=== Konu tarihi: 30 Aralık 2011 Paylaş Konu tarihi: 30 Aralık 2011 Dostunuz və ya siz özünüz təsadüfən telefonu suya salmısınız. Elektirik keçiriciliyinə malik su, telefonda bir sıra vacib qurğuları sıradan çıxara, nömrənizi xarab edə bilər və bu halda sizin telefonunuzu Servis Mərkəzi'də də xilas edə bilməyəcəklər. İlk tədbirlər: Telefonu cəld sudan çıxararaq akkumulyator'unu, klaviaturasını, panellərini, Sim-Kart'ını, Flash Card'nı çıxarırıq. Telefonu bu cür quruda bilərsiniz (1sutkadan - 1 həftəyə qədər). Lakin bu sadə tədbirin nəticəsi ilə çox da razı qalmayacaqsınız. İntensiv üsullara əl atırıq. Bir sıra üsullar var. Bəzi insanlar vaxta qənaət etmək və telefonu tam qurutmaq üçün onu elekrik sobasına qoyur. Bu üsuldan istifadə etmək qəti olmaz! Üsul 1. Fen ilə qurutmaq. Bu üsul ilə siz həm az vaxt sərf etmiş olacaqsınız, həm də telefonu tam olaraq quruda biləcəksiniz. Əgər telefon suya tam düşübsə, onu distillə edilmiş su ilə qısa vaxt ərzində yaxalamaq və sonra fen ilə qurutmaq lazımdır. Həmçinin spirtdən də istifadə edə bilərsiniz. Hər halda bu üsul ilə telefonu daxili korroziyadan (paslanmadan) qoruya biləcəksiniz. Üsul 2. Əgər fen ilə qurutmaq şəraitiniz yoxdursa, qurğunu özünə mayə cəlb edən düyü'nün içərisinə qoyub, bir müddət orada saxlayın. Hər halda fen ilə eyni effekti verməsə də, tez qurumaqda kömək edəcək. Bu tədbirləri yerinə yetirsəniz də, telefonu gec-tez Serviz Mərkəz'inə aparmalı olacaqsınız. Hər halda ilk tədbirləri görərək, telefonun daxili korroziyasının, qurğularının sıradan çıxmasının qarşısını alacaqsınız. Lakin bu qurğuların əvvəlki kimi mükəmməl işləməsinə zəmanət verilmir. Məhz bunun üçün telefonunuzu səliqəli saxlayın, diqqətli olun. Çünki Nokia telefonlarının korpuslarının altında su dəyən kimi rəngini dəyişən yapışqanlı kağız vardır. Məhz bu kağız vasitəsi ilə alıcılar işlənmiş telefonunuzun suya düşdüyünü bilib, onu almaqdan imtina edəcəklər və telefon lazımsız əşyaya çevriləcək Alıntı Link to comment Share on other sites More sharing options...
AQIL_ISMAYIL Mesaj tarihi: 31 Aralık 2011 Paylaş Mesaj tarihi: 31 Aralık 2011 Çox Sağ ol Alıntı Link to comment Share on other sites More sharing options...
saka-muka Mesaj tarihi: 31 Aralık 2011 Paylaş Mesaj tarihi: 31 Aralık 2011 ana platani spritle silmek ve fenlemek en effectli usuldu ama bezen ne etsende komek etmir 1.2 ay sora oz ozune tel sonur seti az olur ve s Alıntı Link to comment Share on other sites More sharing options...
Tərlan Mesaj tarihi: 31 Aralık 2011 Paylaş Mesaj tarihi: 31 Aralık 2011 saka-muka 1-nömrəli üsil fendir telefon yerə düşdüsə 1ci fen yada düşür Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 31 Aralık 2011 mövzunu açan Paylaş Mesaj tarihi: 31 Aralık 2011 Aqil, dəyməz Ən yaxşı Fen və Spirtdir.Bunların vasitəsilə telefonununuzu korroziyadan qoruyacaqsınız. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest rauf7 Mesaj tarihi: 31 Aralık 2011 Paylaş Mesaj tarihi: 31 Aralık 2011 he menim telimde dusmusdu ustunnen 2 ay kecdi indi acilmir basqasin isledirem gerey servise aparim o telden xosum gelir Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 31 Aralık 2011 mövzunu açan Paylaş Mesaj tarihi: 31 Aralık 2011 Rauf, Artıq Gecikmisən.Nə Etsən də, Telefon Əvvəlki Kimi İşləməyəcək Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.