=== Konu tarihi: 3 Ocak 2012 Paylaş Konu tarihi: 3 Ocak 2012 Cəmiyyətin bir hissəsi olaraq, insanların bir-biri ilə ünsiyyətdə olmağına ehtiyacı var. Mobil telefonların peyda olmasından əvvəl insanlar bir-birlərini tez-tez ziyarət edərdilər. Amma mobil telefonların ucuz olması və danışıq tariflərinin yetərincə aşağı olması bu ziyarətləri telefon danışıqları ilə əvəz etdi. Bununla birlikdə kompüter istifadəçilərinin ən çox sevdiyi sosial şəbəkələr də yaradıldı. Onların istifadəçilərinin sayı milyonlarladır. Onlardan ən böyüyü Facebook-dur. RİA-novosti-yə istinadən, dünya üzrə milyarddan çox insan müxtəlif sosial şəbəkələrdən istifadə edir. Bunlar isə bütün internet-istifadəçilərinin 70%-ni təşkil edir. Insites Consulting-in dediyinə görə, yeni yaradılmış sosial şəbəkələrə istifadəçi kütləsini yığmaq çox çətin olacaq. Aparılmış sorğuda iştirak edənlərin təxminən 60%-i yeni sosial şəbəkələrə ehtiyacları olmadığını və 93%-i isə mövcud şəbəkələrin xidmətlərindən məmnun qaldıqlarını söyləmişlər. Facebook-un istifadəçiləri hər dəfə şəbəkəyə daxil olaraq orta hesabla 37 dəqiqə orada sərf edir. Twitter-in mikrobloqlarında isə bu müddət - 23 dəqiqədir. Facebook-u gündəlik ziyarət edənlərin sayı 400 milyon nəfər təşkil edir. Tədqiqatçılar qeyd edirlər ki, Şərqi Avropada ən çox yayılan rus sosial şəbəkəsi "VKontakte"-dir. Şirkətin iddiasına görə, qeyd edilən ərazidən olan istifadəçilərin 55%-i adı çəkilən rus şəbəkəsi haqqında məlumatı var və onların 39%-i bu şəbəkədən istifadə edir. Facebook dünyanın ən böyük sosial şəbəkəsidir. Onun qeydiyyatdan keçmiş istifadəçilərinin sayı artıq 750 milyonu ötüb. "VKontakte" isə ən böyük Rusiya sosial şəbəkəsidir. O, 100 milyon qeydiyyatdan keçmiş istifadəçiyə malikdir. Twitter mikrobloqlarının auditoriyası isə 200 milyondan artıqdır. Onlardan 50 milyonu gündəlik istifadəçilərdir. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Musa_ Mesaj tarihi: 4 Ocak 2012 Paylaş Mesaj tarihi: 4 Ocak 2012 Maraqlıdı..Təşəkkür Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 4 Ocak 2012 Paylaş Mesaj tarihi: 4 Ocak 2012 Əməyə hörmət təşəkkürlər ! Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 4 Ocak 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 4 Ocak 2012 Dəyməz Alıntı Link to comment Share on other sites More sharing options...
zeus Mesaj tarihi: 4 Ocak 2012 Paylaş Mesaj tarihi: 4 Ocak 2012 Təşəkkür Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 4 Ocak 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 4 Ocak 2012 Dəyməz Alıntı Link to comment Share on other sites More sharing options...
My-Comp yek Mesaj tarihi: 4 Ocak 2012 Paylaş Mesaj tarihi: 4 Ocak 2012 Çox maraqlı idi Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.