Jump to content
Forum Windows-az.com

Provayder Seçimi


Röyal Babayev

Recommended Posts

Proqramlar telegramda

Aleykum Salam Röyal...Gözəl bir mövzuya toxunmusan..İlk əvvəl mövzu üçün təşəkkürlər....

 

....Provayderlər haqqında ümumi: İnternetin yayılması ilə çoxlu sayda yeni ingilis sözləri daxil olmaqdadır. Məlum məsələdir ki, təkcə sözlər deyil həm də yeni əşyalar və anlayışlar da bizim həyatımıza daxil olmaqdadır. Bu cürə anlayışlardan biri də “provayder” (Təchiz edən anlamını verir) anlayışıdır. Provayder hər bir ölkənin vətəndaşlarını ümumilikdə hüquqi və fiziki şəxsləri internetə girişlə təmin edən və onunla əlaqədar digər zəruri kompleks xidmətlər göstərən təşkilatdır.

 

İnternet provayderləri müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər. Ona görə də onlar müxəlif aruplara bölünürlər: birinci qrupa məxsusi kanalı olan provayderlərdir, ikinci qrupa birinci qrupdan icarəyə kanal alanlardır, üçünçü isə ikinci qrupdan icarəyə kanal götürənlərdir.

 

İnternet Provayderlər əsasən ayrılmış xəttlə birləşmə, kommutasiya yolu ilə birləşmə, e-poçt və yeniliklər, internetdə web-səhifənin yerləşdirilməsi, domen adları qeydiyyatı kimi xidmətlər təqdim edir. Onların əlavə xidmətləri sırasına isə İnternet-Telefon, informasiya təhlükəsizliyi, zəmanətli keyfiyyət servisi,virtual xüsusi şəbəkələr, müxtəlif maliyyə və informasiya sisteminə girişin təmini, provayderin və xidmətin dinamik seçilmə imkanı daxildir.....

 

....Provayder və abonentin münasibətləri haqqında: Müasir dövrdəki Provayder özünün qoşulma səviyyəsindən asılı olaraq dünya ierarxiyasında öz yerini tutur.Hər kəs İnternetə qoşulduqda onu ilk növbədə qoşulmanın sürəti və qiyməti maraqlandırır.Provayderlər burada heç bir rol oynamır.Provayderin göstərdiyi xidmətlər mühiti kifayet qeder genişdir və ixtiyari istifadəçinin tələblərinə cavab verir.

 

İnternet xidmətlərinin müqavilədə yazılan texniki şərtləri əsas amil kimi götürülür və xidmətlərin göstəricisi səviyyəsindən asılıdır.İnternetin provayderləri istifadəçilərə müəyyən zəmanətlə və yüksək keyfiyyətlə xidmət edir.Xidmətin keyfiyyət zəmanəti əsasən internetdəki texniki problemlərlə bağlı olur.Bu onu göstərir ki, verilənlər paketi şəbəkənin bir nöqtəsindən digər şəbəkənin başqa nöqtəsinə qədər bir neçə provayderlərin köməyi ilə həyata keçirilə bilər.Provayder göstərdiyi xidmətə görə abonentlə müqavilə bağlayır.Provayder abonenet razılaşması əsasən bu istiqamətlərdə həyata keçirilirməlidir:Abonenet axırıncı istifadəçidir, onun ixtiyarı yoxdur ki, ona təqdim olunan bu xidmətləri satsın və başqa bir üçünçü şəxsə versin, provayder bütün sutka ərzində verilənlərin ötürülməsi və İnternetin şəbəkəsi xidmətlərini təmin edir.Abonentlə razılaşmadan sonra provayder tərəfindən bütün xidmətlər göstərilir.Provayder texniki, proqram təminatı, şəbəkə ilə bağlı problemlər haqqında abonenetə məsləhətlər verir və bu məsləhətlər ilə yarana problemlərdən qaçmaq mümükün olur.Abonenet provayderin bütün texniki imknalarından xəbərdar olmaya bilər.Lakin vacib haldır ki, razılaşmaya uyğun olanları bilsin.....

 

....Provayderi seçərkən Abonentin bilməli olduğu bəzi məqamlar haqqında: Ümumilikdə internetdəki işin nailiyyətinin 90%-i provayderin seçimindən asılıdır.Adətən eyni bir xidmətin qiymətləri müxtəlif provayderlərdə çox az fərqlənir.Ona görə də bu işdə tələsmək lazım deyil.Ev və ofis kompüterlərin şəbəkəsindən verilənlərin tez ötürülməsi üçün kifayət qədər texniki imkanlara malik provayderləri seçmək lazımdır. Əvvəllər bizim ölkədə hansı provayderi seçmək sualı qoyula bilməzdi.Buna əsas səbəb isə yerli bazarda cəmi 3 və ya 4 provayderin fəaliyyət göstərməsi idi. Lakin indi isə bu provayderlərin sayı artmışdır və onların sayı ilə bərarbər göstərdikləri xidmətləırin növləri də artıb və artan keyfiyyət üzrə inkişaf edib.....

 

....Hal-hazırda provayderlər çoxdu. Təbii ki həmin provayderlər şəhər rayon qəsəbələrin poctları müxtəlif provayderləri dəstəkləyir....Hər bir insan müxtəlif provayderlərdən istifadə edir. Həmin provayderlərin özlərinin tarif paketləri var.. Ancaq bəzi provayderlər istifadəçi ilə imzaladığı müqavilədə həmin sürəti istifadəçiyə verir və ya vermir....Provayderlə müqavilə bağlamamışdan əvvəl seçim edərkən öz yaşadığınız rayonun mərkəzi poçtu ilə internet xidmətləri ilə əlaqə saxlayın...Məsləhətli provayder seçməyinizə yardimci olarlar....

 

....Artiq Mən özüm 3 ildir ki Smart provayderin istifadə edirəm...Çox gözəl bir provayderdi sürətdə normaldi naraziligim yoxdu...Bildiyim qədər Smart Unitet provayderləri daha yaxşıdı nə inki o biri provayderlər...Ən geridə qalan provayder isə hal-hazırda Bakiinternetdi.. çox təəsüflər ki .....

Link to comment
Share on other sites

2009 – cu ildə təsis olunmuş “Eurosel” MMC şirkəti hazırda ölkənin qabaqcıl internet provayderlərindən biri olmaqda iddialıdır. Oz tecrubelerime dayanaraq deyiremki cox yaxsi provayderdir menim ilk provayderim Superonline olub 3 ay ela isledikden sora 5 saniyeden bir qirilmalar basladi ve yarim il sora Euroselin sayti qarsima cixdi ve suretleri ve qiymetleri meni cezb etdi ilk suret 6mb/s 20 dir 6 olmagina baxmayaraq mende 7 mbsuret verirdiler qirilmalar kesilmeler olmur he ayda 1 2 defe 3 dk olur oda herbirinde olar cunki artiq bezi provayderler avadanliqlarini deyisirler cox yaxsidi indi 10mb/s -25 azn tarifindeyem ve cox yaxsidir Metro Ethernet ve fiber optik internetde teqdim edir Resmi sayti: eurosel.az

asagidaki sekilde tarifler ve yeni kampaniya haqinda cedvel var

Link to comment
Share on other sites

Said haqlıdır ən yaxşısı Eurosel-dir

mən də artıq 2 il olar istifade edirəm və Eladır , hələ xidmət və operator ilə əlaqə çox yaxşıdır adamı yaxşı başa salırlar , gözlətmirlər Sağolsunlar ...

indi bilmirəm amma mən o vaxtdan 20 manat 6 m-bit istifade edirəm qırılma demək olar ki yoxdur ...

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...