Salam. Mənə şəbəkədə 3-dən artıq istifadəçinin eyni anda işləyə biləcəyi sadə cədvəl proqramı lazımdır. Hər hansı redaktə proqramı da ola bilər. MS.Excell proqramında 2 istifadəçi bir sənədi eyni anda redaktə edə bilir. Ancaq maraqlıdır, görəsən 3 və daha artıq istifadəçinin eyni anda işləyə biləcəyi proqram varmı? Belə məqsədlər üçün adətən məlumat bazasının qurulması məsləhət görülür. Ancaq insan işi daha asan vasitələrlə yoluna qoyanda vaxta qənaət etmiş olur. Təşəkkür edirəm.