Röyal Babayev Posted January 20, 2014 Share Posted January 20, 2014 Gəlin vətən uğrunda şəhid olan insanları yad edək! Bu bir qan yaddaşıdır! Biz bu günü heç vaxt unutmayacağıq! Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1601111_235705473267922_713077760_n.jpg Quote Bir sözü haranla anlayırsansa, orana girər! Link to comment Share on other sites More sharing options...
-Rovshan- Posted January 20, 2014 Share Posted January 20, 2014 Allah rəhmət eləsin! Quote Link to comment Share on other sites More sharing options...
Röyal Babayev Posted January 20, 2014 Author Share Posted January 20, 2014 Allah qəni-qəni rəhmət eləsin! Quote Bir sözü haranla anlayırsansa, orana girər! Link to comment Share on other sites More sharing options...
AQIL_ISMAYIL Posted January 20, 2014 Share Posted January 20, 2014 Allah Rəhmət eləsin... Ruhları şad olsun... Quote Link to comment Share on other sites More sharing options...
Ramin_MUSAYEV Posted January 20, 2014 Share Posted January 20, 2014 Unutmamışıq unutmayacağıqda...Allah rəhmət eləsin...Onlar Vətən uğrunda şəhid oldular...Yerləri cənnət olsun...Amin Quote Link to comment Share on other sites More sharing options...
Karb10 Posted January 20, 2014 Share Posted January 20, 2014 Allah Rəhmət Eləsin Quote STEAM.AZ - bütün virtual məhsullar bir saytda Link to comment Share on other sites More sharing options...
Altair Posted January 20, 2014 Share Posted January 20, 2014 Azərbaycanlılar bunu heç vaxt unutmayacaq... Quote Link to comment Share on other sites More sharing options...
senedeqalmaz Posted January 20, 2014 Share Posted January 20, 2014 Allah Rəhmət eləsin cəmi şəhidlərimizə. Quote Link to comment Share on other sites More sharing options...
Mehebbet Posted January 20, 2014 Share Posted January 20, 2014 Allah rəhmət etsin Amin! Quote Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Posted January 20, 2014 Share Posted January 20, 2014 ...o günlər getsin bir də gəlməsin...Azadlıq meydanında yatırdıq...ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN... Quote Link to comment Share on other sites More sharing options...
VahidoV Posted January 20, 2014 Share Posted January 20, 2014 Allah Rəhmət etsin !!! Və INŞALLAH indiki və gələcək nəsillər onlarin qanların itirməsinlər ..... Quote Link to comment Share on other sites More sharing options...
Elit-killer Posted January 21, 2014 Share Posted January 21, 2014 Allah rəhmət eləsin. Quote Link to comment Share on other sites More sharing options...
busuper Posted January 23, 2014 Share Posted January 23, 2014 100-.jpg Quote Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.