Jump to content
Forum Windows-az.com

Domen və hostinq nədir


Recommended Posts

Proqramlar telegramda

Domen

İnternet şəbəkəsindəki bütün kompüterlərin unikal nömrəsi -İP-Ünvanı olur. Hər bir ünvan 32-bitli ikilik ədəddir. Əlverişli baxımdan həmin ədəd (İP-ünvanı) aralarında nöqtə olan dörd onluq ədəd şəklində göstərilir.Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymət ala bilər. Məsələn, 74.125.87.147 İP-ünvanı məşhur google.az axtarış sisteminin yerləşdiyi serverə məxsusdur.

Aydındır ki, belə "mənasız" rəqəmlər yığınını yadda saxlamaq çətindir.Buna görə domen adları sistemi-DNS (Domain Name Service) yaradıldı və bu sistem İP-ünvan əvəzinə istifadə üçün daha anlamlı olan adlardan istifadə etməyə imkan verir. Belə ki, istifadəçi ünvan sahəsində həmin adı yığdıqda DNS-serverlər automatik olaraq onu İP-ünvana çevirir.

Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli domenlərə bölünüb. Hər bir ölkə üçün birinci səviyyəli domen ayrılır. Məsələn, .az domeni Azərbaycana məxsusdu.Birinci səviyyəli domenlər azdır və yeni domenlər nadir hallarda meydana çıxır.

Hər bir domen sahibi öz domeninin alt-domenlərini yarada bilər. Məsələn, ZaminBoSS.Win-Soft.Info.

Internet şəbəkəsində təmsil olunmaq istəyən hər bir şəxs domen adının seçilməsinə xüsusi diqqət yetirməlidir.Belə ki, domen adları müəyyən prinsiplərə cavab verməlidir.

Münasib adın tapılması məsələnin bir tərəflidir: ola bilər ki,sizin seçdiyiniz adı kimsə artıq qeydiyyatdan keçirib.

 

Hosting

Domen adını qeydiyyatdan keçirdikdən sonra siz həmin ada hüququnuzu təstiq edən rəsmi sənəd alırsınız. Lakin ada sahib olmaq hələ kifayət deyil: siz öz lahiyənizi həmişə İnternetə bağlı olan serverdən yerləşdirməlisiniz.Saytların yerləşdirilməsi və onlara xidmət göstərilməsi ilə çoxsaylı şirkətlər məşğul olur. Belə xidmətlərə hostinq deyilir. Hostinq xidməti göstərən şirkət təkcə sayt üçün diskdə yer ayırmır, həmçini bir sıra servislər verir (verilənlər bazasını dəstəklənmasi, hostinqin idarə olunması və s. ). Müqavilə imzalandıqdan sonra domen adı konkret serverə yönəldilir. Bundan sonra serverə fayıllarınızı yükləyib domenə daxil ola bilərsiz.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...