dagliyam Konu tarihi: 28 Kasım 2014 Paylaş Konu tarihi: 28 Kasım 2014 Virus nece düşür dostlar Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 28 Kasım 2014 Paylaş Mesaj tarihi: 28 Kasım 2014 SALAM. İnformasiyanın qorunması üçün əsas təhlükələrdən biri kompüterə "girmiş" ziyanverici proqramlardır. Belə ziyanverici proqramlar verilənlərin tamlığı üçün təhlükə yarada bilər. Kompüterdə saxlanılan verilənlərə və proqramlara zərər vuran proqramlara ziyanverici proqramlar deyilir. i Əksər ölkələrdə ziyanverici proqramların yaradılması, istifadəsi və yayılması qanunla qadağandır. Ziyanverici proqramların ən geniş yayılmış növü kompüter viruslarıdır. Kompüter virusu proqramın, sənədin içərisinə, yaxud verilənlər daşıyıcısının müəyyən sahələrinə daxil olan parazit proqram kodudur. Bu kod daxil olduğu kompüterdə özü-özünü çoxalda, müxtəlif icazəsiz və ziyanlı işlər görə bilər. Özü-özünü çoxaltma qabiliyyəti virus proqramlarının başlıca xüsusiyyətidir. Bu proqramlar kompüter və digər daşıyıcıların sahiblərinin xəbəri olmadan öz nüsxələrini yaradır. Bir çox viruslar ziyan vurmaqla - verilənləri məhv etmək və kompüterin normal işini pozmaqla da məşğul olurlar. Öz bioloji "qardaşları" kimi, kompüter viruslarının arasında da elələri vardır ki, onlar öz-özünə çoxalıb yayılır, lakin heç bir ziyan vurmur. Kompüterdə virusun "həyat yolu" yoluxdurma və aktivləşmə ilə başlanır. Yoluxma təxminən bu cür baş verir: istifadəçi öz kompüterində virus daşıyıcısı olan proqramı başladır. Bu proqram İnternetdən də "yüklənə" bilər, tanışlarınızdan köçürüb əldə etdiyiniz proqram da ola bilər. Proqramın yüklənməsindən əvvəl, yaxud sonra virus aktivləşərək fəaliyyətə başlayır. Virusun fəaliyyət ssenarisi təxminən belə olur: 1. Kompüterdə yoluxdurulması mümkün olan bütün proqramları tapmaq. 2. Özünü proqramın əvvəlinə, yaxud sonuna yazmaq. 3. Əgər "kritik" tarix, başqa sözlə, virusun hücuma keçəcəyi gün yetişmişsə, dağıdıcı işlər görmək. 4. Əgər həmin tarix yetişməmişsə, hər hansı "xırda" zərər yetirmək; məsələn, kompüterin sərt diskində hər hansı kiçik sahəni "şifrləmək". i "Kompüter virusu" termini ilk dəfə 1973-cü ildə "Westworld" fantastik filmində istifadə olunmuşdur. Həmin filmdə bu sözbirləşməsi məhz bugünkü anlamda işlədilmişdir: "Kompüter sisteminə geniş yayılmış ziyanverici proqram". Bəs kompüterin virusa yoluxmasını necə müəyyən etmək olar? Kompüterə ziyanverici proqramların girməsini bildirən bir sıra əlamətlər vardır: * ekrana nəzərdə tutulmamış məlumatların və görüntülərin çıxması; * nəzərdə tutulmamış səs siqnallarının verilməsi; * CD/DVD disksürəninin özü-özünə açılması və bağlanması; * kompüterdə hər hansı proqramın "özbaşına" başladılması; * kompüterin tez-tez sıradan çıxması və "ilişməsi"; * proqramlar başladılarkən kompüterin yavaş işləməsi; * fayl və qovluqların yoxa çıxması, yaxud dəyişdirilməsi; * sərt diskə tez-tez müraciət; * brauzerin asılıb-qalması, yaxud özünü gözlənilməz aparması (məsələn, proqram pəncərəsini qapatmağın mümkün olmaması). İnternetin inkişafı virusların da yayılma sürətinə güclü təsir göstərdi. Bundan başqa, viruslar "keyfiyyətcə" də dəyişdi. Əgər təxminən 10-15 il bundan öncə virus müəlliflərinin əsas məqsədi kompüteri sıradan çıxarmaq idisə, XXI əsrin əvvəllərində virusların başlıca fəaliyyəti düşdüyü kompüterdən hər hansı informasiyanı oğurlamağa və həmin kompüterə kənar şəxslərin daxil olmasını təmin etməyə yönəlmişdir. İnformasiyanı oğurlayan virus hər hansı bir şirkətin gizli saxlanılan sənədlərini açıqlamaqla, həmin şirkətin nüfuzuna ciddi zərbə vura bilər. Əgər belə virus məxfi hərbi sənədlərin, yaxud başqa sirlərin olduğu kompüterə düşərsə, nə baş verəcəyini təsəvvür etmək belə çətindir. Dünyanın inkişaf etmiş ölkələrində kompüter viruslarının vurduğu ziyan yüz milyon dollarlarla ölçülür. i Ziyanverici proqramların yarandığı dövrlərdə, sadəcə, istifadəçilərin işinə mane olan zarafat-viruslar daha populyar idi. Məsələn, bir virus proqramı ekrana belə məlumat çıxarırdı: "L + A + M + E + R + F1 + Alt klavişlər kombinasiyasını eyni zamanda basın". İstifadəçi bu "məsləhətə" əməl edən kimi məlumat verilirdi ki, faylların yerləşmə cədvəli sərt diskdən silinərək, operativ yaddaşa yazıldı və əgər istifadəçi barmağını hər hansı bir klavişin üzərindən götürərsə, o, sərt diskdəki informasiyalarla vidalaşmalı olacaq. Yox, əgər düz bir saat bu vəziyyətdə gözləyə bilsə, hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Bir saat bu cür vəziyyətdə qaldıqdan sonra məlum olurdu ki, bu bir zarafat imiş. Virus proqramlarının ən ziyanlı növlərindən biri Troya proqramlarıdır. Troya proqramları istifadəçidən icazəsiz olaraq informasiyaları toplayır və onları "cinayətkara" göndərir, eləcə də həmin informasiyaları dağıdır, yaxud ziyanlı məqsədlər üçün dəyişdirir. Bundan başqa, Troya proqramları kompüterin işini poza bilər, yaxud istifadəçidən xəbərsiz olaraq kompüterin resurslarından ziyanlı məqsədlər üçün istifadə edə bilər. i Troya virusları öz adını bir tarixi hadisədən götürüb. Homerin "İliada" poemasında qədim yunanlar tərəfindən Troya şəhərinin mühasirəsi (e.ə. təxminən 1250-ci ildə) təsvir olunub. Yunanlar taxtadan nəhəng at düzəldib, içərisinə öz döyüşçülərini yerləşdirmiş və onu şəhər darvazasının qabağında qoymuşlar. Heç nədən şübhələnməyən troyalılar atı çəkib darvazadan içəri salmış, ancaq gecə yunan döyüşçüləri atın içərisindən çıxıb, şəhəri tutmuşlar. Troya proqramları, adətən, kompüterə şəbəkə soxulcanı kimi girir. Onlar bir-birindən öz "əməllərinə" görə fərqlənir. * Uzaqdan idarəetmə utilitləri. Bu qrupa aid proqramlar şəbəkədə olan kompüteri uzaqdan idarə edən utilitlərdir. Belə gizli idarəetmə utilitləri faylları qəbul edə, yaxud müxtəlif ünvanlara göndərə, onları başlada və məhv edə, kompüteri yenidən yüklədə bilər və s. * Casuslar. Bu qrupa aid troyalılar elektron casusluqla məşğul olurlar: yoluxmuş kompüterdə istifadəçinin klaviaturadan daxil etdiyi informasiya, ekranın şəkli, aktiv proqramların siyahısı və istifadəçinin həmin proqramla yerinə yetirdiyi əməllər müəyyən fayla yazılır və vaxtaşırı "cinayətkara" göndərilir. Bu tipli Troya proqramlarından çox zaman bank və onlayn ödəmə sistemlərinin istifadəçiləri haqqında məxfi informasiyaların oğurlanması məqəsədilə istifadə olunur. * Reklam proqramları. Reklam proqramları (ing. Adware: Advertisement - reklam və Software - proqram təminatı) hər hansı bir proqrama reklam kimi yerləşdirilir və Troya casus proqramı funksiyasını yerinə yetirə bilir. Reklam proqramları gizlicə kompüterin istifadəçisi haqqında müxtəlif informasiyalar toplaya, sonra onu "cinayətkara" göndərə bilir. Virus hücumlarının təsirini heçə endirməyin ən uğurlu yolu mühüm əhəmiyyət kəsb edən verilənlərin ehtiyat üçün surətlərinin saxlanmasıdır. Viruslar aparat vasitələrini sıradan çıxara bilmir. Virus hücumlarının əlamətləri aşkarlandıqda kompüterin verilənlər daşıyıcılarını büsbütün təmizləmək lazımdır. Verilənlərin ehtiyat daşıyıcılardan köçürülməsi kompüter sisteminin normal vəziyyətini bərpa etməyə imkan verir. Kompüterdə virus əlamətləri aşkarlandıqda nə etməli? İlk addım olaraq yerinə yetirdiyiniz işlərin nəticələrini xarici daşıyıcıda (disketdə, CD- və ya DVD-diskdə, fləş-kartda və s.) saxlayın. Sonra * kompüteri lokal şəbəkədən və İnternetdən ayırın (əgər qoşulmuşsa); * əməliyyat sistemi kompüterə düşmüş virus nəticəsində sərt diskdən yüklənmirsə, onda onu CD diskdən yükləməyə çalışın; * antivirus proqramını başladın. Antivirus proqramları vasitəsilə informasiyanın mühafizəsi Kompüter virusunun öz bioloji "qardaşı" ilə bir oxşarlığı da əvvəlcədən hər ikisinin qarşısının alınmasının (profilaktikasının), yoluxmadan sonrakı müalicəyə nisbətən çox-çox asan olmasıdır. Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər: Birinci səviyyədə virusların kompüterə girməsinin qarşısı alınır. İkinci səviyyədə virus hücumlarının qarşısı alınır. Üçüncü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir. Təhlükəsizlik tədbirləri nəticəsində virusların kompüterə düşməsi təhlükəsi azaldılır. Şübhəli mənbələrdən əldə olunan proqram təminatlarından istifadədən qaçmaq lazımdır. Kompüterə kənardan, o cümlədən İnternetdən daxil olan proqram koduna çox ciddi nəzarət olunmalıdır. Yoluxma faktını aşkarlamaq, virusların çoxalmasına mane olmaq və virus hücumlarının qarşısını almaq üçün antivirus proqramlarından istifadə olunur. Verilənlərin mübadiləsi zamanı viruslara xas olan baytların aşkar edilməsi və viruslar üçün xarakterik hərəkətlərin qeydə alınması onların axtarışının əsasını təşkil edir. Müqayisə üçün zəruri olan verilənlər antivirus proqramının verilənlər bazasında saxlanılır. Antivirus verilənlər bazasını daim yeni viruslar haqqında məlumatlarla doldurmaq, başqa sözlə, virus bazasını yeniləmək lazımdır. Antivirus proqramlarının uğuru da məhz bundan asılı olur. Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrılır: * Detektorlar hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir. * Doktorlar (faqlar) təkcə yoluxmuş faylları aşkarlamır, həm də onları ilkin duruma qaytarmağa çalışır. * Müfəttişlər kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəzarət edir; bu məqsədlə proqramların və disklərin sistem sahələrinin ilkin, yoluxmamış hesab edilən durumları haqqında məlumat yadda saxlanılır, sonra istifadəçinin müəyyən etdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir. * Doktor-müfəttişlər yuxarıda göstərilən iki növ proqramın imkanlarını özündə birləşdirir. * Süzgəclər virusların çoxalma və zərərvurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur. * Vaksinlər, yaxud immunizatorlar iş qabiliyyətlərini saxlamaqla proqramları elə dəyişdirirlər ki, onlar viruslar üçün yoluxmuş kimi görünsün. Belə olduqda, viruslar həmin fayllara "ilişmir". Kompüterdə virusların axtarışı verilənlər daşıyıcılarının, yaxud axınının daranması [scan] yolu ilə yerinə yetirilir. Darama prosesində operativ yaddaşda, daşıyıcılarda virusa yoluxmanın əlamətlərinin olub-olmaması yoxlanılır. Aşkarlanmış viruslar deaktivləşdirilir və məhv edilir. Mümkün olduqda dəyişdirilmiş (yoluxmuş) faylların ilkin vəziyyəti bərpa olunur. Bu gün Symantec Norton Antivirus, Kasperski antivirusu, Dr. Web, AcAfee VirusScan, Panda Titanium Antivirus kimi antivirus proqramları daha çox tanınır. Mənbə. Hamı bilir ki, kompüterin viruslardan müdafiəsi üçün antivirus proqramları yazmaq lazımdır. Ancaq bu həmişə bəs etmir, viruslar kompüterinizə yenə də düşür. Öz kompüterinizi viruslardan qorumaq üçün virusun kompüterə necə düşməsini bilmək lazımdır. Bu məqalədə sizə zərərli proqram hazırlayanların istifadə etdiyi yoluxma yollarını açıqlayacağıq. Fleş-yaddaşlar Fleş-yaddaşlar kompüteri virus yoluxmasının ən yayılmış yoludur. Kompüterin virusa yoluxmasının bu metodu "autorun" (avtomatik icra olunma) funksiyasına görə məşhurlaşdı. Viruslar fleş-yaddaşda autorun.inf faylı yaradaraq həmin faylda fleş-yaddaşın kompüterə qoşularkən hansı proqramın işə düşəcəyini təyin edirlər. Bu kompüterə virusun istifadəçinin iştirakı olmadan yoluxdurmağa imkan verir. Fleş-yaddaşlardan başqa viruslar fotoaparat, video kameralar, mp3 pleyerlər və mobil telefonlar vasitəsilə də yayılır. Bu qurğular özləri yoluxa bilmir, sadəcə onlar virusun bir kompüterdən digərinə ötürmə rolunu oynayır. Proqram təminatındakı boşluqlar Proqram təminatındakı boşluqlar virusa internetə qoşulan istənilən kompüterə hücum etməyə imkan verir. Nəzəriyyəyə əsasən boşluğu olan istənilən proqram yoluxma mənbəyi ola bilər. Ona görə də əməliyyat sisteminin aktual versiyasını istifadə etmək və bütün yüklənilmiş proqramları vaxtaşırı yeniləmək lazımdır. Ən vacib olan veb-brauzerin yenilənməsini təqib etməkdir. Google Chrome və ya Mozilla Firefox kimi müasir brauzerlər avtomatik olaraq yenilənir. Əgər sizin istifadə etdiyiniz brauzer avtomatik yenilənmirsə onu özünüz etməlisiniz. Elektron poçt və ani mesajlaşma proqramları Əksər viruslar öz nümunələrini elektron poçt və ani mesajlaşma proqramları vasitəsilə göndərirlər. Bununla bərabər məktublar virusun yoluxduğu kompüterdə tapılan əlaqələrə göndərilir. Buna görə də yeni kompüterlərin yoluxması təhlükəsi çox yüksəkdir. Kompüterini yoluxmadan qorumaq üçün qəbul edilən fayllarla ehtiyatlı davranmaq lazımdır. Hətta əgər fayllar sizin tanışınızdan göndərilibsə ondan faylın nə olduğunu açmamışdan qabaq soruşun. Mənbə. Alıntı Link to comment Share on other sites More sharing options...
H4CK3R Mesaj tarihi: 28 Kasım 2014 Paylaş Mesaj tarihi: 28 Kasım 2014 ACCOUNTANT ətraflı məlumata görə təşəkkürlər. Alıntı Link to comment Share on other sites More sharing options...
qusi555 Mesaj tarihi: 28 Kasım 2014 Paylaş Mesaj tarihi: 28 Kasım 2014 ACCOUNTANT , maraqlı və ətraflı məlumata görə təşəkkürlər . Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 29 Kasım 2014 Paylaş Mesaj tarihi: 29 Kasım 2014 Dəyməz buyurun. İnternet problemini həll edən kimi yeni video dərsliklər yazırlayacam. Bu yaxınlarda bir-iki texniki avadanlıq da gəlməlidir. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.