Jump to content
Forum Windows-az.com

İntelin 4-cü nəsil Haswell prosessorları


Tərlan
 Share

Recommended Posts


Haswellin güc məhsuldarlığı


İntel, Haswellin x86 PC prosessorlarında nəsildən nəsilə indiyə qədərki ən böyük güc məhsuldarlığıı təqdim etdiyini söyləyir. Yəni Haswell, Netburst Pentium 4dən ilk Core Duo prosessorlara keçərkən təqdim edilən güc qənaətindən belə çoxunu təqdim edir.

Yaxşı İntel bunu necə bacardı? Bu inkişaf etdirmələr, noutbuklar və planşetlər üçün nə verir?

İntel, güc istehlakını azaltma əməliyyatına hədəflərini dəyişdirərək başladı. Mobil cihazlarda özünə 35-45 vattlıq bir dizayn sərhədi qoyan İntelin hədəfi indi 10-20 vattdır.

Prosessor nəhəngi, bu inkişaf etdirmələri son bir neçə ildir çipləri üst üstə yerləşdirərək bacarır. Burada prosessora daha çox funksiya əlavə olunması əhəmiyyətli rol oynayır. Bu günlərdə yaddaş yoxlamaçısından I/O-ə və qrafiklərə hamısı bir çipdə toplanır.

Ivy Bridge generasiyası ultrabookların 5 saatdan çox batareya ömürü təqdim etməsi lazımdır. Haswell isə bu müddəti Windows 8də 9 saatlıq gözləmə müddətinə və 6 saatlıq HD video icra etməyə qədər yüksəldir. Dahası bir Haswell notebook, 7 gün boyunca gözləmə rejimində e-poçtlarınızı və ictimai şəbəkə aktuallaşdırmalarınızı idarə edə bilir. Bu funksiya çipin yeni "yatma vəziyyətləri" sayəsində təqdim edilir. Bu yatma vəziyyətləri, CPU nüvələri boşdaykən təməl olaraq köhnə suspend-to-RAM vəziyyətinin batareya performansını təqdim edə bilir. Bu sayədə PCnizi açdığınızda ən son e-poçtlarınız və aktuallaşdırmalarınız dərhal qarşınıza gəlir.



Haswellin qrafikləri


Haswell ilə birgə gələn ən əhəmiyyətli ikinci inkişaf etdirmə, qrafikləri üçündür. Yeni nəsil prosessor, İntelin indiyə qədərki ən güclü qrafik nüvəsini üzərində saxlayır. Qrafik nüvəsinin çox sayda fərqli distributivi də olsa istifadə edilən texnologiya çox çox dəyişməmiş vəziyyətdədi. Dəyişən, İntelin qrafiklər üçün xərcləmək istədiyi silikon miqdarıdır. Şirkət bu mövzuda heç amma heç xəsis davranmayıb.

Intel HD Graphicsin Sandy Bridge distributivi, 1.150Mhzdə 16 icra vahidiylə çalışır. Haswell vahid sayını 40a, saat sürətini isə 1.300Mhzə yüksəldir. Dahası İntel, Haswellə istəyə bağlı 128MBlıq bir eDRAM əlavə etmişdir. Bu hissə fərqli bir silikon olaraq prosessorun üzərində iştirak edir və həm qrafik, həm də prosessor nüvələri üçün ortaq L4 keş yaddaşı olaraq çalışır. eDRAMin ən əhəmiyyətli vəzifələrindən bir dənəsi, inteqrə qrafiklərin ortaq problemi olan qrafik performansını artırmaqdı. Bu artmanın nə qədər olduğunu görmək üçün isə bir az gözləməmiz lazım olacaq.


Haswellin çipsetləri


Haswell dəstəkli ən əhəmiyyətli çipsetler arasında bu ankı Z77in yerinə keçən Z87, H87 və H81 var. İntel yeni çipsetdə bəzi funksiyaları Haswell prosessorun içinə daşımış, beləliklə bu funksiyaları anakart üzərindən qaldırmışdır. Nümunə vermək lazım olsa inteqrə qrafiklərlə əlaqədar interfeyslər artıq əksəriyyətlə prosessor üzərində var. Buna əlavə olaraq Displayport interfeysi artıq 3.840x2.160 həllolma əmsalı/dəqiqliyini dəstəkləyir. İşin maraqlı yanı, bu şəkildə Asusun 4K dəqiqliyinin 32 düymlük monitorunun da dəstəklənilmiş olmasıdı.

Z87 PCH, əslində Z77dən fiziki mənada daha az yer aparır. Ancaq bu, bəzi spesifikasiyalarda inkişaf etdirmə edilmədiyi mənasını vermir. Məsələn bütün SATA portları artıq 6Gbps sürətini dəstəkləyir. Dəstəklənilənlər arasında 1.600Mhzə qədər DDR yaddaş, bir 16 yollu PCI Express qrafik kartı və ya cüt yollu bir kart və çoxu var.

Yaxşı bu yeniliklər Haswelli masaüstü PClər üçün kifayət qədər həyəcan verici edirmi? Açıqcası xeyr. 6 dənə SATA 6Gbps portuna sahib ola bilərsiniz, ancaq SATA 6Gbps belə ən sürətli SSDlərin ehtiyacını qarşılaya bilmir.

2013060909180392472.jpg

2013060909225661172.jpg

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...