Jump to content
Forum Windows-az.com

azəri sözünü işlətməyək


busuper
 Share

Recommended Posts

Hər birinizə salam, bir məsələ haqqında fikrimi yazıram. Əsasən Azərbaycan sözünü azəri sözü kimi işlədirlər. Bəziləri bunu elə başa duşur ki, azəri sözü Azərbaycan sözünün qısaldılmış formasıdır, amma əsl gerçəklik başqadır.Bir şeyi unutmayaq ki, azəri adını bizə irandan və keçmiş sovet imperiyası dönəmindən qəsdın sırıyiblar və milləttin gerçək adını unutdurmaq istəyiblər. Hələ Xətayi dönəmindən ta 1936-cı ilə kimi millətin adı TÜRK  adlanlb. 1937-ci ildən isə sovet imperiyası türk adını Azərbaycan adı ilə əvəzləyib. Azəri adını farslar bizə qəsdən deyib ki , guya kokumuz fars kökənlidir, halbuki, millətin adı  AZərbaycan sözündəki AZ adından gəlir - AZ / AS-UZ-QUZ-ĞUZ-OĞUZ / Türk kökənli adımızdır və Araz çayı, Azıx, Qız qalası və sairə kimi adlarda da helə də qalmaqdadır. Dədə Qorqud dastanlarında  Aruz, Uruz adları da bu qəbildəndir. Dediyimiz kimi, AZ millətin  adı, ər /er-ar/ igid,  mərd  anlamın verir. BAY / indikii bəy sözü /-uca şanlı anlamindadir və bayraq səzündəki bay da buradan yaranıb. CAN  sözü isə əski türkcəmizdə kaan-xaqan adıdır ki, sonralar da xan formasında dəyişib. Bələliklə AZƏRBAYCAN sğzü- igid, uca azlarin xaqanlığı, dövləti deməkdir. Bu barədə tanınmış tarixçimiz Firidun Ağasıoğlunun / Firidun Cəlilov / elmi yazılarında daha  genış bilgi var.

O üzdən hər kəsdən, xüsusən də saytın idarəedicilərindən xahiş edirm ki, azəri sözün işlətməsin. Çox zaman yazırlar ki, yazını azəri hərfləri ilə yazın. Azəri deyil də , ən azından AZərbaycan hərfləri deyilməlidir.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...