Jump to content
Forum Windows-az.com

Google yığışdırdı


Deliusta

Recommended Posts

Google yığışdırdı


Google məşhurların “on minlərlə” öğurlanmış açıq-saçıq şəkillərini öz serverlərindən yığışdırıb.

Bu haqda şirkətin açıqlamasında deyilir.

Şəkillər müvafiq müraciətin daxil olmasından sonra bir neçə “saat ərzində” silinib və “yüzlərlə hesab bağlanılıb”.
Açıqlama Hollivudun tanınmış vəkili Marty Singerin “şəxsi həyata” müdaxilə iddiası ilə Google-a qarşı iddia ilə çıxış edəcəyi barədə xəbərdarlığından sonra səslənib.

New York Post qəzeti Google rəhbərliyinə ünvanlanan həmin müraciətin mətnini dərc edib. Hüquqşünas tərtib etdiyi müraciətdə Google görüntülərin yığışdırılması barədə tələbə “cəld və məsuliyyətli şəkildə” reaksya verməməkdə suçlanır.

Hakerlər tərəfindən çılpaq fotoşəkilləri yayılan məşhurlar arasında Cara Delevingne və Jennifer Lawrence də olub. Onların fotoları 4Chan saytı daxil olmaqla müxtəlif inernet səhifələrinə yerləşdirilib. İddianın kimın adından irəli sürüləcəyi barədə məlumat verilməyib. Lakin Martin Singer ondan artıq məşhurun maraqlarını təmsil etdiyini bildirib.

Hüquqşünas qadın ulduzlara qarşı "açıq şəkildə qeyri-etik hərəkətə” görə Google-dan təzminat tələb edəcəyini bildirir. Google şəkillərin “şəxsi həyatın toxunulmazlığını pozan “dönük yırtıcı hakerlər” tərəfindən qeyri-qanuni yolla əldə edildiyini” deyib. Google başqa şirkətlər kimi mübahisəli məzmunun yığışdırılmasında mövcüd prosedurlar və istifadəçilərin müraciətlərinə əsaslandığını bildirib.

Kiberoğrular tərəfindən hədəflənən ulduzlar arasında Kate Upton, Rihanna, Kim Kardaşyan və Mary Elizabeth Winstead də var. Aktrisa Anna Kendrickin isə qeyri-çılpaq şəkillərinin Reddit və 4Chan saytında peyda olduğu xəbər verilir. Cənab Singer-in müraciətinə əsasən bəzi görüntülər Google şirkətinə məxsus YouTube və Blogspot saytlarına yerləşdirilib.

Google nəzarət etdiyi “YouTube”, “Blogger” və “Google+”dakı şəkillərin “icma qaydaları” prinsipinə, şəxsin həyatın toxunulmazlığı və açıq-saçıq görüntülərə dair şirkət şıyasətinə zidd olduğu üçün yığışdırıldığını bildirir.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...