Jump to content
Forum Windows-az.com

DTS Haqqında Ətraflı İnformasiya


TΛNNΞЯ
 Share

Recommended Posts

SALAM əziz dostlar Blu-ray disklərdə Dolby Digital səslər xaricində, DTS səs variantları da tez-tez istifadə edilir. Bir çox adamın da bu format ilə əlaqədar məlumat əldə etmək istədiyini görürük. Ona görə bu səs texnologiyası ilə əlaqədar detallı texniki məlumat vermək istədik. Məsələn A Fistful of Dollars 1964 BluRay 1080p Dual DTS x264




(NTSC) disklər Dolby Digital və PCM səs formatını tələb etdiyindən və PCM və DTS səsin bir arada olmasının keyfiyyətli video üçün kifayət qədər yer buraxmamasından ötəri hər DTS soundtrack ehtiva edən disk eyni zamanda bir də Dolby Digital soundtrack ehtiva edəcəkdi. Beləcə hər DTS disk bütün playerlərdə oynadıla bilməsinə baxmayaraq DTS soundtrackı dinləyə bilmək üçün DTS dəstəkli bir player və DTS decoder lazımdır. DTS Audio CD’lər isə hər DVD playerdə oynadıla bilər çünki bu vəziyyətdə DTS datası standart PCM tracklar daxilində saxlanmaqdadır.

DTS əsasən 7.1, 6.1, 5.1 Stereo, Mono səs sistemini dəstəkləyir yeni çıxan filmlərdə 7.1, 5.1 bunu açıq aydın müşahidə etmək mümkündür. BluRay film marağında olanlar yeni nəsil bir TV alıb daha sonra 7.1, 5.1 səs sistemi quraşdırıb əlindəki BluRay filmdə DTS səs formatı varsa və ən əsası DTS 7.1, 6.1, 5.1 səs sistemini dəstəkləyirsə fərqi açıq aydın görə bilərlər əsasən BluRay filmlərdə digər səs formatlarını dəstəkləyən müəyyən dillərdə səs faylları olur DTS 7.1, 5.1 TR səsi AC-3 2 Channel TR səs ilə müqayisə etdiyinizdə fərqin nə qədər böyük olduğunu açıq görəcəksiniz.


Blu-ray disklərdə DTS üçün iki fərqli növ istifadə edilməkdədir. \'DTS-HD High Resolution Audio\' və \'DTS-HD Master Audio\'.




DTS-HD Master Audio


DTS səs formatının inkişaf etmiş bir versiyası olan DTS-HD Master Audio (DTS-HD MA), və ya köhnə adı ilə DTS + +, Blu-ray disklərdə fakultativ olaraq istifadə edilməsinə qərar verilmiş olan digər bir formatdır. Hər nə qədər fakultativ olsa belə, yüksək performanslı itkisiz səs daşıma qabiliyyəti sayəsində indiki vaxtda sıxlıqla istifadə edilməkdədir. DTS-HD MA formatı nəzəri limitsiz sayıda kanal daşıya bilir, daşıdığı kanallar 5.1 və stereo kanallarına sadələşdirilə bilir və 24-bit şəffaflıq, 192 kHz tezliyində itkisiz (lossless) olaraq səs göndərə bilir. Blu-ray\'da DTS-HD MA səs formatının istifadəsi, maksimum 24.5 Mbit / s bitrate nisbəti ilə 8 kanala (96 kHz/24-bit) limitlənmişdir.


DTS-HD MA formatında eyni anda 2 səs axını daşınmaqdadır bir DTS \'əsl\' (core) səs axını və bir də \'əlavə\' səs axını. Bu iki axın bir yerdə işlənincə, formatın orijinal itkisiz səsi yaradılmaqdadır. Orijinal səsi ala bilməyən cihazlarda səsi ala bilməyən vəziyyətində, DTS-HD MA səs formatının içindən \'əsl\' DTS səs yaradıla bilir. Bu səs hər nə qədər itkili (lossy) olsa belə, hər cür cihazda DTS-HD MA formatından bir şəkildə səs alına bilməsini təmin edir. Yəni məsələn Ampli / alıcı (amp) bu formatı dəstəkləməsə belə, Blu-ray diskdə bu seçimi seçdikdə səs gəlməməsi mümkün deyil, cihaz xüsusiyyətlərinizə görə 5.1 və ya stereo səs ala bilərsiniz.


DTS-HD MA səsi, ampli’nizin dəstəklədiyi xüsusiyyətlərə görə itkisiz 5.1, 6.1 və ya 7.1 kanallarda (diskdəki səs variantının ifadə etdiyi kanal dağılımına asılı olaraq) üç fərqli şəkildə köçürə bilərsiniz.

1) 6, 7, və ya 8 səs kabelli (RCA kabel) giriş ilə analoq olaraq. Bu vəziyyətdə Blu-ray playerinizin öz həll edicisi və rəqəmsal-analoq çeviricisini (DAC) istifadə edir.

2) HDMI 1.1 (və ya yuxarıda) bir əlaqə ilə 6, 7 və ya 8 kanal \'xətti PCM\' olaraq. Bu vəziyyətdə Blu-ray playerinizin təqdim etdiyi həll edicisi və amplinizin digital-analoq çevircisi istifadə edilir.

3) HDMI 1.3 (və ya yuxarıda) bir əlaqə ilə orijinal DTS-HD MA ötürülməsi olaraq. Bu vəziyyətdə həm səs həlli, həm də konverter ampliniz tərəfindən həyata keçirilir.

Ümumiyyətlə amplilərdəki həll edici və konverterlər, playerlərdə olan həll edici və konverterlərə görə daha keyfiyyətli nəticə verdiyi bilinməkdədir. Ampli istehsalçıları xüsusilə səsin ötürülməsi və çevrilməsi əsnasında enterferansı üzündən meydana gələ biləcək zəifləmə və pozulmağı aradan qaldırmaq üçün əlavə tədbirlər almaqdadırlar. Bunu nəzərə alaraq, Blu-ray disklərinizdən ən yaxşı DTS səs performansını almaq üçün, DTS-HD MA uyğun, HDMI 1.3 (və ya yuxarıda) əlaqə giriş / yoxuşlu bir amp satın almaq ən yaxşı həll olacaq.


Mənim BluRay arxivimdə və internet saytlarında BluRay filmlərdə DTS yazısına rast gəlmisiniz. Artıq nəyə yaradığı mövzusunda fikir sahibisiniz. Mövzu ilə əlaqəli şərhlər davam edəcək.



Müəllif: Azər Rüstəmov (Tanner)

Mövzunun mətni bir neçə xarici mənbələrdən götürülərək tərəfimcə tərcümə edilmişdir mövzunun müəllifdən icazəsiz hər hansı bir yerdə yayımlanması qəti qadağandır yayımladıqda isə Müəllifin və windows-az.com saytının adına istinad gətirilməsi vacibdir !!!

dts-digital-out_fcopy.png

DTSMasterAudiocopy.png

Link to comment
Share on other sites

Tanner,

Salam qardaşım. Mən şəkili (cədvəli) paylaşdım ki, DTS haqqında bəlkə məndə kimlərəsə biraz köməklik göstərə bildim. DTS haqqında mənimdə məlumatım çoxdur, sadəcə sizin bu mövzunu açdıınızı gördüm sadəcə cədvəli paylaşdım ki , cədvəllə başa düşmək daha rahatdı.

Link to comment
Share on other sites

Aleykum SALAM qaqaş mənim Blu-ray və DTS haqqında yetəricə informasiyam var yəni hazırda özüm Blu-ray və DTS üzərində çalışıram gördüyün kimi cədvəllə başa düşən tapılmadı sən burda deyildin mən bir neçə cavabı sildim yəni çoxu anlamadı cədvəli cədvəl lazım olsa onuda hazırlayarıq uğurlar.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...