Mehebbet Konu tarihi: 3 Haziran 2015 Paylaş Konu tarihi: 3 Haziran 2015 Salam hörmətli sayt rəhbərliyi. Mən sizin saytın artıq neçə illərdi istifadəçisiyəm. Düzdür aktiv istifadəci olmasamda saytin heyyətinə və bütün istifadəçilərə qarşı hörmət bəsləmiş, bir necə mövzuya tam etik normalar çərçlvəsində (fikrimcə ehtiyac duyulsa bunu özünüz də yoxlaya bilərsiz) və saytın qaydalarına uyğun formada fikir bildirmiş və köməyinizə ehtiyacım olduqda forumda, yenə də tam etik normalar çərçivəsində mövzu açıb problemimi bildirib və dəyərli məsləhətlərinizdən hər kəs kimi mən də bəhrələnmişəm. Buna görə köməkliyi keçən hər kəsə bu gün də minnətdaram. Bütün bunlar öz yerində. Əsas məsələ isə bundan ibarətdir ki, mən bu mövzunu açmamışdan iyirmi dəqiqə əvvəl neçə dəfə sayta girməyə cəhd göstərsəmdə, mənim nalayiq sözlər işlətdiyimə görə administrator tərəfindən sayta girişim qadağan olunub adlı pəncərə ilə qarşılaşdım. Bunu necə başa düşə bilərəm, heç bir xəbərdarlıq olunmadan saytdan kənarlaşdırıla bilərəmmi, bilərəmsə bu nədən irəli gəlir və bu bir anlaşılmazlıq üzündən baş vermişsə mən hansı əlaqə vasitələrindən istifadə edərək sayt rəhbərliyi ilə əlaqə saxlayıb, əgər günahım olubsa ən azından günahımı bilmək, yox günahsızamsa yenidən sayta girişimi bərpa edilməsini bildirə bilərəm? Aydınlıq gətirsəniz cox şad olaram. Alıntı Link to comment Share on other sites More sharing options...
Ʌüsal Mesaj tarihi: 3 Haziran 2015 Paylaş Mesaj tarihi: 3 Haziran 2015 salam Məhəbbət Ehtimal ola bilər ki saytdan qaynaqlana bilər. yani texniki səhv ola bilər fikrimcə. yoxsa səbəsiz yerə inanmıram ki səni cıxartsınlar Alıntı - Laptop ve Desktop Anakartlarin temiri - BIOS yazilmasi - Sifreli SuperUser BIOS-larin silinmesi - Kicik chiplerin deyisidrilmesi - BGA Chiplerin deyisdirilmesi (GPU/CPU/FCH/PCH/HM ve s) Link to comment Share on other sites More sharing options...
Mehebbet Mesaj tarihi: 3 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 3 Haziran 2015 Salam Vüsal qardaş. Ola bilər. Amma mənim özümə də qaranlıq qaldı ki, axı mən istər saytın qaydalarından, istərsə də etika qaydalarından kənara çıxmamışam heç vaxt. Özü də nalayiq söz işlətmək, istər virtual, istər real həyatda ümumiyyətlə mənim xarakterimə tamamilə yad bir haldır. Əksinə, başqaları etik norma həddini aşanda və bizim doğma dilimiz olan Azərbaycan dilinə qarşı biganə yanaşıb Azeri şriftlərdən istifadə etmədikdə sayt rəhbərliyi tərəfindən ciddi xəbərdarlıqlar və saytdan uzaqlaşdırılmalar olmasını mən həmişə dəstəkləmişəm. Nə isə, yəqin ki, nəsə anlaşılmazlıq olub. Axır hal hazırda saytdan rahat istifadə edirəmsə çox sağ olun. Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 3 Haziran 2015 Paylaş Mesaj tarihi: 3 Haziran 2015 Salam. 23/04/2010 - 21:15 - dən etibarən saytın istifadəçisən.Vüsal qeyd edib texniki roblemlə bağlı olar. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 4 Temmuz 2015 Paylaş Mesaj tarihi: 4 Temmuz 2015 Salam sualına tam və dəqiq cavab verəcəm, deməli belə hazırda modemi ustanovka etdikdə özü netdən IP kodlarını avtomatik alır bir dəfə mən bir useri saytdan uzaqlaşdırdıqda səhifəni yenilədim sən demə özümü uzaqlaşdırmışam saytdan yəni userin IP ünvanı mənim IP ünvanım ilə eyni idi yəni modem avtomatik təyin etdiyi IP ünvanı mənim üçündə təyin edilibmiş məndə (adminlərə özəl bir üsulla) sayta daxil oldum. Yəni qardaşım sənlik burda bir şey yoxdur ola bilsin IP ünvanın kiminsə IP ünvanı ilə uyğunlaşıb, belə hallarda bizə müraciət edin məsələni həll edək ACCOUNTANT 1 Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.