Jump to content
Forum Windows-az.com

Saytdan istifadəyə qadağa


Mehebbet
 Share

Recommended Posts

Salam hörmətli sayt rəhbərliyi. Mən sizin saytın artıq neçə illərdi istifadəçisiyəm. Düzdür aktiv istifadəci olmasamda saytin heyyətinə və bütün istifadəçilərə qarşı hörmət bəsləmiş, bir necə mövzuya tam etik normalar çərçlvəsində (fikrimcə ehtiyac duyulsa bunu özünüz də yoxlaya bilərsiz) və saytın qaydalarına uyğun formada fikir bildirmiş  və köməyinizə ehtiyacım olduqda forumda, yenə də tam etik normalar çərçivəsində mövzu açıb problemimi bildirib və dəyərli məsləhətlərinizdən hər kəs kimi mən də bəhrələnmişəm. Buna görə köməkliyi keçən hər kəsə bu gün də minnətdaram. Bütün bunlar öz yerində. Əsas məsələ isə bundan ibarətdir ki, mən bu mövzunu açmamışdan iyirmi dəqiqə əvvəl neçə dəfə sayta girməyə cəhd göstərsəmdə, mənim nalayiq sözlər işlətdiyimə görə administrator tərəfindən sayta girişim qadağan olunub adlı pəncərə ilə qarşılaşdım. Bunu necə başa düşə bilərəm, heç bir xəbərdarlıq olunmadan saytdan kənarlaşdırıla bilərəmmi, bilərəmsə bu nədən irəli gəlir və bu bir anlaşılmazlıq üzündən baş vermişsə mən hansı əlaqə vasitələrindən istifadə edərək sayt rəhbərliyi ilə əlaqə saxlayıb, əgər günahım olubsa ən azından günahımı bilmək, yox günahsızamsa yenidən sayta girişimi bərpa edilməsini bildirə bilərəm? Aydınlıq gətirsəniz cox şad olaram. 

Link to comment
Share on other sites

salam Məhəbbət

Ehtimal ola bilər ki saytdan qaynaqlana bilər. yani texniki səhv ola bilər fikrimcə. yoxsa səbəsiz yerə inanmıram ki səni cıxartsınlar

- Laptop ve Desktop Anakartlarin temiri

- BIOS yazilmasi

- Sifreli SuperUser BIOS-larin silinmesi

- Kicik chiplerin deyisidrilmesi

- BGA Chiplerin deyisdirilmesi (GPU/CPU/FCH/PCH/HM ve s)

Link to comment
Share on other sites

Salam Vüsal qardaş. Ola bilər. Amma mənim özümə də qaranlıq qaldı ki, axı mən istər saytın qaydalarından, istərsə də etika qaydalarından kənara çıxmamışam heç vaxt. Özü də nalayiq söz işlətmək, istər virtual, istər real həyatda ümumiyyətlə mənim xarakterimə tamamilə yad bir haldır. Əksinə, başqaları etik norma həddini aşanda və bizim doğma dilimiz olan Azərbaycan dilinə qarşı biganə yanaşıb Azeri şriftlərdən istifadə etmədikdə sayt rəhbərliyi tərəfindən ciddi xəbərdarlıqlar və saytdan uzaqlaşdırılmalar olmasını mən həmişə dəstəkləmişəm. Nə isə, yəqin ki, nəsə anlaşılmazlıq olub. Axır hal hazırda saytdan rahat istifadə edirəmsə çox sağ olun.

Link to comment
Share on other sites

  • 1 month later...

Salam sualına tam və dəqiq cavab verəcəm, deməli belə hazırda modemi ustanovka etdikdə özü netdən IP kodlarını avtomatik alır bir dəfə mən bir useri saytdan uzaqlaşdırdıqda səhifəni yenilədim sən demə özümü uzaqlaşdırmışam saytdan yəni userin IP ünvanı mənim IP ünvanım ilə eyni idi yəni modem avtomatik təyin etdiyi IP ünvanı mənim üçündə təyin edilibmiş məndə (adminlərə özəl bir üsulla) sayta daxil oldum. Yəni qardaşım sənlik burda bir şey yoxdur ola bilsin IP ünvanın kiminsə IP ünvanı ilə uyğunlaşıb, belə hallarda bizə müraciət edin məsələni həll edək  :)

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...