Jump to content
Forum Windows-az.com

LCD və LED nədir? Fərqləri...


Tərlan
 Share

Recommended Posts

LCD (Liquid-Crystal Display), yəni Maye Kristal Ekran bu gün bir çox monitorda, TVdə, telefon və planşetdə istifadə edilən bir göstərmə texnologiyasıdır. Elektrikdən təsirlənə bilən maye kristal molekullardan yaranan bir paneldən meydana gəlirlər. Bu molekullar işığa mane olar və ya keçişinə icazə verər. Rəngli LCDlərdə hər pikseldə yaşıl, mavi və qırmızı alt piksellər olur. Keçişinə icazə verilən işıq sıxılar və beləcə milyonlarla fərqli rəngdə görünüş meydana gələr.

Ancaq bu kristallar öz işıqlarını çıxara bilməzlər. LCDyə bir arxa işığı əks etdirərək işıqlandırmaq mümkündür (Nintendo GameBoy Advance belə çalışır) ancaq bütün LCD HDTVlər, ekranın arxasında bütün ekranı işıqlandıran bir arxa işığa sahibdirlər.

Arxa işıqlandırma olaraq LEDlərin istifadə edilməsi yeni bir xüsusiyyətdir. Ancaq yeni LED TVlər də LCD ekranları istifadə etməkdədirlər
.



Bəs LED ekranlar niyə daha yaxşıdı?


CCFL boruları, ekran açıqkən açılıb bağlana bilməzlər və yalnız üfüqi və ya şaquli sətirlər yarada bilərlər. Bu isə şəkil keyfiyyətində problem meydana gətirər. İşıqlandırma söndürülmədiyindən, qaranlıq səhnələri işləmək çətinləşər və CCFL borularının düzülməsi, ekranın bəzi hissələrinin daha parlaq görünməsinə səbəb ola bilər.

LEDlər isə asanca açılıb bağlanıla bilər. Bu sayədə işığın çox daha yaxşı nəzarət edilməsi təmin edilər. Ekranın arxasında manqalın üzərinə düzülən şişlər kimi düzülə bilən LEDlər, nəzəri olaraq daha yaxşı bir işıq dağılışı təmin edə bilər. LEDlərin enerji istehlakı da LCDlərə görə daha aşağıdır.




LEDlərin əsas olaraq 3 növü var.


Kənar işıqlandırmalı LED: Bu cür ekranlar, müəyyən bir işıq nizamı meydana gətirmək yerinə işığı bərabər olaraq yaymağa çalışar. Bu texnologiya, çox incə ekranlarda istifadə edilə bilər.

Sıralı LED: Bu LED ekranlar, LCD ekranın arxasında bir LED işığı manqalın üzərinə düzülən şişlər kimi düzülmüşdür. Bu texnologiyaya sahib TVlər ümumiyyətlə bahalıdır. Bu ekranlar, möcüzəli bir qara görünüşlü şəkillər təqdim edə bilər.

RGB-LED: Nadir olaraq istifadə edilən bu texnologiyada rəngli LED işıqları əlavə bir rəng və işıq yoxlaması təmin edər. Bu sayədə olduqca doğru rənglər və yüksək bir kontrast nisbəti təmin edilər.
Link to comment
Share on other sites

  • 5 weeks later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...