Jump to content
Forum Windows-az.com

Baş Redaktor və Jurnalist Müsabiqəsi.


AQIL_ISMAYIL

Recommended Posts

Baş Redaktor və Jurnalist Müsabiqəsi.


Salam əziz və hörmətli Windows-Az.Com istifadəçiləri. Son zamanlar saytımız xəbər baxımından bir az çətinliklərlə qarşılaşır. Əvvəllər saytda gün ərzində 5-10 xəbər aktiv edilirdisə indi isə bu göstərici 2-3 sayına düşüb. Yəqin ki bunu özünüzdə hiss eləmisiz artıq. Bu məsələ ilə əlaqədar sayt rəhbərliyi belə qərarə gəldiki yenidən status müsabiqəsi keçirtsin. Əvvəl ki müsabiqələrə nisbətən bu müsabiqə bir az fərqli olacaq. Keçirilən müsabiqə ilə saytda aktiv olmayan yuxarı stutuslu istifadəçilərin vəzifələri alınacaq. adi istifadəçilərin yeni status qazanmasına şans yaranacaq. Əsasən sayta Baş RedaktorJurnalıst vəzifəsi üçün istifadəçilər lazımdır. Müsabiqə 1 ay davam edəcək. Bu 1 ay ərzində sayta adi istifadəçilər tərəfindən göndərilən xəbərlərə baxılacaq. Hansı istifadəçinin göndərdiyi xəbərlər daha maraqlı səhvsiz və gözəl olacaqsa həmin istifadəçi status qazanacaq. Bununla belə həmin istifadəçi təkcə xəbər göndərməklə kifayətlənməməlidir. Saytın digər bölmələrindədə aktivlik göstərməlidir.


...Müsabiqənin Əsas şərtləri və qaydaları...

....Baş Redaktor statusuna layiq olmaq istəyən istifadəçi....

1. Sayta yeni yeni xəbərlər göndərməli.
2. Göndərdiyi xəbərlər səhvsiz və maraqlı olmalı.
3. Təkrar xəbərlərdən istifadə etməməli.
4. Təkcə xəbər göndərməklə kifayətlənməməli.
5. Saytın digər bölmələrindədə aktivlik göstərməli.
6. Saytda digər istifadəçilər ilə xoş münasibət qurmalı.

....Jurnalist statusuna layiq olmaq istəyən istifadəçi.....

1. Sayta xəbər göndərməli.
2. Gün ərzində xəbərlərə yazılan şərhlərə nəzarət etməli.
3. Qaydaları pozan istifadəçinin şərhlərini silməli və xəbərdarlıq etməli.
4. Saytın digər bölmələrində aktivlik göstərməli.
5. Forum Adminlərinə köməklik etməli.
6. Saytda digər istifadəçilər ilə xoş münasibət qurmalı.

Müsabiqənin başlama tarixi. 28.01.2014

Müsabiqənin başa çatma tarixi 28.02.2014


...Əziz istifadəçilərimiz onuda deyim ki saytımızda kifayət qədər xəbər var. Xəbər göndərməmişdən əvvəl saytın özündə axtarışdan istifadə edib həmin xəbərin saytda olub olmaması yoxlayın. Göndərilən təkrar xəbərlər silinəcək. Bütün istifadəçilərə uğurlar arzulayırıq. Kimin əlavə suali varsa yaza bilər...

...Xəbər göndərməkdə hansı istifadəçi çətinlik çəkirsə mənə (AQİL_İSMAYİL) müraciət edə bilər...
Link to comment
Share on other sites

Proqramlar telegramda

Təşəkkürlər dostlar artiq diyəsən xəbərlər göndərilməyə başlanıb...İstifadəçilərimizə bir məlumatıda çatdırım. Xəbər bölməsini seçdikdə tam olaraq qeyd edin....Göndərilən xəbərlərin hamısını şəxsən özüm yoxlayacam. Düzgün olan xəbərlər saytın özündə dərc ediləcək...

 

Yükləmə linglərində diqqətli olun. Bəzi yükləmə saytlarında bir müddətdən sonra xəbər silinə bilər bu problemlərlə qarşılaşmamaq üçün yerləşdirdiyiniz xəbərləri çalışıb öz yükləmə saytlarımızdan Məs. (share.az/boxca.az) qeydiyyatınız olmaq istifadə edin ki bir müddət keçdikdən sonra yerləşdirdiyiniz xəbəri yükləməkdə problemlər yaranmasın. Həcmi çox olan torrent faylları birbaşa saytın özünə yükləyin...

Link to comment
Share on other sites

RΣD DΣMθN....

...Buna məhdudiyyət və ya dəqiq say qoyulmayıb. Çalişacam ki gün ərzində əvvəl ki kimi 5 xəbər aktiv edilsin. Bunun üçündə yoxlanma gözləyən bolməsində ən azı 5 xəbər olmalıdır ki problemlərdə yaranmasın. Çoxunda ziyanı yoxdu. Ardıcıl olaraq yayımlanacaq xəbərlər. Yuxarı mesajlardada bəzi qeydlərdə yazmışam.

Link to comment
Share on other sites

Göndərilən bir neçə xəbəri düzəliş edərək aktiv elədim. Gələn dəfə belə olsa xəbərlər silinəcək.

 

Xəbər göndərən istifadəçilərin nəzərinə!!!

1. Sayta xəbər göndərəndə yükləmə linglərinə fikir verin.

2. Bölməni tam olaraq qeyd edin. (Məs. PC sistem/operativ sistem)

3. Lingləri hər hansı başqa bir sayta keçid kimi qoymayın.

4. Lingləri öz yükləmə saytlarımıza yerləşdirin. Məs. (Share.az/Boxca.az)

5. Kiçik həcimli torrent faylları birbaşa saytın özünə yükləməyin.

6. Sayta ancaq böyük həcimli torrent faylları yükləmək olar.

7. Xəbər haqqında məlumat yazanda sözlərə fikir verin.

8. Çalışın xəbər haqqında ətraflı məlumat yazasız.

9. Hansısa bir xəbər göndərəndə həmin xəbərin köhnə versiyasın yox son versiyasını yerləşdirin.

 

RΣD DΣMθN hörmətli istifadəçi xəbər göndərəndə diqqətli ol. Sənin bir xəbərini tam olaraq dəyişib aktiv elədim. Köhnə versiya yerləşdirmişdin. Yükləmə linginidə dəyişdim. Hansı ki o xəbəri silməliydim. O biri xəbərindədə kiçik həcimli torrent faylı birbaşa saytın özünə yükləmişdin. Düzəliş olundu. 3-cü xəbərində isə həmin səhvlər olduğu üçün xəbərini sildim. Diqqətli ol.

Link to comment
Share on other sites

RΣD DΣMθN dəyməz buyur çünki kiçik həcimli fayllari yükləmə saytlarinada yükləyib qoymaq daha yaxşıdir. Saytin özünə yükləməyə icazə yoxdu. Tural qardaşımız göstərişi ilə. Böyük həcimli torrent fayllari birbaşa saytın özünə yükləyirik ki bir müddət keçəndən sonra problem yaranmasın. Bazada olsun.

 

azeyneddin göndərilən bütün xəbərlərə baxılır. Yoxlandıqdan sonra əgər xəbərdə problem yoxdursa saytda dərc edilir.

Link to comment
Share on other sites

Məsləhət üçün təşəkkürlər.....Düzdü bu məncə yaxşı fikirdi. Ancaq onu deyim ki hər istifadəcinin göndərdiyi xəbərin səhvlərini ona bildirmək bir az vaxt tələb edir. amma Xahişinizi çalışıb nəzərə alaram...

 

Hələlik RΣD DΣMθN sənin xəbərində səhvlər olub onuda 1-ci dəfə oldugu üçün düzəlişlər edib aktiv etmişəm....Yuxarı mesajlarda yazmışam ətraflı...

 

ceyhun15 sənin xəbərlərində hələlik problem olmayıb. göndərdiyin xəbərlərdən 1 silinib. Səhv eləmirəmsə brauzer mövzusunda xəbər olub. Xəbərində köhnə xəbər olduğu üçün silmişəm. Buna görədə xəbər göndərəndə çalışıb yeni xəbərlər göndərmək lazımdır. Biz hər göndərilən xəbəri saytda dərc edə bilmərik. Xəbərlərin hamısına baxılır. Sadəcə olaraq onların içindən yaxşıları seçilərək aktiv edilir.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...