Jump to content
Forum Windows-az.com

Forum İstifadəçilərinin Nəzərinə!!!


AQIL_ISMAYIL
 Share

Recommended Posts

Forum İstifadəçilərinin Nəzərinə!!!

 

Salam Forum İstifadəçiləri. Son zamanlar Forum bölməsində yaranan boşluqlara görə məcbur qalıb yeni mövzu açmalı oldum. Yeni ildən əvvəl Sayt rəhbəri Azər (Tanner) qardaşım forum bölməsinin qaydalarını yeniləyəndən sonra biz elə fikirləşdik ki artiq forumda nizam intizam yaranar. Qaydalara əməl olunar. Ancaq son zamanlar forumda yaranan problemlər onu bildirir ki saytimizin forum bölməsindən istifadə edən bir çox userlər yenədə öz bildiklərini edirlər. Userlərə dəfələrlə forumda mövzu açmamışdan əvvəl axtarışdan istifadə edin deyilsədə demək olar ki axtarışdan istifadə edən istifadəçi yoxdur. Tək tək user olar ki axtariş bölməsindən istifadə eləsin. İstifadəçi öz rahatlığı üçün problemi oldu və yaxud olmadi yeni mövzu açır. Elə gün olur ki bir istifadəçi bir neçə mövzu açır 1 gün ərzində. Açdığı mövzulara baxanda görürsən ki demək olar ki hamısı bir birə oxşar mövzulardı. Ancaq istifadəçi onu fikirləşmir ki belə eləməklə o həm forumda lazimsiz mövzuların sayını artırır həm də rəhbərliyin işini çətinləşdirir. Hal-hazırda forumda 9311 mövzu var. Həmin mövzular içərisində demək olar ki 80% mövzu öz həllini tapib. Onuda deyim ki Forum Adminləri olan Şahin (Elit-killer)Röyal (19royal98) çalışdıqları qədər Forumda nizam intizam yaradırlar. Onlarıda düşünmək lazımdır. Mən Rəhbərlik və öz adımdan onlara təşəkkür edirəm çəkdikləri əziyyətlərə görə. Həmkarlarımda yəqin mənimlə razi olarlar. Rəhbərlik digər işləri ilə əlaqədar olaraq gün ərzində sayta helədə çox daxil ola bilmirlər. Məndə Yeni müsabiqə ilə əlaqədar olaraq ancaq dərc edilən xəbərlərə nəzarət edirəm. Ancaq bu o demək deyil ki forumda kim nə istəsə edəcək. Bir məlumatıda nəzərinizə çatdırım ki açılan mövzuların çoxu saytimizda dərc edilən xəbərlərdi. Biz demirik ki xəbər haqqında mövzu açmaq olmaz olar. Əgər yerləşdirilən xəbərdə hər hansı bir problem yaranarsa istifadəsində o zaman həmin xəbər haqqında mövzu açmaq olar. Ancaq bəzi userlər hər hansı bir xəbərin lingini göstərir və altındanda yazir. Dostlar bunu yükləmək istəyirəm. Nə məsləhət görürsuz. Düzdü ola bilər bu hal Ancaq nə vaxt açmaq olar belə mövzu əgər xəbər haqqında ümumiyyətlə məlumat yazilmayibsa hə o zaman həmin xəbər haqqında mövzu açmaq düzgündür. Belə bir hal bir az əvvəl olub hansısa bir istifadəçi tərəfindən təəsuflər ki adi yadimda qalmayib. Həmin xəbərə baxdım. Xəbər haqqında yetərincə məlumat yazilmişdi. Həmin açılan mövzu lazimsiz mövzu sayilirdi. Xahiş edirəm məni düzgün başa düşün dostlar belə hallar çox olur son zamanlar bir daha deyirəm Forum qaydalarına əməl edin və mövzu açmamışdan əvvəl mütləq axtarış bölməsindən istifadə edin. İndi açılan bir çox mövzular nə vaxtsa öz həllini tapib və forumda var. İstifadəçidə axtarişdan istifadə eləsə müvafiq bölmə üzrə öz probleminin həllini tapa bilər. Belə halda forum adminlərinində işləri rahat olar. Lazimsiz və təkrar xarakterli mövzular azalar. Nizam intizam yaranar....Forumun istifadəsində çətinlik çəkən istifadəçilər nə isə bilmirsizsə Forum Adminlərinə müraciət edin. Onlar sizə köməklik edəcəklər.

 

...Deyilənlərə Əməl etməyən Userlər barəsində ciddi tədbirlər görüləcək...

 

...Bütün heyyətə Uğurlar...
Link to comment
Share on other sites

Səninlə razıyam Aqil qardaş. Azər qardaşımız gedəndən bəri forumda özbaşınalıq olur, yersiz mövzular açılır, forum qaydalarına əməl olunmur. Olmaz belə, kim çətinlik çəkirsə Forum Adminlərinə müraciət etsin, başlıcası forum qaydalarını oxusun.

Bir sözü haranla anlayırsansa, orana girər!

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...