Jump to content
Forum Windows-az.com

Dünyanın ən böyük 3D televizoru istehsal edilib


===

Recommended Posts

solar-system-earth-3d-screensaver-800-3.


LG Electronics şirkəti 84 dioqanallı dünyanın ən böyük 3D televizorunu istehsal etdiyini bəyan edib. Bu vaxtadək rekord göstərici Samsung şirkətinin 2011-ci ilin mayında nümayiş etdirdiyi 75 düymlü televizora məxsus olub.
Yeni qurğunun paneli 3840x2160 piksel təsvir ölçüsünə malikdir və Full HD (1920x1080) formatı ilə müqayisədə onu 4 dəfə üstələyir.
Modelin 2012-ci ilin yanvarın əvvəlində Las-Veqasda keçiriləcək CES 2012 beynəlxalq istehlak elektronikası sərgisində nümayiş etdirilməsi planlaşdırılır.
LG 3D Ultra Definition (UD) TV televizoru nazik çərçivəli korpusda işlənərək hazırlanıb və 3D Depth Control və 3D Sound Zooming funksiyalarını dəstəkləyir. Birinci funksiya televizorun stereo effektini (Philips televizorlarında olduğu kimi) tənzimləməyə imkan verir, ikinci funksiya isə virtual əhatəli səs yaradır. Model həmçinin 2D qrafikasını 3D-yə çevirmə imkanına malikdir.
Qeyd edək ki, yeni qurğu LG şirkətinin Smart TV (internetin müasir televizorlarla inteqrasiyası, eləcə də kompüter və televizorlar arasında texnoloji əlaqə) texnologiyasını dəstəkləyən televizorlar sırasına daxildir. Bu, kompüterin iştirakı olmadan internet saytları açmağa, vidjetlərdən istifadə etməyə imkan verir və 1,2 mindən çox əlavəyə çıxışı təmin edir.
LG şirkətindən modelin təxmini qiyməti və satışa nə vaxt çıxarılacağı barədə hələ ki məlumat verilmir.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...