TΛNNΞЯ Konu tarihi: 1 Aralık 2015 Paylaş Konu tarihi: 1 Aralık 2015 1 - Sual: Orijinal (lisenziyalı) windows 7 və ya Windows 8 istifadə edirəm. Sıfırdan quraşdırma edə bilərəmmi? Cavab: Xeyr. Windows 10 update (yeniləmə) vasitəsi ilə ilk olaraq yenilənmə prosesi etməniz lazımdır. Upgrade vasitəsi ilə sisteminizi windows 10-a yeniləyə bilərsiniz. Upgrade əməliyyatı əsnasında hər hansı bir key daxil etmirsiniz. Eynilə bir yeniləmə yüklər kimi windows 10-u yükləyirsiniz. Yeniləmə sonrası internet bağlantısı aktiv olar-olmaz, lisenziyanız aktiv olur. Lisenziyanıza baxdığınız zaman dəyişdiyini görəcəksiniz. Bu linkdən script.rar serial key'inizi görə biləcəyiniz kiçik scripti endirib işlədin. Bu scripti həm köhnə sistemdə, həmdə yeni sistemdə işlədin. Hər 2 sistemə aid keyleridə qeyd edib saxlamağa laqeyd yanaşmayın. Nə olar, nə olmaz. Daha sonra istəsəniz 0'dan quraşdırma edə bilərsiniz. Bu yeniləməni etmək üçün windows 7 və Windows 8 istifadəçiləri; a - Control Panel > Security > Check for Updates dediyiniz zaman windows 10 yeniləməsini görməniz lazımdır (əgər yeniləmə çıxmırsa sonrakı mərhələyə keçin) b - Start > Run > cmd yazırıq və sağ klik edib idarəçi olaraq işlədirik. Gələn konsola (qara ekran)wuauclt.exe / updatenowyazıb enter düyməsinə basırıq. Təkrar yeniliklərə nəzər yetiririk. Yeniləmə sahəsindən windows 10 yeniləməsini seçib kompyuterinizi windows 10-a yeniləyirsiniz. Orjinal lisenziya sahiblərinin bu şəkildə yeniləməsi lazımdır. Orjinal lisenziyası olmayan istifadəçilərin təmiz yəni format şəklində quraşdırması məsləhətdir. 2 - Sual: Yenilənmə əsnasında fayllarım qalır ? Driverlər ? Programlar ? Cavab: Yeniləmə sonrası fayllarınız və ya proqramlarınız eynilə qalır. Hər hansı bir məlumat itkisi yaşanmır. Windows 7 və Windows 8'də olduğu kimi bir çox driver Windows 10 tərəfindən yüklənir. Windows 10'un tapa bilmədiklərini sizin yükləməniz lazımdır. Windows 10 bir çox proqramla uyğun olaraq çalışır ancaq antivirus proqramları ilə hazırda problemləri var. Antivirus firmaları yeni versiyaları çıxartmağa başladı. Yenə uyğunlaşmadığı proqramlar təbiiki olacaq. Lütfən bunları gözardı etməyin. Ən əhəmiyyətlisi, istifadə etdiyiniz təchizatların Windows 10 ilə uyğun olduğuna, driver dəstəyinin olduğuna əmin olun. 3 - Windows 10 versiyaları haqqında məlumatlar. Windows 10 HomeSon istifadəçiyə yəni ev istifadəçisinə xitab edən versiyadır. Masaüstü, notebook, tablet və ya ikisi bir arada sistemlərdə istifadə ediləcək olan versiyadır. Əlaqədar sistem, Cortana, Microsoft Edge və Continuum dəstəkli olacaq, bundan əlavə xbox cihazlar ilə sinxronizasiya ola biləcək. (Single language'də bu qrupa daxildir) Windows 10 ProWindows 8 ilə birlikdə pro versiyalar sanılanın əksinə ev istifadəçilərinə deyil orta ölçülü müəssisələrə xitab edən versiyadır. Pro versiyası bu məzmunda bəzi esktralardan ibarətdir. Firmaların öz yazdığı tətbiqləri də işlətmə icazəsini rəhbərliyinə icazə verəcək bu versiya, Windows Update for Business proqramını da dəstəkliyəcəktir. Windows 10 EnterpriseBöyük müəssisələrə xitab edən versiyadır. Enterprise məhsulu daha çox təhlükəsizlik mərkəzli bir sistemdir. Firmaların ehtiyac duyduğu təhlükəsizlik mövzusunda inkişaf etdirilmiş və 3. partiya təhlükəsizlik proqramı olmadan etibarlı bir sistemi vəd etməkdədir. VL Yazan məhsullarVL, Volume License qısaltmasıdır. Kollektiv lisenziyalamağa uyğundur. Məsələn Pro və Pro VL versiyaları eynidir ancaq lisenziyalaşdırma strukturları fərqlidir. Pro'nun serialı VL'yə, VL'nin serialı Pro'ya daxil edilməz. VL məhsulları ümumiyyətlə birdən çox sistem istifadə edən firmalar alır. LTSB MəhsuluLTSB uzadılması bu şəkildədir: Long Term servicing Branch. Kollektiv lisenziyalamağa uyğun firmalara, razılaşmalı təşkilatlara xitab etməkdədir. İli məlum olmaması ilə birlikdə uzun müddət texniki dəstək alacağı söylənməkdədir. Windows 10 EducationMəktəblərə, müəllimlərə, şagirdlərə xitab edən, enterprise ilə bənzər xüsusiyyətlər daşıyan versiyadır. Windows 10 IoT CoreWindows Embedded yerinə gələcək olan versiya. Yüngül bir versiya olub daha çox aşağı təchizata sahib cihazları hədəfləməkdədir. Məsələn poçt filialları kimi. (Poçt filiallarında hələdə XP istifadə edilməkdədir ) 4 - Sual: İstifadə etdiyim versiya hansı Windows 10 versiyasına aktuallaşdırılacaq ? Cavab: Aşağıdakı şəkildə açıq aydın göstərilmişdir. KaZaMa_._JiN, AQIL_ISMAYIL, ACCOUNTANT and 1 other 4 Alıntı Link to comment Share on other sites More sharing options...
AQIL_ISMAYIL Mesaj tarihi: 1 Aralık 2015 Paylaş Mesaj tarihi: 1 Aralık 2015 Mən hələlik Windows-8.1 istifadə edirəm. Windows-10 isə hələlik kecmək fikrim yoxdur. Amma məlumat üçün təşəkkürlər çox sağ ol Azər Alıntı Link to comment Share on other sites More sharing options...
Karb10 Mesaj tarihi: 1 Aralık 2015 Paylaş Mesaj tarihi: 1 Aralık 2015 Paylaşdığın üçün təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 1 Aralık 2015 Paylaş Mesaj tarihi: 1 Aralık 2015 Məlumata üçün sağolun. Mən bu yaxınlarda birinə LTSB yazdım. Heç fikir verməmişdim. Bir də zəng vurdu ki market yoxdur. Bir daha təşəkkürlər.. Novruz Məmmədov 1 Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 1 Aralık 2015 Paylaş Mesaj tarihi: 1 Aralık 2015 Təşəkkür. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 1 Aralık 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 1 Aralık 2015 Rica edirəm xoşdur, mən PRO versiya istifadə edirəm Elvin Məlikov 1 Alıntı Link to comment Share on other sites More sharing options...
KaZaMa_._JiN Mesaj tarihi: 1 Aralık 2015 Paylaş Mesaj tarihi: 1 Aralık 2015 Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Azeri_programist Mesaj tarihi: 2 Aralık 2015 Paylaş Mesaj tarihi: 2 Aralık 2015 Men soruşmaq isteyirem ki komputeri Windows 10a yukseltsem GTA5 oynamaq olacaq? Alıntı Link to comment Share on other sites More sharing options...
Karb10 Mesaj tarihi: 2 Aralık 2015 Paylaş Mesaj tarihi: 2 Aralık 2015 Bəli,olur Alıntı Link to comment Share on other sites More sharing options...
leg-kamran Mesaj tarihi: 5 Ocak 2016 Paylaş Mesaj tarihi: 5 Ocak 2016 VMware də yığsam şəxsi istifadə üçün Pro daha məsləhətli? Alıntı Link to comment Share on other sites More sharing options...
Karb10 Mesaj tarihi: 5 Ocak 2016 Paylaş Mesaj tarihi: 5 Ocak 2016 VMware də yığsam şəxsi istifadə üçün Pro daha məsləhətli? Enterprise ən yaxşısıdır leg-kamran 1 Alıntı Link to comment Share on other sites More sharing options...
leg-kamran Mesaj tarihi: 5 Ocak 2016 Paylaş Mesaj tarihi: 5 Ocak 2016 http://getintopc.com/softwares/operating-systems/windows-10-pro-core-iso-32-64-bit-free-download/ yüklədim problemsiz getdi rahat işlətir ram ı 4 çəkirdəyi 8 ayırdım Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.