Jump to content
Forum Windows-az.com

BIOS proqram yenilənməsində problem


Recommended Posts

Hər kəsə Salam

Bu dəfə problem biraz qəfil çıxdı deyə adminlərlə mövzuyla bağlı məsləhətləşə bilmədim mövzunu səhv yerdə açmışamsa üzürlü sayın(birdə mövzunu hansı bölməyə dəyişdirildiyin qeyd edinki sonradan mövzunu tapa bilim)

 

 

BIOS proqram yenilənməsində problem

 

Deməli şəkildəndə gördüyün kimi problem çıxıb

Sözün açığı əvvəllər komp gec açılırdı hər açılanda ən az 10dəqiqə cpu hdd və s testlərini gözləməli olurdum və düşündümki biosu yeniləsəm düzələcək.Və biostar firmasının rəsmi saytından öz modelinə uyğun praşifkanı yüklədim amma zip fayl var idi onu açannan sonra komp dondu heç mışka belə işləmədi mən də gözlədim bilirdimki bios obnovleniyası ağır prossesdir və buna diqqətnən yanaşdım materinkanın üstündən modelini araşdırıb öyrəndim indi isə açanda qalır belə şəkildəki kimi.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Bax bu üsullara:

 

http://www.ehow.com/how_6164226_fix-bios-rom-checksum-error.html

 

Bir də CMOS-u çıxart, bir neçə dq sonra tax.. İmkan olsa dəyiş CMOS-u..

 

Əgər, həll olunmasa BİOS çipin də zədələnə bilər.. BİOS update olunarkən enerji kəsiləndə BİOS çipi yanır..

Link to comment
Share on other sites

Karb10 hə qardaş indi gördüm məlumat üçün çox sağol

 

İlqar məmmədov oxudum o linkini atdığın məqaləni və belə qərara gəldimki sən demiş bios çipi yanıb İndi amma axırıncı ümid kimi cmos batareyasınıda dəyişib yoxlayacam mövzu hələki bağlanmasın..

Link to comment
Share on other sites

... bios yenilənməsi çox məsuliyyətli və ciddi məsələdir...dəfələrlə saytımızın user-lərinə buna cəhd etməməyi tövsiyə eləmişəm...bunu ancaq təcrübəli istifadəçilər edə bilər...çünki bunun o qədər incə nüansları var ki,hər birini nəzərə almaq üçün böyük praktika olması vacibdir...

... bilmək istəyirsinizsə,deyim...

1.ana platanın versiya və seriyası dəqiq təyin edilməlidir...

2.ana platanın versiya və modelinə uyğun yeni driveri dəqiq seçilməlidir...

3.həmin bios faylı hər hansı yükləmə meneceri ilə deyil,browser-lə yüklənməlidir...

4.yüklədiyiniz bios faylı (.rom) ancaq və ancaq flaş karta yazılmalıdır.bu faylı windows üzərindən çalışdırmaq ana plata üçün olduqca böyük problem yaratmaq deməkdir...

5.flaş kart fat və ya fat32 olaraq format olunmalıdır...

6.flaş kartda heç 1 problem olmamalıdır.bunun üçün bios faylını flaş karta atmazdan əvvəl svoystvasına daxil olub,servis bölməsini seçmək lazımdır və oradan flaş kartı proverka eləmək lazımdır.prosesin sonunda heç 1 oşibka verməməlidir.bundan sonra bios faylı flaş karta atılmalıdır...

7.bios yeniləmədən əvvəl və sonra bios default menyusuna girməklə bios sıfırlanmalıdır,perezaqruska verilməlidir...

8.kompyuterə fasiləsiz cərəyan verilməsi təmin olunmalıdır... və s

... sonra başlayırsan biosu yeniləməyə...biosu yeniləmək prosesin özü də hələ başqa mövzudur...yəni prosesin də ayrıca izahı var ki,bunu qoyaq kənara...

yuxarıdakıların hər birinin mənası və əhəmiyyəti var...elə-belə yazmamışam...hər biri haqqında açıqlama verməyə ehtiyac yoxdur məncə...eləcə qısa olaraq yazdım ki,xəbəriniz olsun ki,bu nə deməkdir və bunu eləməyə dəyər yoxsa yox...

qeyd :proşivator və s. adı ilə xüsusi qurğular da var ki,servislərdə bios update eləmək üçün istifadə edilir...

Link to comment
Share on other sites

Kamran cavadov bu forumda təzəyəm amma yazınızdanda gördümki çox savadlı və təcrübəli yazılar yazdız çox sağolun mənim səhvim usb ilə biosu yeniləməməyim oldu amma məsələn öz noutbukumda usb siz eləmişdim heç bir problem yaşanmamışdı

 

indi mənə ən əsas maraqlı olan odurki mən təzə materinka almalıyam ya çip? Çipi hardan ala bilərəm birdə istədiyim çipi ala bilərəm ya o soketə uyğun olmalıdı?.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...