Jump to content
Forum Windows-az.com

2014-cü ilin 10 ən yaxşı ixtirası


H4CK3R

Recommended Posts

Geridə qoyduğumuz il bir sıra maraqlı ixtiralarla yadda qalıb. Bəziləri bizlərdə böyük təəssürat yaradıb.

 

"Ağıllı" kosmik gəmi

 

 

Formasına görə skeytbordu xatırladan, amma təkər əvəzinə iki antiqravitatordan ibarət qurğu xoverbord adlanır. Bu qurğunun yaradılması ideyası rejissor Robert Zemekisin "Gələcəyə qayıdış 2" filmindən götürülüb. Xoverbord yer səthindən 3 santimetr hündürlükdə uça bilər, həmçinin bu səth cərəyan keçirməlidir, batareyanın şarjı yalnız 15 dəqiqə əlçatandır. İndiyədək yalnız 10 belə xoverbord hazırlanıb. Ancaq istehsalçılar olduqca qətiyyətlidirlər və qurğunu təkmilləşdirmək istəyirlər.

 

3D çap

 

 

Yəqin, bilirsiniz ki, beli bükük insanlarda zamanla niyə bel ağrısı yaranır. "Biz sadəcə unuduruq ki, beli bükmək lazım deyil" – "Lumo BodyTech" şirkətinin əməkdaşı Monika Perkaş belə deyib. İstifadəçi baş barmaq ölçüsündə bu cihazı öz köynəyinə bərkitdikdən sonra cihaz bel və boynun vəziyyətinin təhlilinə başlayır və düzgün qamət olmadıqda titrəyir. Sistem hələ ki tam mükəmməl deyil. Buna baxmayaraq, qurğuya tələbat artıq təklifi üstələyib.

Gözdən əlilliyin qarşısını alan bananlar

 

 

İspaniyanın "Geeksphone" startapı və "Silent Circle" şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış "Blackphone" dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu, həmçinin istənilən GSM daşıyıcı ilə işləyir.

 

"Apple Watch"

 

 

"Selfi" üçün ştativ – bu, fotoportretlərin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Tədqiqatçılar hesabatlarında bildirirlər ki, amerikalıların ən azı 25 faizi, heç olmasa, bir dəfə sosial şəbəkədə "selfi" yerləşdiriblər. Bu işdə gəlir görən bəzi şirkətlər "selfi" yaradılması prosesini sadələşdirən qurğunun istehsalına başlayıb.

 

"Microsoft Surface Pro 3"

 

 

Başqa iş adamları kimi Kristina Merkando da smartfonunu əl çantasında saxlayır. Bu o deməkdir ki, o, vacib mesajları yoxlamaq üçün vaxtaşırı qurğunu çantadan çıxarmalı olur. Amma əgər o, bütün vacib məlumatı hansısa daşınan qurğudan ala bilsəydi? Məhz belə fikirlər "Ringly" üzük istehsal xəttinin yaranması ilə nəticələnib. Bu üzükləri elə proqramlaşdırmaq olar ki, onun sahibi müdirindən elektron poçt, öz sürücüsündən mətn mesajı aldıqda mesaj gələcək. "EBay" hərracında dizayn üzrə menecer olmuş Merkando bu üzüklərin satışından 1 milyondan çox dollar qazana bilib. Bu ilin iyulunda buraxılmış 1000 ədəd "Ringly" üzüyündən ibarət birinci partiya 24 saat ərzində satılıb.

 

OXUYAN HƏR KƏSƏ TƏŞƏKKÜRLƏRİMİ BİLDİRİRƏM...

blackphone-100247376-large.png

hendohoverboard-2.jpg

316303_4.jpg

316303_9.jpg

316303_10.jpg

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...