Jump to content
Forum Windows-az.com

Samsung Galaxy Note Pro


Guest LopTop

Recommended Posts

Cənubi Koreyanın Samsung şirkəti Las-Veqasda keçirilən CES 2014 sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən Galaxy Note Pro planşet kompüterini nümayiş edib. Bu, Cənubi Koreya istehsalçısının TabPRO 12.2 modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir.

 

Kommunikasiya imkanlarından asılı olaraq qurğu səkkiznüvəli Exynos 5 Octa (Wi-Fi və 3G-ni dəstəkləyən model) və ya dördnüvəli Qualcomm Snapdragon 800 prosessoruna (LTE şəbəkəsini dəstəkləyən versiya) əsaslanır.

 

Galaxy Note Pro modelinin 8 meqapikselli arxa və 2 meqapikselli ön kamera, 3 giqabaytlıq operativ yaddaş, 32-64 tutumlu fləş-yaddaş, Action Memo funksiyaları ilə yanaşı, S-Pen stiliusunun (elektron qələm) köməyi ilə məlumatların daxil edilməsi və 9500 milliamper saat tutumlu S Finder batareyası və Android 4.4 KitKat əməliyyat sistemi kimi texniki xüsusiyyətlərini sadalamaq olar.

 

Samsung Galaxy Note Pro 12.2-nin ölçüləri 295,6 x 204 x 7,95 mm, çəkisi 750 qram (Wi-Fi ilə təchiz olunmuş model) və ya 753 qram (3G/LTE-ni dəstəkləyən model) təşkil edir. Bundan başqa, Galaxy Note Pro 12.2 ilə birlikdə texniki xüsusiyyətlərinə görə onun bənzəri olan TabPRO 12.2 planşet kompüter modeli (S-Pen ilə təchiz edilməyən) də istehsal olunacaq.

 

Samsung Galaxy Note Pro 12.2-nin satışa çıxarılması və qiyməti haqqında hələlik məlumat verilmir. Planşet Android 4.4 KitKat əməliyyat sistemi ilə təchiz edilməklə satışa çıxarılacaq. Şirkət yeni qurğuda çoxsaylı servislərlə yanaşı, əvvəlcədən quraşdırılmış əlavələrin də yer alacağını bildirib.

Samsung Galaxy Note Pro
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...