan da heçnə.- professor cavab verdi - bəs əgər 2 saat saxlasam? - Sizin qolunuz ağrıyacaq. - Bəs əgər bütün günü saxlasam? - Sizin qolunuz keyiyəcək, güclü əzələ ağrılarınız başlayacaq, hətta iflic belə ola bilər. Bəlkə də təcili yardım gərəkəcək - tələbələrdən biri dedi. - Sizcə, bütün günü su dolu stəkanı əlimdə saxlasam, onun çəkisi dəyişəcək? - Yox - deyə, tələbələr kefsiz cavab verdilər. - Bəs vəziyyəti düzəltmək üçün nə etmək lazımdır? - Stəkanı stolun üstünə qoymaq - gülümsəyərək bir tələbə suala cavab verdi. - Düzdür - professor sevincək cavabı təsdiqlədi. - Bütünhəyati işlər də bu cürdür. Bir problem haqqında bir neçə dəqiqə düşünsən, o sənə yaxın olacaq, bir neçə saat düşünsən, o səni sovuracaq, bir bütöv gün düşünsən, o səni iflic edəcək. Problem haqqında çox düşünmək olar, amma bu heçnəyə gətirib çıxarmayacaq. Onun "çəkisi" azalmayacaq. Problemi həll etmək üçün hərəkət etmək lazımdır. Həll et ya da kənara qoy. Qəlbində səni fəlc edəcək ağır daşları daşımaq lazım deyil. Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 24 Mart 2013 Paylaş Mesaj tarihi: 24 Mart 2013 ...paylaşdığın üçün təşəkkür...maraqlıdır... Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 24 Mart 2013 Paylaş Mesaj tarihi: 24 Mart 2013 Maraglidir paylasim ucun minnetdaram Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 24 Mart 2013 Paylaş Mesaj tarihi: 24 Mart 2013 ~Təşəkkürlər... Maraqlıdı~ Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 24 Mart 2013 mövzunu açan Paylaş Mesaj tarihi: 24 Mart 2013 dəyməz.... Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 24 Mart 2013 Paylaş Mesaj tarihi: 24 Mart 2013 tesekkur Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 24 Mart 2013 mövzunu açan Paylaş Mesaj tarihi: 24 Mart 2013 dəyməz.... Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.