Jump to content
Forum Windows-az.com

Youtube hesabıma qadağa


_LeoN_

Recommended Posts

Salam.

Bugün youtube-a daxil olanda ekrana sözlər gəldi.Oxudum bir videonun (O ses Türkiye Elnur Hüseynova aid videonu montaj etmişdim) Acunn Media tərəfindən şikayət olunub.Sonra 5 suala cavab verdim,hesab açıldı.Amma Kötü Durumda yazılıb.Bir dəfə də qadağa olunmuşdu.Amma belə yox.Özdə belə sözlər yazılıb: Davacı Acunn.Avukatınıza danışın.İki ihtar daha aldığınız takdirde hesabınız feshedilir.Davacıyla mahkemeye çıkmaya hazır deyilseniz karşı bildirimde bulunmamalısınız.

Kötü durumda • 9 Haz 2015 tarihinde sona erecek.

 

Həmin Dünyada qadağan edilən videoları hesabımdan sildim.Sizcə bu nə deməkdi? Profilim bağlandı? Deyəsən əlli-ayaqlı getdim))

Link to comment
Share on other sites

Proqramlar telegramda

Mənim Bir Youtube kanalım var idi. Galatasaray-Fenerbahçe oyununu qoydum youtube oyun qutaran kimi səhər açdım 801 nəfər izləmişdi ama videonu Digiturk baxmağa qadağan etmişdir. Sən o acunun və ya türk kanallarını çəkməyə icazən yoxdu (Mənim fikrim belədir)

Azərbaycan kanalını çəkirsən heç kim sənə mane olmur.

Link to comment
Share on other sites

...Youtube kanalınızda hər hansı 1 qayda pozuntusuna yol verdikdə xəbərdarlıq alırsan...

... 1-ci dəfə heç nə eləmirlər...ancaq videonu silirlər...

...2-ci dəfə həm videonu silirlər ,həm də 6 ay profilin bağlanır...

...3-cü dəfə bütün videoların silinir və profilin ömürlük bağlanır...

...amma son vaxtlar heç cür işləmək olmur...hər şeyə qadağa qoyurlar...

... mən 2-ci xəbərdarlıqdayam... 6 ay profilim bağlı qalacaq.video yükləmək olmayacaq və s. ...digər profil də açmaq olar...amma mən açmaq istəmirəm...

Mənim blok olunmuş profilim...

 

...canları sağ olsun... keçdim dailymotion.com/mehdi1998 kanalıma... bütün videolarımı hissə-hissə upload edirəm ora...Əlvida Youtube... mənimki səninlə tutmaz...

Link to comment
Share on other sites

_LeoN_,

 

Əslində müəllif hüququ bütün demokratik və hüquq dövlətlərində var.Türkiyə də daxil olmaqla.Türklər öz hüquqlarını tələb edir və qoruyurlar.Müəllif hüquqlarına da xüsusi fikir verirlər.Azərbaycanda müəllifin müəlliflik hüququ olsada heç kəs tələb etmir.Adicə serialları görürək.Azərbaycanda serial yox vəziyyətdə olduğuna görə istər Telekanal istərsədə Serialın İdarəçi heyəti bunu şikayət etmir.Çünki əksinə onların bu tam ürəyincədir.Sən onların seriallarını tanıdırsan.Və bir səbəb də var ki,Azərbaycanlıların çoxu Youtube kimi şirkətlərdən,ümumiyyətlə internetdən pul qazanmağın mümkün olmadığını sanırlar.Bunun da bir neçə səbəbi var.Uzatmıyaq,qısacası Google kimi müəllflik hüququna,xüsusəndə Atıf-a xüsusi fikir verən və Türkiyə kimi dpvlətin videolarını paylaşmaq sözün əsl mənasında müşkül məsələdir.Google özü bu işi çətinləşdirir.Bunun da ayrıca səbəbləri var.Nəysə demək istəyirəm ki,sən Google-a mesaj ataraq bunu asanlıqla həll edə bilərsən.Amma həmin videonu sən kəçməmisən,etməmisənsə bu mümkün deyil..Amma montajı dəqiq sən aparmısansa onda mütləq Atıf verməliydin.Onda hemç problem çıxmazdı.

 

Unutmayın ki,siz Yotube-dən pul qazanaraq,Youtube varlandırırsız.

 

Və bu qədər yazdım..Təşəkkür..

 

Kamran Cavadov,

 

Təbrik edirəm.İnanıram ki, bu sənin üçün uğurlu olar.Bir də sənə sual verim : DailyM. ilə pul qazanmaq mümkündür ?

Link to comment
Share on other sites

Çox sağ olun dəyərli məlumatlara görə!

Kamran Cavadov,

mən də 2 ci xəbərdarlıqdı.Yazılıb 6 ay sonra bitəcək.Amma video yükləyə bilirəm.Sadəcə 15 dəqiqədən az videoları.Birdə bəzi funksiyalar söndürülüb.Para Kazanma aktivdi.Amma bilmirəm təzə kanal açım eyni e-maildən.Yoxsa yox..Bu profilimdə neçə video,izlənmə var idi..Düz deyirsən artıq heçnə yükləməyə imkan vermirlər,hər videoya qadağa qoyurlar.Gərək ancaq özün video çəkib yükləyəsən..

Deliusta,

Montajı mən etmişəm.Amma O səs Türkiyə-nin videolarını montaj etmişəm.Videonu tamam dəyişmişdim..Sildim videonu profilimdən..

 

Bir söz də soruşum: Google Adsense-də başqa g-mail lə qeydiyyatdan keçdim.Amma bu kanal olan gmail-ə yönəltdim.Kanalımda İş Ortağı Doğrulandı yazısı gəlib.Videolarım da da reklamlar gəlir.Amma dünəndən Adsense-də heç bir dəyişiklik yoxdu.0 Dollardı.Başqa nəsə etməliydim? Mən ancaq Kanalda para kazanma yerindən Adsense-yə keçib qeydiyyatdan keçdim..Birdə Para Kazanmanı aktiv etdim..

Link to comment
Share on other sites

Kamran Cavadov

 

Mən də bu işə başlamaq istəyirəm.Mənə köməklik edərsən çox sevinərəm,sən ödəmə aldın ? Azərbaycan üçün istifadə oluna bilər və Visa Kart və Paypal ödəməsi ala bilərəm mi ?

 

Lion qardaş Youtube ilə işləmək çətinləşir.Youtube əslində gəlirli və çox etibarlı sahədir.Ödəmə verirlər.Amma işləmək və qaydalarına alışmaq çətindir.Xüsusən də Azərbaycanda.Sən Youtubedən əməlli-başdı pul qazanmaq istəyirsənsə videolarını özün çək və videonun aşağısında ( Atıf bölümü ) orada özün çəkdiyin barədə məlumat ver.Yeri gəlsə çəkdiyin programı da ( əgər kompüter videosu çəkirsənsə )..bu qədər.. + 1 üçün təşəkkürlər..

Link to comment
Share on other sites

Deliusta , sağ ol.Məndə dünən adaşımın (Kamran Cavadov) dediyindən sonra maraq gəldi.Dailymotion da qeydiyyatdan keçdim.Əslində orada çoxdan qeydiyyatdan keçmişdim.Amma login,parol yadımda deyildi :) Qeydiyyatdan keçdim.Partner oldum.Orada aşağıda Become a Partner daxil olmaq lazımdı.Bu saytda Official DailyMotion

Sonra 24 saat ərzində qəbul olunur.Məndə bugün aktiv oldu.Hələki 0 dollardı.Orada nə yolu ilə pulu götürmək də var.Ad soyad Bank hesabı və s. doldurmaq lazımdı.Birdə aşağıda OpenVod daxil oldum.Buda deyəsən kanalın statistikasını göstərir.Amma tam bilmirəm bu DailyMotion haqqında.Bilən olsa əla olar.

Karb10, Bu saytlara baxmışam.Amma publisher də gərək saytın olsun səhv etmirəmsə.Çünki kodu sayta copy etməlisənki oradan tıklanıb izlənsin.Nəsə tam anlamadım.Ona görə mənə daha maraqlısı Official DailyMotion saytı oldu.

Kamran Cavadov, Əgər məlumatın varsa zəhmət olmasa yazardın bu haqda.

Link to comment
Share on other sites

... Deliusta , sözün düzü mənim dailymotion.com saytından pul qazanmaq fikrim yoxdur...elə youtube-dan da həmçinin ... yoxsa videolarımı youtube-də yeni kanal açıb ora köçürərdim...

... mən sadəcə ehtiyatlı tərpənmək istəyirəm.youtube kanalımda 500-ə yaxın videodərsliklərim var...bunların hamısı forumda yerləşdirilib və istifadə edilməkdədir...bu videodərsliklər silinsə,həm mənə,həm də foruma təsir edəcək...odur ki,videolarımı digər serverə köçürürəm...dailymotion.com saytında hər şeyə görə videonu silmirlər...

...qaldı ki,pul qazanmağa , youtube-də baxış daha çox olmağına baxmayaraq ,pul qazanmaq olmur...yəni çox çətindir...videoya baxış sayı 1 milyonu keçməlidir...özü də 1 il daxilində...o ki,qaldı digər serverlərdə pul qazanmaq.... 1 az çətindir...gərək kanalın yaxşı reklam olunsun və s. ... mənim fikrimi bilmək istəyirsənsə, baş qoşmağa dəyəsi 1 iş deyil...yenə də mənim kanalıma 1 manat belə pul gələrsə,sənə də deyərəm...amma youtube kanalımda o qədər videodərsliklər var,baxış sayı da pis deyil....amma hələ də 1 manat görməmişəm...

Link to comment
Share on other sites

Merhaba ,

 

Dailymotion Official programına katılma talebinizi aldık. Ne var ki olumlu cevap veremiyoruz. İçerikleriniz Kullanım Koşullarımıza uymuyor (http://www.dailymotion.com/legal/terms).

 

Her türlü sorunuz için bize yazmaktan çekinmeyin: partner-support@dailymotion.com .

 

Saygılarımızla,

 

Dailymotion Official Ekibi

 

 

Bir video yükləmişəm.Onu da sırf özüm düzəltmişəm programla..Şikayət də yoxdu..Amma qəbul etmir Official programına. :what:

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...