Jump to content
Forum Windows-az.com

Ev telefonuna MMS göndərmək istəyirsinizmi?


Guest Musa_

Recommended Posts

Mobil telefonların geniş inkişaf və yayılması insanların bir-birile fərqli formatda əlaqə saxlamağa imkan verir. Buna SMS, MMS və daxildir. Amma bu sadəcə mobil telefonlarda mövcuddur. Yeni xəbər isə ev telefonlarından istifadə edənlərə bir şad xəbər olacaq.

mixed_132_img1.jpg

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) ümumi istifadədə olan telefon şəbəkəsi vasitəsilə multimedia ismarıclarının (MMS – Multimedia Messaging Service) göndərilməsi şəbəkəsini işə salacaq. Bu barədə İB-dən məlumat veriblər.

mixed_132_img2.jpg

Yeni şəbəkə kontent-provayderlərə stasionar telefonlara multimedia fayllarını çatdırmağa imkan verəcək. Hazırda bazarda artıq SMS və MMS məlumatların göndərilməsi funksiyasını dəstəkləyən simsiz ev telefonları təqdim edilib.

Məlumata əsasən, hələlik bu xidmətin tətbiqinin qarşısını alan amil abunəçilərin təsbit edilmiş telefoniyalarında bu növ şəbəkəni dəstəkləyən telefonların sayının az olmasıdır.

 

Hazırda “Aztelekom” stasionar şəbəkəsinin abunəçiləri qısa ismarıcların (SMS) göndərilməsi şəbəkəsindən istifadə edə bilirlər. Operatorun SMS-lərin göndərilməsi xidmətindən 2011-ci il ərzində əldə etdiyi gəlirlər 160 min manatı ötüb.

Dövlət operatorunun qısa ismarıcların göndərilməsi üzrə xidməti 2009-cu ildə “Aztelekom” və GSM-operatorlar (Azercell, Bakcell, Azerfon) arasında bağlanan saziş əsasında istismara verilib.

Bizlərə sadəcə bu xəbərin reallığa nə zaman çevriləcəyini gözləmək qalır.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...