Jump to content
Forum Windows-az.com

Windows 8.1-in ilk versiyası buraxıldı


Həsən İldırımov

Recommended Posts

Windows 8.1-in ilk versiyası buraxıldı

Microsoft korporasiyası Windows 8.1 əməliyyat sisteminin beta versiyasını buraxıb.Windows 8.1 Windows 8 əməliyyat sistemi üçün yenilənmədir və ƏS-də mövcud olmayan funksiyaları özündə birləşdirir. Belə ki, yeni sistemdə iş masasının panelinə Start düyməsi geri qaytarılıb.

Start düyməsi Windows 7-də və əməliyyat sisteminin daha əvvəl buraxılan versiyalarında olduğu kimi işləmir. Düyməyə basan istifadəçi Start menyusunu görməyəcək. Bunun əvəzinə isə sistemin köklənməsindən asılı olaraq, ya Canlı plitkalı Start ekranı, ya da kompüterdə quraşdırılan bütün proqramların siyahısı açılacaq.

Microsoft axtarış funksiyasını da təkmilləşdirib. İndi funksiyanın köməyi ilə kompüterdə təkcə faylları və proqramları deyil, həm də Bing axtarış sistemi vasitəsilə internetdə məlumat axtarmaq olar. Bundan əlavə, SkyDrive-da və əlavə tərtibatçıların icazə verəcəyi təqdirdə əlavələrdə axtarışın aparılması dəstəklənir.

Windows 8.1-də Canlı plitkalar Windows 8-də olduğu kimi ikiölçülü deyil, dördölçülüdür. İndi onları idarə etmək daha asandır, çünki plitkaları ayrı-ayrı deyil, qrup şəklində bir yerdən digər yerə köçürmək mümkündür. Hazırda bir ekranda eyni vaxtda 4-dək Metro əlavənin açılmasına icazə verilir. Həmçinin əlavələrin pəncərələrinin ölçülərini dəyişmək olar.

Sistemi Microsoft saytından və ya Windows Store mağazasından yükləmək mümkündür.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...