Jump to content
Forum Windows-az.com

WhatsApp istifadəçiləri təhlükədə


Photograpy Nazim

Recommended Posts

WhatsApp istifadəçiləri təhlükədə


Dünyanın ən populyar messencer proqramı olan WhatsApp-ın proqramlardışma kodunda konstruktiv çatışmazlıqlar və xətalar aşkarlanıb. Proqramdakı "dəlik" nəticəsində hakerlər istənilən istifadəçi barədə konfidensial məlumatları asanlıqla əldə edə bilərlər.

Hollandiyalı proqramçı Maykel Zveerink bloqunda bildirib ki, WhatsApp istifadəçisinin privatlıq sazlamalarını asanlıqla "sındırmağa" imkan verən bu nöqsandan yararlanan haker bu şəxsin nə zaman onlayn və ya offlayn olduğunu, onun yazışmalarını, yolladığı və ya aldığı fotoları, videoları, səsli mesajları və s. informasiyanı, habelə onun kontakt siyahısında olan şəxslərin adlarını və telefon nömrələrini asanlıqla əldə edə bilər.

Eyni zamanda, haker WhatsApp istifadəçisinin statusunu da izləyə bilər.
Holland proqramçı Maykel Zveerink bu problemləri aşkarlayandan sonra texniki qüsurları aradan qaldırmaq üçün xüsusi proqram hazırladığını, həmin proqramı WhatsApp-ın texniki servisinə yolladığını vurğulayıb. "Bu xətalar nəticəsində Whatsapp istifadəçisi statusu və profilini gizlətməyə çalışsa da, heç nə alınan deyil: haker onun internetdə olduğu vaxtları asanlıqla aşkarlaya bilər. Beləcə, tanımadığınız şəxs sizin privatlıq, konfidensiallıq sazlamalarınızı sadə gedişlə sındıraraq haqqınızda bütün məlumatları əldə edir", - M.Zveerink bloqunda yazıb.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...