Jump to content
Forum Windows-az.com

Bittorrent nədir?


Ramin_MUSAYEV

Recommended Posts

Bittorrent dünyada ən məşhur və geniş yayılmış fayl paylaşma metodudu. Hətda bir vaxtlar məşhur olan rapidshare, megaupload, 4shared kimi saytları da elə həmin bu bittorrentdi. Bəs necə işləyir bu bittorrent mexanizmi?

 

 

Deyək ki məndə bi dənə oyun var, sən isə o oyunu download eləmək istiyirsən. Onda bir dənə TORRENT faylını ikimiz də Bittorrent programı vasitəsiylə açırıq (bu fayllarl biz sizə verəcəyik), adicə faylın üstünə klikliyirsən açılır, sonra da mən o oyunu sənə yüklüyürəm. Düşün ki indi, bu faylı 1 milyon adam paylaşır, 5 milyon adam da endirməyə çalışır. Hamı birbirinə faylın kiçik kiçik hissələrini ötürür və paylaşım daha sürətli olmağa başlayır. Nə qədər çox adam bir faylı paylaşsa, ya da endirsə, o qədər sürətli olur download. Ama sizə deyimki Bittorrent 99% endirmələrdə sizin internet sürətiniz maksimum nədirsə ele o sürətlə də endirəcək. Deyir yüz eşitməkdənsə bir görmək yaxşıdı:

 

1. Əvvəla Bittorrent programının özünü bu linkdən FREE DOWNLOAD düyməsinə basıb endirin və kompyuterinizə yükləyin.

2. Need for Speed Most Wanted oyununun torrent faylını buradan kompyuterinizə endirin (ZİP faylının içindədir)

3. Əgər artıq Bittorrenti kompyuterinizə yükləmisinizsə (1ci addım), Zip faylına klikləyib içindən çıxan torrent faylına basın

4. Bu birbaşa bittorrent programını açıb oyunu endirməyə başlayacaq. Əgər hər hansısa pəncərə çıxsa OK/TAMAM’a basıb davam edin

Əvvəlcə endirmə sürəti yavaş olsa qorxmayın, 1-2 dəqiqə torrent faylı sizin üçün ən uyğun paylaşanları tapmağa çalışır. Sonra maksimum sürətinə çatacaq.

 

Torrent aləmində belə deyək, oyunu endirməyi bitirib hələ də paylaşana və digərlərinin endirməsinə yardım edənə “seeder” deyirlər, endirənə isə “peer” deyirlər. Məsləhətdirki həmişə torrentdən endirdiyiniz hər faylı, oyunu və ya kinonu ən az 1 gün də endirdikdən sonra seed edəsiniz, yəni paylaşmağı dayandırmıyasız. Kimsə sizə bu faylı sürətlə endirməyə səbəb oldu, sizdə başqalarına səbəb olun.

 

Son olaraq onu deyimki, bittorrent bəzən o qədər sürətli endirirki, adi internetdə sayta girmək mümkün olmur. Ona görə də istəsəniz bittorrentin endirmə və yükləmə sürətlərinə limit qoya bilərsiniz (Dowload/Upload). Bandwith Allocation bölməsindən bu limiti istədiyiniz kimi düz-qoş eliyə bilərsiz. Bittorrent dünyasına daha dərin girmək istəyirsinizsə vikipediadan istifadə edəbilər, ya da elə bittorrent programının özünü qurdalaya bilərsiz…

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...