Jump to content
Forum Windows-az.com

Notebookda Termopasta


Cavid Genceliyev
 Share

Recommended Posts

Bir neçə səbəbləri var:

1. Termopastanın keyfiyyəti

2. Komputerin yükləmnə dərəcəsi (müasir oyunlar kompueri çox gücə salır. Bu da istiliyi yüksək temperaturda saxlanmasına və pastanın vaxtından əvvəl qurumasına səbəb olur.)

3. Komputerin havalandırma sisteminin saz olması və otaq temperaturu (radiatorun tozla tutulması soyutmanı effektsiz edir. )

 

Bu 3 ehtimal bizə konkret vaxt vermək imkanını təmamilə yox edir. Amma bir ölçü kimi temperatur göstərən proqramlar var ki, onların köməyi ilə komputerdə yüksək dərəcədə (normal dərəcə 50-60 arası olur. 85-90 dərəcə kritikdir.) isinmə müşahidə edildikdə, pastanı dəyişmək olar. Amma əvvəl arxa və ön planda işləyən proqramları nəzərə almaq lazımdır. Yüksək temperatura səbəb proqramlar da ola bilər. Əmin olduqda ki, proqramlıq deyil onda  termopastanı və havalandırmanı (ventilyator və radiator) yeniləmək lazımdır.

Pastadan istifadə edərkən istifadə qaydalarını oxuyun. Az və ya çox olanda nəticə verməyə bilir.

 

Tutaq ki, isinməyə səbəb soyutma sistemidir. Termopasta quruyub və radiator barmaqlıqları tutulub. Bu halda sitemə görə dəyişir:

 

1. Əgər notebook-sa iki hal ola bilər:

    I. Xarici ekran kartı yoxdur və ancaq prosessor soyutulur. Bu halda temperatur təhlükəli həddə çatanda komputer sönür.

  II. Xarici ekran kartı varsa  onda ekran kartının yanma ehtimalı var.

2. Əgər pc-dirsə vəziyyət dəyişir. PC-də ekran kartı və prosessor ayrı olduğu üçün hər biri üçün yuxarıda dediyim uyğundur. Yəni ekran kartı yana bilər amma prosessor yox. Amma notebook-a nisbətən pc-də ekran kartı temperatura görə yox,əsasən cərəyanda baş verən qısaqapanmalara görə yanır..

 

Bu markalar daha keyfiyyətlidir: Arctic Cooling MX-2, Thermaltake TG, Chillfactor 3, MX-4, Zalman ST-G2, Thermalright

Alarkən keçiriciliyə diqqət edin. "W/m-k"-önündə olan rəqəm nə qədər çox olarsa o qədər yaxşıdır. (İnternetdə 4və 5 olanları var.)

Termopastanın növləri: 

 

thernal_interface_material_group1.jpg

 

Radiator:                                                                                                               

kurz.jpg

 

Ventilyator:

 

laptop-fan-is-not-working.jpg

 

Xarici ekran kartı olmayan notebook-lar: (Təkcə prosessor var. 1.də prosessor verilib.)

For_font_b_Asus_b_font_X502_C_With_Core_

 

 

Xarici ekran kartı olan notebook-lar: (1.də ekran kartı, 2.də prosessor verilib)

motherboard.gif

 

 

Sonda onu da qeyd edim ki, bu prosesi tez-tez etməmək və isinmə problemləri ilə daha az qarşılaşmaq üçün notebook üçün atlıqlardan istifadə edin:

 

five37.png

Link to comment
Share on other sites

mən 3 ildir ki almışan notebook hələ açılmayıb kifayət qədərdə yüklənir hərdən ama bu son vaxtlar açıb təmizləməyi düşünürəm bilmək istəyərdim bu termopastalar harda tapılar /neçəyə olur və hansı yaxşı olar deyirəm bəlkə onu da alım bir dəfə açım həm vintilyatoru təmizləyim həmdə termopastanı dəyişim

Link to comment
Share on other sites

mən 3 ildir ki almışan notebook hələ açılmayıb kifayət qədərdə yüklənir hərdən ama bu son vaxtlar açıb təmizləməyi düşünürəm bilmək istəyərdim bu termopastalar harda tapılar /neçəyə olur və hansı yaxşı olar deyirəm bəlkə onu da alım bir dəfə açım həm vintilyatoru təmizləyim həmdə termopastanı dəyişim

 

3 kifayət qədər uzun zamandır. Təmizləməkdə fayda var. Çünki ventilyator kənardan aldığı havanı radiatora doğru püskürür. Hava isə o qədər də təmiz deyil. Alt hissədən hava götürən notebook-lar natəmiz yerlərdə- tozlu masada və xüsusilə də parça (paltar, yorğan, xalça) səthlərdə radiator tez tutulur. Yuxarıda şəkli var.

Adi komputer mağazalarından almaq olar. Amma boz rəngdə olanı məsləhətlidir. Bir də Komputer üzrə ixtiaslaşmış mağazalardan alın. Alarkən  keçiriciliyini soruşun. Yəni temperaturu nə dərəcədə effektliötürür?

Burdan keçiricilik barəsində məlumat ala bilərsiniz.

http://www.tglobalthermal.com/s720ab-thermal-conductive-gel.php

 

http://www.share.az/rxv8w1klashe/ekran.jpg.html

 

Adi halda 

heçbir proqram və oyun işlək vəziyyətdə deyil.

 

Əgər 60 C-dən aşağı düşmürsə və zəmanəti bitibsə təmizləyin. Zəmanəti ona görə deyirəm ki, komputerdə isinmə o qədər də güclü deyil. Yəni 5-6 dərəcəyə görə açıb zəmanəti ləğv etməyə dəymir.

 

QEYD: yuxarıdakı yazılara əlavələr edildi..

Link to comment
Share on other sites

zəmanəti çoxdan bitib.

hardasa 4 ilə yaxındı almışam.

yəqinki termopasta üçün 4 il böyük vaxtdı.

demək olarki bütün müasir oyunları bu kompda oynamışam.

fasiləsizdə 4 ildi işləyir.

 

Ortalama 1 ildən bir açıb yoxlayın. 1 ildən sonra özünüz təxmini ölçü götürəcəksiniz ki, mən bu komputeri  nə qədər vaxtdan sonra təmizləyim.

4 il əlbəttə çoxdur. Yuxarıda pastalarla bağlı əlavələr etmişəm. Onlardan faydalanıb yeni pasta alın və komputeri təmizləyin.

Əlavə video:

Link to comment
Share on other sites

bu gün məndə nəhayət açdım noteooku  vintilyator və termopasta çox pis vəziyətdə idi vintiliyatoru təmizlədim ama termopasta olmadığından ora dəymədim elə bağladım istiliyi gəlincə çox bir şey dəyişmədi 2.3 dərəcə aşağı endi normal vəziyətdə

L1Nr6G.jpg92AyyZ.jpg

lvploB.png

Link to comment
Share on other sites

Bu yuxarıda saydığın pasta markaları bakıda var? Varsa hardan tapa bilərəm? özümdə biri var dəyişirsən isinən kimi axır qıraqlara.

 

Bakıda düzü görməmişəm amma olsa bu mağazalarda olar:

 

Bakinity, ABV, Amazoncomp, compstore.az, IAM elektronic hamısı 28 May metrosu yaxınlığındadır. Amma qeyd edim ki, eBay-dan əldə edə bilərsiniz.

Link to comment
Share on other sites

Açıldıqdan sonra gərək ki, yeniləyərdiniz. Ola bilər ki, bu səbəbdən temperatur fərqi az olub. Pasta qurumuşdu?

 

Amma 50 dərəcə yaxşı götəricidir.

pasta qurumuşdu çax az və incə olaraq var idi yığandan sonra normal halda 50c olur bəzən də birdən qalxır 60.70.c olur sonra enir

Link to comment
Share on other sites

her kese  salam . mende de  kompurter adi veziyyetde qizir oyun oynamayanda elece  internetde qurdalananda kompurter qizir ozude  dehset qizir ola bilerki  tokda qalir deye  qizir ?cox vaxtda  zaryatkada ola ola isledirem akumulyatoru zeifleyib deye ... termopastasini  tezelemisem . vintilyatorunuda temizlemisem. biraz  ferq oldu ammaki qisa muddete  sora yenede eyni sey oldu .... ola bilerki tormopastani az vurublar ya duz vurmayiblar ? yoxsa  zapcasti diffekt olub ? hard  diskden ola biler ? qizmasi ?

 kompurter acer E1-571G dir 

 

Azərbaycan şriftlərindən istifadə edin.

Link to comment
Share on other sites

hər kəsə  salam . məndə də  kompürter adi vəziyyətdə qızır oyun oynamayanda eləcə  internetdə qurdalananda kompürter qızır özüdə  dəhşət qızır ola bilərki  tokda qalır deyə  qızır ?çox vaxtda  zaryatkada ola ola işlədirəm akumulyatoru zəifləyib deyə ... termopastasını  təzələmişəm . vintilyatorunuda təmizləmişəm. biraz  ferq oldu ammaki qısa müddətə  sora yənədə eyni şey oldu .... ola bilərki tormopastani az vurublar ya duz vurmayıblar ? yoxsa  zapçastı diffekt olub ? hard  diskdən ola bilər ? 


 kompürter acer E1-571G dir 


Link to comment
Share on other sites

ola bilərki  tokda qalır deyə  qızır ?

Əgər batareyada isinmə yoxdursa enerjidə qalmağı istiliyə təsir etməz..

ola bilər ki tormopastanı az vurublar ya düz vurmayıblar ?

Bəli ola bilər. Çox vuranda soyuda bilmir. Çünki məsafə çox olur. Az vuranda isə lazımi istilik transferi edə bilmir. 

ola bilər ki tormopasta deffekt olub ?

Bəli bilər. Mən bir dəfə ağından (termopastanın) istifadə etdim. 2 ay sonra qurumuşdu və komputer sönürdü.

hard  diskdən ola bilər ?

Bu ehtimal da var. Amma bu dərəcədə isinən HDD işləməz.

 

Əlavə sual:

1. Komputerin hansı hissəsi çox isinir?

2. Komputerin səthdən aralanması üçün qoyulan kauçuk ayaqları yerindədir?

3. Komputeri hansı səthdə (stolda, diz üstündə) istifadə edirsiniz?

Link to comment
Share on other sites

1. Komputerin hansı hissəsi çox isinir?

Əsasən vintelyator olan hissəsi çox qızır...

 

2. Komputerin səthdən aralanması üçün qoyulan kauçuk ayaqları yerindədir?

Bəli yerindedir..onun nə kimi əhəmiyyəti var ki ?

 

3. Komputeri hansı səthdə (stolda, diz üstündə) istifadə edirsiniz?

Səhərlər stolun üstünndə işlədirəm. (hətda soyuducuda alməşam altına qoymaqa). Gecələr isə kravatda işlədirəm yerimə girib.. onda daha çox qızır...

 

 

 

Əgər batareyada isinmə yoxdursa enerjidə qalmağı istiliyə təsir etməz..

Bareriykası qızmır ammaki adaptırı dəhşət qızır

 

Hard diskdən ola bilərmi ona görə soruşdumki  bir tanış adam var o dediki menim de noutbukum qızırdı hard diskini deyisdirtdim day qızmır.. ona gore soruşdum

Link to comment
Share on other sites

1. Komputerin hansı hissəsi çox isinir?

Əsasən vintelyator olan hissəsi çox qızır...

 

2. Komputerin səthdən aralanması üçün qoyulan kauçuk ayaqları yerindədir?

Bəli yerindedir..onun nə kimi əhəmiyyəti var ki ?

 

3. Komputeri hansı səthdə (stolda, diz üstündə) istifadə edirsiniz?

Səhərlər stolun üstünndə işlədirəm. (hətda soyuducuda alməşam altına qoymaqa). Gecələr isə kravatda işlədirəm yerimə girib.. onda daha çox qızır...

 

 

 

Əgər batareyada isinmə yoxdursa enerjidə qalmağı istiliyə təsir etməz..

Bareriykası qızmır ammaki adaptırı dəhşət qızır

 

Hard diskdən ola bilərmi ona görə soruşdumki  bir tanış adam var o dediki menim de noutbukum qızırdı hard diskini deyisdirtdim day qızmır.. ona gore soruşdum

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...