Jump to content
Forum Windows-az.com

Fırlanğıclı Mobil Telefon


===

Recommended Posts

447dba8fe3607935fdc943.jpeg


Hesab edirsiniz ki, fırlanğıclı telefonların dövrü artıq geridə, XX əsrdə qalıb? O zaman Samsung Jot mobil telefon konsepti sizi xeyli təəccübləndirəcək. Heç fırlanğıclı mobil telefon görmüşdünüz? Bu qeyri-adi Samsung Jot konsepti, həqiqətən, maraqlı olduğu qədər də, orijinal və dəbli görünür.

Görünür, bu fırlanğıclı mobil telefonu işləyib hazırlayan dizayner Reymond Bessemer (Raymond Bessemer) XX əsrin köhnə üslubunu XXI əsrə ötürmək niyyətinə düşüb.


samsung-jot-2.jpg


Samsung Jot: Özəllikləri

Samsung Jot, əlbəttə ki, mexaniki deyil, rəqəmsal mobil telefondur. Lakin köhnə üslublu telefonlarla onu birləşdirən əsas cəhət odur ki, bu qurğuda hər hansı nömrəni yığmaq istədikdə klaviaturanı saat əqrəbi istiqamətində fırlatmaq lazımdır.

Sadəcə, bu telefonun keçmiş qurğulardan fərqli xüsusiyyəti ondadır ki, fırlanğıc vasitəsilə yığılan hər bir rəqəm OLED displeydə əks olunur. Beləliklə, bu nömrələri redaktə edərək yaddaşda saxlamaq mümkündür.

Klassik Telefon Kitabçası

Bu telefonun keçmiş texnologiyalarla daha bir analogyası ondan ibarətdir ki, Samsung Jot-da əl vasitəsilə klassik telefon kitabçası yaratmaq mümkündür. Düzdür, bunun üçün sizə diyircəkli qələm və ya karandaş deyil, stilus lazım olacaq. Stilus vasitəsilə ekranda hansısa rəqəmləri, mətni və ya digər qeydləri yazmaq olar. Telefona daxil edilmiş istənilən məlumat qurğunun yaddaşında saxlanılır və mümkün olduqca, avtomatik olaraq elektron rəqəm, hərf, durğu işarələrinə çevrilə bilir.


171d9d6a46685efb63bfa4.jpeg


Konsept Nə Dərəcədə Uğurlu Olacaq?

Düzdür, heç də böyük əminliklə söyləmək olmaz ki, Samsung Jot telefonu satışa çıxarılan kimi dünyanın ən məşhur mobil qurğusuna çevriləcək! Qətiyyən Yox! Amma hər halda, bu qeyri-adi məhsul bazarda öz yerini tapacaq. Axı hələ də nostalgiya hissləri ilə yaşayan neçə-neçə insan var!
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...