Jump to content
Forum Windows-az.com

Deep web


Recommended Posts

İnternetin qaranlıq üzü: DeepWeb

DeepWeb nədir? Orda nələr baş verir?

Digər sahələrdə olduğu kimi internetdə də

girilməsi qadağan, təhlükəli yerlər var. Buna

DeepWeb deyilir. Google, Yandex kimi təkminləşmiş

axtarış motorlarının belə tapa bilmədiyi saytlar DeepWeb-ə daxildi. DeepWeb-ə daxil olan saytlar

bütün mövcud olan saytların 90%-ini təşkil edir. Yəni

bizim istifadə etdiyim hissə, Surface Web 10%-dir.

DeepWeb-də saxlanılan informasiya Surface Web-

dəki informasiyadan 400-500 dəfə çoxdur. Surface

Web-də olan informasiya təxminən 19 TB-dır. DeepWeb-dəki informasiya isə təxminən 7500 TB-

dır. DeepWeb-də 200.000-dən çox sayt var. Bunların

içərisindəki ən böyük 60 saytın informasiya datası

750 TB-dır.

Bəs DeepWeb-də kimlər var? DeepWeb-də

cəsuslar, terroristlər, xakkerlər, manyaklar, pedofillər, narkomanlar, təhlükəli təcrübələr

( xüsusi ilə insan üzərində keçirilən təcrübələr)

aparan alimlər, ordudan qovulmuş əsgərlər, federal

polislər, pullu qatillər, kannibalizim xəstələri (insan

əti yeyənlər) , silah, narkotik və insan alveri ilə

məşğul olanlar, mərc oyunlarının təşkilatçıları və s. Yəni təhlükəli və qadağan olunmuş işlərlə məşğul

olan hərkəs.

DeepWeb hardan başlayır? Biz interneti aşağıdakı

kimi səviyyələrə bölə bilərik:

Səviyyə 1: Surface Web. İnternetin ən sadə və

təmiz yeri. Hərkəsin çox sadə yolla daxil ola bildiyi saytlar.

Səviyyə 2: Bergie Web. İnternetdə axtarış zamanı

qarşınıza çıxmayan saytlar. Daha çox pornografik

informasiyalar daşıyan saytlar. Əgər ftp serverdən

istifadə etməyi bilirsinizsə Google-daki bu

gizlənmiş nəticələrə çata bilərsiniz. Bundan sonrakılara daxil olmaq üçün Proxy lazımdır

Səviyyə 3: DeepWeb-in ilk mərhələsi. Burda o

qədər də təhlükəli şeylər yoxdur. Əsasən

qanunsuz pornolar, suiqəsd videoları, viruslar, kiçik

xakker qrupları, kompüter təhlükəsizliyindəki

problemlərlə bağlı yazılar, məhşur insanların şəxsi, çox zamanda +18 olan görüntüləri və s.

Bundan sonrakılara daxil olmaq üçün TOR lazımdır.

Səviyyə 4: Charter Web yaxud DarkNet. Burda

saytlar DNS texnologiyasından istifadə etmirlər.

4-cü səviyyə özüdə 2 hissəyə ayrılır:

1)TOR səviyyəsi: Sadəcə TOR browser ilə daxil oluna bilən hissə. Burda qanunsuz sənədlər,

nəticəsi əvvəlcədən məlum olan mərclər,

şirkətlərin gizli məlumatları, gizli səsyazmalar,

silah ticarəti; bomba, tank, müdafiə texnologiyaları,

qadağan olunmuş filimlər, musiqilər, kitablar, uşaq

pornoları, narkotik ticarəti, insan ticarəti və s. 2)Xüsusi səviyyə: Heç bir şəkildə idarə olunmayan

səviyyə, indiyə qədər axtarışla məşğul olan

insanların çatdığı ən təhlükəli səviyyə. Bura daxil

olmaq üçün TOR belə yetərsizdir. Yalnız “Closed

Shell System” adı verilən yolla bura çatmaq olar.

Burda olanlar isə robotlar, gizli texnologiyalar, GGGEQP sistemləri, gizli HAARP lahiyələri,

Atlantisin yeri və onun haqqındaki araşdırmalar,

xüsusi istehsal mühərriklər, havanı dəyişdirəbilən

silahlar, qlobal terror, qlobal narkotik və insan

ticarəti, super-kompüterlər, masonlar, illüminatlar,

Allaha inanmayanlar və bunun sübutları və s. Burda, əgər istehsal olunarsa dünyanı dəyişdirə biləcək

texnologiyalar var. Bu səviyyədə olan insanların

hamısı elm adamları və alimlərdir. Bu səviyyəyə

daxil olmaq üçün normal kompüterlər ve normal

internet əlaqəsi yetərsizdir.

Bura qədər dediklərimiz DeepWeb-in 80%-idir. Qalana 20% isə aşağıdakılardır:

Səviyyə 5: Marianas Web. Adını dünyanın ən dərin

çuxuru Marianna çuxurundan alır. Bura haqqında o

qədər də çox məlumat yoxdur. Bura haqqında

“Əgər hər kəs ora girə bilsə internetdəki

müharibə sona yetər” deyilir. Burda bütün dünyanı idarə edbiləcək texnologiyaların olduğu və burdakı

xakkerlərin dövlətlərlə birgə işlədiyi bildirilir.

Səviyyə 6: Haqqında heç bir məlumat yoxdur. Ora

“Tanırının öldüyü yer” yada qısaca Cəhənnəm

deyilir.

Bəs necə olur ki, heç kəs bura nəzarət etmir? Bu saytları Google tapmır? DeepWeb-də

saytlar .com, .az kimi domen kodları ilə bitmir, orda

saytların linkləri Facebook yaxud Youtube kimi yadda

qalan adlardan ibarət deyil. Burda domen

kodu .onion-dur. Linklər isə sabit deyil tez-tez

dəyişir və kpvz7ki2v5agwt35.onion kimi olur. Buna görədə onları izləmək olmur. Bura yalnız TOR

adlanan browserlə daxil olmaq olar. Serverlər və İP

adersləridə sabit deyil.Siz başqa bir kəsin İP adresi

ilə DeepWeb-ə daxil olarkən başqasıda sizin İP

adresinizdən istifadə edə bilər. Burda normal pul

əvəzinə BitCoin-dən istifadə olunur ki, bu pulda DeepWeb-dəki digər şeylər kimi sabit və etibarlı

deyil. Məzənnə saniyələr içində dəyişə bilər.

DeepWeb-də heç nəyə etibar etmək olmaz. Qatil

axtardığınız yerdə polislə qarşılaşa bilər yaxud

yalnışlıqla açdığınız bir videoda gecələr kabusunuza

çevriləcək şeylər görə bilərsiniz. DeepWeb haqqında məlumatınız olması gərəkən ama

girməniz gərəkməyən yerdir.

Qeyd: Başqa bir forum'un joker nickli useri tərəfindən 2013'də yazılmışdır.(Əməyə hörmət olaraq qeyd etdim)...

Link to comment
Share on other sites

Deep web`dən nəsə almasan.kiralık katil(azəricə bilmirəm türkcə diyim), tutmasan və s.. başıvıza heçnə gələn deyil.Bu haqdada çox araşdırmışam boş şeyi,düzdü həddinnən artıq pis şeylərdə var.ama normal istifadə etsən məluamt üçün bazası böyükdü və s..

Və bu kanalda videolara baxın canlı yayım edib deep web`i gəzir və s..

Link to comment
Share on other sites

Ramin Təşəkkürlər.Bilməyənlər üçün yaxşı oldu.

 

Deep web mövzusu gündəmdədi ama videoda atdım onu kimi çox axtarış edib elə nəticəyə gəlmişəm.Deep web`i normal istifadə etsəz heçnə olan deyil.MTN zad mövzusu yayılıb ama o qədər bişey yoxdu.Normal istifadə et azca ingiliscə bil vəya məni kimi translate tərcüməsi :wink: normal şəkildə gəzin və s..Heçnə olmaz.

Link to comment
Share on other sites

Belə normal gəzəndə heçnə olmur.Amma çox girməyi heç məsləhət görmürəm.Ümumiyətlə girməyin.Rahat oturub özüvüz üçün yaşıyırsızda.Həyatda Hack filan yoxdu.Ordan pulsuz bir şey alıb türmədə çürüməkdənsə real hayatda özün qazanım pulna al.

Link to comment
Share on other sites

Buyurun və userlərin çox böyüdür məsələni.Nəsə öyrənmək üçün yaxşıdı.Adi qaydada öyrənə bilməyəcəyin şeylər var orda.sən normal istifadə et heçnə olmaz.girib nəsə alıb nəsə satma ,kitablarda və s..də var xırda məsələni çox böyüdürsüz.Sənə lazımdı havayı nəsə almaq ? vəya nəfsivi saxlıya bilmirsən ? o zaman girmə.elə şeyi bir neçə nəfər edib diyə orda elə məlumatlar var diyə pisdi diyilmir.Normal qaydada öyrənmək üçün yaxşı yerdi.və qeyd etdiklərimi və biraz diqqətli olsaz, çox şey öyrənə bilərsiz..

Link to comment
Share on other sites

Azər sənində xətrinə dəyməsin, elə bu sözlərdi bizi bu hala salan :smile: Təkcə bizdəmi belə bir xasiyyət var ? Başqa ölkələrdəkilər tvdə göründüyü kimi tam yaxşı xasiyyətlidilər ?.Hərşey insanın öz əlindədi.Və ona qalsa oğurluqu, və s. pis əməlləri həyatdada edə bilərsən.İradəli olub nəsə etmək lazımdır.və düzdü tam araşdırıb kim necə başa düşdüsə elə hərəkət edəcək.ama nümunə kimi bu kanala baxın.Zərərli şey axtarmasan, diqqətli oxuyub sonra daxil olsan heçbir problemin olmayacaq.
Link to comment
Share on other sites

Səncə var elə bir adam neyisə oxusun sonra girsin sayta ? sənə bir sual verim hər hansı bir saytdan qeydiyyatdan keçərkən onun qanunlarını oxuyursan ? deməki oxuyuram məncə oxumursan ona görəki bu sənin üçün həm vaxt itkisi sayılır həmdə səbrin çatmır ama daha bilmirsənki o sayt insanın başına nələr gətirə bilər sonra admin deyirki qardaş qeyd olanda qaydaları oxuyardın qaldıkı sözlərin bizi nə hala saldığı mənə çatmadı ağılnan hərəkət edən insan kiminsə sözü ilə nə halasa düşməz mən sadəcə məsləhət bildim əgər sənə kimsə həyatın üçün təhlükəsizliyi qorumaq məqsədi ilə neyisə məsləhət bilibsə və o məsləhətdən sən hər hansısa pis bir hala düşmüsənsə bu sənin öz günahındır başqasında günah görmə mən şəxsən öz təhlükəsizliyim üçün elə şeylərdən uzaq dururam ama internetdə dünyanın altını üstünədə vurmuşam və ən əsası qaqaş 9 ildir İT sahəsində baş aparıram hamı məni tanıyır mən illuminatiyə aid kitabda yazmışam yayımlamaq istəyəndə xəbərdarlıqla qarşılaşmışam qardaşım hələ netdən çox şey öyrənməlisən indi özün bilərsən məsləhət görürüksə bu sizin həyatınızın təhlükəsizliyi üçündür orda nə sənə nədə mənə aid olan şey yoxdur hamı başını aşağı salıb sakit həyatını yaşasa yaxşıdır indi özün qərar ver ümid edirəm nəticə çıxardarsan sözlərim sənə bəlkədə ağır gələcək ama həyatın qabağdadır indidən hər şeyi şansa buraxma heç kimi bu virtual cəhənnəmdə tanımırsan və mənim realda kim olduğumu belə bilmirsən həyat təcrübəm səndən çoxdur SALAMATLA :fellow:

Link to comment
Share on other sites

Azər mən təhlükəsizlik məqsədi ilə didim.Bəli mən deeb web haqda tam maraqlanıb.sonra girdim.Bugün daxil oldum.Düzdü silah satışı və s.. də vardı ama kitablar,romanlar və s..də vardı.Tanıdığım adamlar,və axtardığım nəticələrlə normal işlətsən heçbir zərəri yoxdu faydalanmaq olar.Mən nəticəmi belə çıxartdım deyək :smile: Və məsləhətivə görədə çox sağol..
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...