Jump to content
Forum Windows-az.com

Azercell 3G Xidmətini istifadəyə verdi


Mr.Aliko

Recommended Posts

Proqramlar telegramda

21 mb inanmiram hec data karlarda o qder vermir Azersell cox bahadi digerlerine baxanda

 

Bakcell-dən 3G xidmətləri barədə yeni xəbər

95d246e695b8.jpg

 

Bakcell Facebook səhifəsində 3G ilə istifadəçiləri məlumatlandırdı. Onlar prosedura və sınaqlar barədə istifadəçələrə məlumat veriblər:

 

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti 3G xidmətlərinin göstərilməsinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir. Test rejimi ölkənin 3G standartında yüksək sürətli mobil internet xidmətlərinin göstərilməsi üçün tam hazır olan 62 şəhərində aktivləşdirilib. Şirkətin çoxdan gözlənilən 3G şəbəkəsi noyabrın 3-də — 3G lisenziyasının verilməsindən və radiotezliklərin test rejimində istifadəsinə dair B&BTV şirkəti ilə müvafiq protokolun imzalanmasından dərhal sonra aktivləşdirilib.

 

Faza 1 ərzində 3G xidmətləri 1000 nəfər daxili istifadəçi, yəni bütün Bakcell əməkdaşlarının nömrələri üçün test rejimində aktiv edilib. Həmin mərhələdə bütün Bakcell əməkdaşları 3G standartını öz smartfonlarında sınayıblar. Sonrakı sınaqlar 3G modemlərin vasitəsilə həyata keçirilib. Əlavə olaraq, Mi-Fi cihazları paylanaraq sınaqlardan keçirilib. Faza 2 noyabrın 15-də Bakcell şirkətinin seçilmiş dilerlərinin iştirakı ilə başlayıb. Həmin mərhələ ərzində smartfonlar, 3G modemləri və Mi-Fi cihazları paylanaraq test rejimində istifadəyə verilib. Test rejiminin 3-cü mərhələsi 21 noyabr 2011-ci il tarixindən etibarən Bakcell-in əsas korporativ müştəriləri üçün həyata keçiriləcək. Şirkət öz aparıcı korporativ müştərilərini 3G xidmətlərini sınaqdan keçirməyə dəvət edib. Bakcell-in 3G xidmətləri Azərbaycan rayonlarının əksəriyyətində və ölkə xaricində şirkətin rouminq tərəfdaşlarının 3G şəbəkələrində istifadə oluna biləcək. Bakcell-in 3G xidməti vasitəsilə Siz öz 3G-ni dəstəkləyən mobil telefonunuzdan yüksək keyfiyyətli video zəng, onlayn musiqi və video axını, super sürətli internet kimi xidmətlərdən yararlana biləcəksiniz.

 

Faza 4, yəni 3G-nin kommersiya istifadəsinə verilməsi abunəçilərə 3G xidmətlərinin göstərilməsi, Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq radiotezliklərin verilməsindən sonra başlanacaq. Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer bildirib: “Bakcell şirkəti 3G xidmətlərinin istifadəyə verilməsinə tam hazırdır. Buna baxmayaraq, bizə verilmiş lisenziyanın şərtlərini pozub B&BTV şirkəti ilə radiotezliklərin istifadəsinə dair razılıq əldə olunmayana qədər bu xidmətləri göstərməyəcəyik. Bakcell şirkəti B&BTV şirkətinin müştərilərinə göstərilən xidmətlərinə maneçilik törətmək və şirkətin işinə xələl gətirmək niyyətində deyil.”

 

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Bakcell-ə verilmiş 2 noyabr 2011-ci il tarixli Lisenziyada xüsusi olaraq qeyd edilir:

 

“ Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3-cü nəsil (3G) mobil rabitə xidmətlərini (Radiotezliklər üzrə Dövlət Komissiyasının 28.10.2011-ci il tarixli 66 saylı protokol qərarı icra edildikdən sonra) həyata keçirməyə icazə verir.

 

Radiotezliklər üzrə Dövlət Komissiyasının 28.10.2011-ci il tarixli 66 saylı protokol qərarına əsasən: “---- MHs tezlik zolağının “B&BTV Kommunikeyşn” MMC tərəfindən boşaldılaraq “Bakcell Ltd” MMC-nin istifadəsinə ayrılması qərara alınmışdır. Bununla bağlı tələb olunan məsrəflər qarşılıqlı razılaşma əsasında “Bakcell Ltd” MMC tərəfindən həyata keçirilməlidir.

 

24 İyun 2011-ci tarixdə RİTN-də keçirilmiş iclasın Protokoluna əsasən: “Azercell Telekom” MMC və “B&BTV Kommunikeyşn” MMC, həmçinin “Bakcell Ltd” MMC və “B&BTV Kommunikeyşn” MMC arasında əldə olunan birgə razılaşmalara əsasən qeyd olunan tezliklərin “B&BTV Kommunikeyşn” MMC-dən geri alınaraq “Azercell Telekom” və “Bakcell Ltd” MMC-lərə mövcud qaydalara əsasən ayrılmasına baxılması RİTN tərəfindən RTDK-nin müzakirəsinə çıxarılsın.

 

Cənab Şirer həmçinin qeyd edib: “Biz lisenziyamızda göstərilən şərtlərə tam olaraq riayət edirik və B&BTV ilə qərəzsiz razılığın əldə olunması barədə RİTN-nin tövsiyələrinə hörmətlə yanaşırıq. Şirkətimiz aqressiv hərəkətlərin və lisenziya şərtlərinin pozulmasını konstruktiv bazar fəaliyyətinə zidd olduğunu hesab edir”.

 

Bakcell şirkəti hazırda sayı 2500-ü keçən ən böyük baza stansiyaları şəbəkəsinə malikdir və 3G standartında xidmətlərin göstərilməsinə tam olaraq hazırdır. Bakcell abunəçilərini ən yüksək keyfiyyətli 2G və 3G xidmətləri ilə təmin etmək məqsədilə çox ciddi iş görülüb və böyük həcmdə sərmayə qoyulub. Bakcell şirkəti yaxın bir zamanda öz müştərilərinə ən keyfiyyətli 3G təcrübəsini təklif edəcəkdir. Bakcell-in Baş kommersiya direktoru Krasimir Genovun sözlərinə görə, Bakcell-in 3G xidməti maksimum yox, super maksimum gücə malik olacaqdır”.

Baksell daha yaxsdir.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...