Jump to content
Forum Windows-az.com

Asus ekran parlaqlığı problemi


TesLA
 Share

Recommended Posts

Salam. Asus notebookda windows 8.1 sistemində formatdan sonra ekran kartı sürücüsünü yüklədim, sonra ekranın parlaqlığın aşağı səviyyəyə salmaq istəyəndə ekran işığı tamamilə sönür. Google-da çox nəticə tapdım yoxladım amma alınmadı.

 

Bir də ki, kamera başaşağı göstərir. onu da həll edə bilmədim.

 

Notebook - ASUS K52JU 

VGA - ATİ Radeon 6370M

Link to comment
Share on other sites

SALAM.

Parlaqlıq üçün sistemi tam update edin. Sürücünü saytdan yükləyin..

Kamera üçün bu məqaləni incələyin.

Link:

http://forum.donanimhaber.com/m_22336856/tm.htm

Cavabı bilirsənsə yaz, bilmirsənsə başqa forumdan link atmağa ehtiyyac yoxdu. O vasitələri yoxlamışam, PID koduyla olan vasitəni də. Tam Update etmişəm, yeni sürücünü təbii ki yükləmişəm. Elə sürücünü yükləmişəm deyə işləmir...

Link to comment
Share on other sites

Mən usta deyiləm ki, burda hər önümüzə çıxan problemi bilək. 100 problemdən biri-ikisi qarşılaşdığımız olur ki, onun da dəqiq cavabını veririk. Digər problemləri internetdən axtarırıq. Bunu siz də bilirsiniz. Çünki forumda çoxdan varsınız. İnternetdə hər önümə çıxan cavabı da vermirəm. Analiz olunur məntiqəuyğun link verilir. Həmin linkdə texniki olduğunu yazanlar da var. Siz 100% bilirsiniz ki, bu texniki deyil? Proqram təminatı tərəfindən atılacaq addımlar linkdə verilib. Yüklü proqramların şəklini paylaşın. Alınmırsa deməli texniki problemdir. Servisə aparın.

 

QEYD: Mövzuda ehtiyaclarınızı dolğun əks etdirin ki, biz də sizin qəzəb hissi ilə zəngin olan cümlələrinizi oxumaq məcburiyyətində qalmayaq..

Link to comment
Share on other sites

Forumda çoxdan varam, amma cavablar əvvəlki kimi məni qane etmir. Mən də google-da axtarış edib nəticə tapa bilirəm. Və bunu edib yararlı cavab tapmayanda forumda mövzu açıram. Əgər şəxsən bilmirsinizsə xahiş və tələb edirəm ki, mənə link ataraq mövzunu "yola vermiyəsiniz".

Link to comment
Share on other sites

Bir vaxt fərqinə fikir verin. Mən kimisə (hələ istifadəçi çoxdan forumdadırsa) yola vermirəm. Həmin link ilə birgə 2-3 link də əladə etdim. Amma birini verdim, 20-25 dəqiqəmi ayırıb linki başdan axıra kimi oxumuşam. Siz də deyirsiniz ki "yola verirsən". 

Daxil olduğununz linkləri verin mən də fərqlisini tapım..

Link to comment
Share on other sites

O qədər diqqətlə seçmisiniz ki. 2008-inci ilin linkin atmısınız (mövzu 2008, cavablar 2011,2012,2013). (Camahaat onda xp zad işlədirdi) Nəsə, formu boş müzakirələrlə məşğul etmiyək. Bilən olsa yazar. Vaxtınızı ayırdığınız üçün təşəkkürlər.

Link to comment
Share on other sites

Yüklədiyiniz sürücülərin (ekran kartı və Asus-a aid proqramların) versiyalarını, BİOS versiyasını yazın.

Yuxarıda da qeyd edtdim. Daxil olduğunuz mənbələri qeyd edin. Ən azından hansı ölkələrin (Rus, ingilis, Türk və s.) saytlarından faydalandığınızı yazın.. 

Link to comment
Share on other sites

1. BIOS versiya köhnədir. Yeniləyin. 

    Link:

            http://dlcdnet.asus.com/pub/ASUS/nb/K52JU/K52JUAS206.zip

2. DDU ilə ekran kartı sürücüsünü silin.

    Link:

            http://ftp.nluug.nl/pub/games/PC/guru3d/ddu/%5BGuru3D.com%5D-DDU.zip

3. Ekran kartı sürücüsünü 8.1 64bit sistemə uyğun olan versiyanı yükləyin.

    Link:

            http://www2.ati.com/drivers/amd-catalyst-15.7.1-with-dotnet45-win8.1-64bit.exe

 

Yazıları ardıcıl etməyə çalışın. Bir də asus firmasına aid olan kamera proqramı varsa silin. Skype-də də tərs göstərir?

Link to comment
Share on other sites

İşləmədi deyəndə nəyi nəzərdə tutursunuz? Boot-da problem ola bilər onu da BİOS-a daxil olub tənzimləmək lazımdır. Çox vaxt SATA modu dəyişilir. On görə HDD-dan boot edə bilmir.

 

Bu tip- yəni 7-ə uyğun buraxılan komputerlərdə BİOS yenilənməsi aparılır ki, 8.1 və daha yeni sistemlər problemsiz (göy ekran və komputer açılarkən qara ekranda qalması kimi) işləsin.

 

Əgər alınmasa 3 yol var:

 

1. Yenidən format edin.

2. BİOS-u reset edin.

3. 20 Yanvar metrosuna gəlin ordan sizi qarşılayım evdə təmənnasız şəkildə düzəldim.

Link to comment
Share on other sites

Özüm düzəltdim. Formatdan sonra Asus saytından K52JU üçün olan windows hotkey programını yazdım. (əslində windows 7 64 bit üçün idi)

 

Camera üçün də burada deyiləni etdim, düzəldi. http://answers.microsoft.com/tr-tr/windows/forum/windows_8-hardware/windows-8-kamera-ters-gosteriyor-yard%C4%B1m/6c885c6f-3507-4f09-ac58-3fe5d732d539?auth=1

Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
 Share

  • loading...
×
×
  • Create New...