Jump to content
Forum Windows-az.com

Azərbaycanda internetin qiyməti ucuzlaşdı


resad444

Recommended Posts

İnternetin inkişafı və yeni xidmətlərə tələbatın artması ilə əlaqədar Azərbaycanın dövlət internet provayderləri – “Aztelekom.net” və “Bakinternet” oktyabr ayının 1-dən genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salındığını elan edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu dəfə dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq, faiz nisbəti ilə 25-50 faiz arasında aşağı salınıb (orta hesabla 40 faiz).

 

Provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürəti artırılacaq. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olacaq.

 

 

Qeyd etmək lazımdır ki, hökumətin apardığı qiymət siyasəti sayəsində son illər ölkədə internet xidmətlərin tarifləri durmadan azaldılır, bu isə həm informasiya-kommunikasiya texnologiyalarının, həm də ümumilikdə iqtisadiyyatın inkişafına müsbət təsirini göstərir. Bir sıra beynəlxalq təşkilatlar da öz reytinq cədvəllərində bu faktı yüksək qiymətləndirirlər. Respublika əsas internet magistrallardan bir qədər kənarda yerləşsə də, ölkədə internet xidmətlərinin qiymətləri regionla müqayisədə aşağıdır və son qiymət endirimləri bu mövqeyi daha da möhkəmləndirəcək.

Yeni tariflərlə aşağıda göstərilən linkdəki cədvəldə tanış olmaq olar:

 

“Aztelekom.net”

 

“Bakinternet.net”

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • Yanıtlar 50
  • Oluşturuldu
  • Son yanıt

Konuya en fazla mesaj yazanlar

Popüler olduğu gün

Konuya en fazla mesaj yazanlar

Bizim Tupoy provayder yenədə öz bacarıqlarını göstərdilər. Bax görürlər ki təzyiqlər var, hamı deyir qiyməti aşağı sal, delta qiymətləri endirib bizim bu bəzi provayderlər axıra kimi dirənirlər. Adama deyən lazımdır.

2 ay baha satacaqsan 20min manat xeyrin qalacaq.

ancaq o 2 ay ərzində 200 müştəri səndən çıxıb daha ucuz olana gedib qoşulacaqlar beləcə o qazandığın xeyirdə ümumi hesabda geriyləmə kimi qalacaq. Öyyrənmədilərdə. Özdəki bu Bakintergeydirmə.net..

Link to comment
Share on other sites

Guest Enigma Ede

3 GB RAM 1 GB VIDEO CARD ATI RADEON 3400 Series Internet TTNET:13 MBS Monitor Acer al 17 16 Windows xp Sp3 3.50 Ghz huwei Modem Hdd 893 Gb PC

 

bunlari sen yazmisan Burda yazmisanki Internet TTNET

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...

×
×
  • Create New...