Salam. Bu notbuk məncə hərtərəfli işləmək üçün ideal seçimdir. Amma Bakıda Lenovo , Dell və Asus kimi markaların 1000-1500 azn arası olan notbukları daha məqsədəuyğun ola bilər. Həm də kreditlə almaq olar.
Dizayn işlərində istifadə üçün notbukda SSD olsa işinizi bir xeyli tezləşdirəcək.
Və nəhayət bildiyimə görə adı çəkilən mağazanı orginal olmayan proqram təminatlı komputerlər satdığına görə kifayət qədər iri məbləğlə cərimələyiblər. Və bu cərimədən sonra mağaza fəaliyyət istiqamətini dəyişib. Yəni adi balaca mağazada komputer aksesuarları və s. satmaqla məşğuldur.
Bu rəsmi saytda adı çəkilməsə də, bəzi qeyri-dəqiq mənbələrdən əldə etmişəm.